Go to the page content

Elmi əsaslı çəkiyə nəzarət üsulları

İstər davranış terapiyası, istər piylənməyə qarşı dərman müalicəsi, istərsə də bariatrik cərrahiyyə olsun, piylənməni müalicə etmək üçün müxtəlif yollar var. İxtisaslı həkim müxtəlif üsullarla faydalı olan bir sıra fərqli müalicələri birləşdirərək sizin üçün xüsusi çəkiyə nəzarət planı hazırlaya bilər.

Piylənmə bir çox səbəbləri olan müalicə olunan mürəkkəb xəstəlikdir. Buna görə də professor Arya Şarmanın sözlərinə görə: "Bütün pasiyentlər üçün faydalı ola biləcək vahid nəzarət strategiyası yoxdur". Professor Arya Şarma Kanadanın Piylənmə Mərkəzinin elmi direktorudur və son 20 il ərzində piylənmənin müalicəsi ilə məşğul olan ixtisaslaşmış klinik mütəxəssisdir.

"Hər hansı bir uğurlu nəzarət planı pasiyentlərə öz bədən çəkisini azaltmağa və onun bərpasının qarşısını almağa kömək edən uzunmüddətli mübarizə strategiyalarını əhatə edir", - deyə o əlavə edib. Buna görə piylənmə ilə yaşayan insanlar xüsusi olaraq onlar üçün nəzərdə tutulmuş fərdi müalicə planına ehtiyac duyurlar.

Bu plana bir neçə müxtəlif müalicə variantları daxil ola bilər. Və çəkiyə nəzarət yolu ilə irəlilədikcə, müxtəlif müalicə növləri daha çox və ya daha az aktual ola bilər. Buna görə də sizin çəkiyə nəzarət planınız ehtiyaclarınıza uyğunlaşdırılmalıdır və zamanla dəyişdirilə bilər.

Piylənmə sahəsində təlim keçmiş tibbi mütəxəssisin tapılması ilk addımdır. Son zamanlar bu xəstəliyin effektiv şəkildə müalicəsi ilə məşğul olan mütəxəssislər getdikcə artır. Söhbətə necə başlayacağınızdan əmin deyilsinizsə, bu təlimatdan yararlana bilərsiniz.

Piylənmə bir çox səbəbləri olan mürəkkəb bir xəstəlikdir və bütün pasiyentlər üçün faydalı ola biləcək vahid nəzarət strategiyası yoxdur

-Freedhoff Y. & Sharma A.M. Best Weight, A practical guide to office-based obesity management, Canadian Obesity Network 2010

Beləliklə, gəlin tibb işçilərinin istifadə etdiyi elmi cəhətdən sübut edilmiş bəzi müalicə variantlarına nəzər salaq.*

Sağlam qidalanma – Qidaya münasibətinizdə "necə" və "niyə"-ni araşdırın

“Sehrli  pəhriz”i unudun. Piylənməyə gəldikdə, qidalanma  vərdişlərin dəyişməsi  əsas məqsəd olmalıdır. Bu müxtəlif yollarla daha az kalori qəbul etməkdən daha önəmlidir. Bunun əvəzinə, həkiminiz sizin arıqlama planınızı hazırlayanda sizin qidalanma vərdişlərinizi nəzərə alacaq.

Məsələn, həddindən artıq yemək və ya qeyri-sağlam qidalar yemək riski ilə ən çox qarşılaşdığınız günün müəyyən vaxtı varmı?

Adətən harada yemək yeyirsiniz?

Özünüzü yorğun, stressli və ya qəmgin hiss etdikdə yemək yeyirsiniz?

Yeməkdən sonra toxluq hissini necə hiss edirsiniz?

 

Bu sualların hamısı daha düzgün qidalanmaya doğru irəliləməyə tövsiyələr verir.

Daha ətraflı

> Hisslər çəkiyə nəzarətdə əsas rol oynayır

> Yaxşı yatmaq yaxşı yeməyə kömək edir 

Fiziki aktivliyin artırılması

Siz hər gün marafon yarışını qaçmaq məcburiyyətində deyilsiniz. Başlanğıc üçün gündəlik həyatınıza bir qədər hərəkət əlavə etməyin əhəmiyyəti çoxdur. Əgər gün ərzində çox oturursunuzsa, hər saat durub bir neçə dəqiqə gəzişmək çox faydalı ola bilər. Əgər mümkündürsə, mağazaya piyada getmək və ya pilləkənlə qalxmaq da faydalı ola bilər.

Əhəmiyyətli olan odur ki, hər gün zövq aldığınız fiziki aktiv olmağın yollarını tapasınız. Məqsəd həftədə 150 dəqiqə fiziki aktivlikdir. Həyatınıza həzz aldığınız və davamlı şəkildə edə biləcəyiniz yeni fəaliyyət rejimlərini tədricən əlavə etməklə yavaş-yavaş buna nail olun.

Davranış terapiyası

Bədənimiz və beynimiz bir-biri ilə sıx əlaqəlidir. Davranış üzrə mütəxəssislər çəkiyə nəzarət etmənin psixoloji aspektləri ilə işləyir, məsələn, qida qəbulunu və sonradan kökəlməni şərtləndirən düşüncə, duyğu və davranış formalarını müəyyən etməyə kömək edir. Bu, böyük porsiyalar və/və ya tez-tez qəlyanaltılar və/yaxud ac olmadıqda yemək/içmək ola bilər.

Burada məqsəd  qida vərdişlərinizi dəyişmək və uzunmüddətli arıqlamaq və daha sağlam həyat yaşamaq üçün sizə kömək məqsədilə bacarıqlarınızı inkişaf etdirmək imkanı verməkdir.

Qida əvəzediciləri / az enerjili pəhriz

Qida əvəzediciləri əsas qida maddələri, vitaminlər və mineralları daxil edən müəyyən kalorili məhsullardır. Qida əvəzedicilərinin tərkibində zülalların miqdarı yüksək, yağ və  karbohidratların miqdarı isə aşağı olur.

Qida əvəzediciləri gündə 800-dən 1200-ə qədər kalori miqdarında bir və ya daha çox qida qəbulunu əvəzləmək üçün nəzarətli pəhriz planının bir hissəsi ola bilər.

Piylənmənin müalicəsi üçün dərmanlar

Şüurumuzun gücü ilə bədən temperaturunu  idarə edə bilmədiyimiz kimi, iştahamıza təsir edən bəzi bioloji proseslərə də şüurlu şəkildə nəzarət edə bilmirik. Bu, müxtəlif bioloji proseslərlə təsir edərək, piylənmə əleyhinə dərmanların rol oynadığı yerdir.

Müxtəlif dərmanlar müxtəlif yollarla təsir edir. Bəzi piylənmə əleyhinə dərmanlar iştahanı tənzimləməyə və qida porsiyalarını azaltmağa kömək edir. Bu, daha az yeməyə səbəb olur və həyat tərzində dəyişikliklərin aparılmasını asanlaşdırır.

Piylənmə əleyhinə dərmanlar həmçinin aclığın davamlı artması kimi bədəninizin arıqlamağa bioloji reaksiyalarını idarə edərək, yenidən kökəlmənin qarşısını almağa kömək edə bilər. Digər dərmanlar, bədəninizin qidanı mənimsəmə yolunu dəyişdirərək arıqlamaya kömək edir. Məsələn, bədəniniz tərəfindən mənimsənilən yağ miqdarını azaltmaqla.

Bariatrik cərrahiyyə

Ümumiyyətlə, bu əməliyyatlar iştahanı və insanın bir oturuşda rahatlıqla yeyə biləcəyi yemək miqdarını azaldır.  Onların çəkinin tənzimləməsində böyük rol oynayan metabolik və hormonal dəyişikliklər etdikləri sübut edilmişdir. Baş verən hormonal dəyişikliklər kökəlmənin qarşısını alır.

A professional in a grey jacket taking some notes and talking to a patient; office

Sizin üçün faydalı olan müalicələri tapmaq

Sizin həkiminiz fərdi çəkiyə nəzarət planınızın tərtibinə kömək edəcək. Lakin onlar tövsiyə etdikləri müxtəlif müalicələrə sizin necə cavab verəcəyinizi proqnozlaşdıra bilməzlər. Hamımız fərqliyik və deməli, müalicələrə cavabımız da çox fərdi olacaq.

Buna görə həkiminiz bədəninizin reaksiyasından və sağlamlıq ehtiyaclarınızdan asılı olaraq, çəkiyə nəzarət planınızı yol boyu tənzimləyə bilər.

Çəki platosu

Müalicə üsulundan asılı olmayaraq, müəyyən bir nöqtədə arıqlama dayanacaq və tarazlanacaq. Bu, "çəki platosu" adlanır. Bu, məyusluğa və ruh düşkünlüyünə səbəb ola biləcək çəki yolunun qaçılmaz hissəsidir.

Lakin plato çəki itkisinə təbii uyğunlaşmanın nəticəsidir (təkamül baxımından, arıqlamaq sağqalma və çoxalma üçün yaxşı deyil). Beləliklə, bədən qida qəbulunu artıraraq, həmçinin enerji sərfini yavaşlatmaqla cavab reaksiyası verir. Araşdırmalar göstərdi ki, bu, illərlə davam edə bilər. Təəcüblü deyil ki, hər 10 nəfərdən 8-i uzun müddət ərzində itirdikləri çəkini yenidən qazanır. Bu, milyon illik təbii seçmə  prosesinin nəticəsidir.

Çəki platosunu yaşayan insanlar tez-tez qeyd edirlər: "Nə baş verir? Bu artıq faydalı deyil!" və ya “Təəccüblüdür. Mənim səylərim artıq nəticə vermir, hər şeyi dayandıra bilərəm".

Bununla belə, dərk etmədiyimiz şey odur ki, arıqlamağa davam etmək böyük bir nailiyyətdir. Unutmayın ki, tərəzidə getdikcə yaxşılaşan nəticələri görməsəniz belə, tətbiq etdiyiniz müalicələr hələ də fiziologiyanı "ram etmək" üçün pərdə arxasında işini görür.  Bugünkü nailiyyətlərinizə görə qoyduğunuz səylərlə və qətiyyətinizlə fəxr etməlisiniz. Davam edin və müalicə yanaşmasının gücləndirilməsi və ya tənzimlənməsinin lazım olub-olmadığını nəzərdən keçirmək üçün həkiminizlə görüş təyin edin.

* Bəzi müalicə əlavə təsirlərə səbəb ola bilər. Bu məlumat müalicə məsləhəti və ya tövsiyə kimi başa düşülməməlidir. Həmişə müalicə məsləhəti almaq üçün öz həkiminizlə məsləhətləşin.

İsti̇nadlar
  • Puhl RM & Heuer CA. Obesity Stigma: Important Considerations for Public Health. American Journal of Public Health 2010; 100:6:1019-1028.
  • Freedhoff Y. & Sharma A.M. Best Weight – A practical guide to office-based obesity management. Canadian Obesity Network 2010.
  • Wadden TA et al. Overview of the Treatment of Obesity in Adults. In: Thomas A. Wadden & George A. Bray (eds.). Handbook of Obesity Treatment. New York: Guilford Press 2018;283-308.
  • Kushner RF & Kahan S. The Emerging Field of Obesity Medicine. In: Thomas A. Wadden & George A. Bray (eds.). Handbook of Obesity Treatment. New York: Guilford Press 2018;413-452.
  • Berthoud H, Münzberg H., & Morrison, C.D. Blaming the brain for obesity. Gastroenterology 2017;152(7):1728-1738.
  • American Association of Clinical Endocrinologists. Empower your health: Guide to physical activity: https://www.empoweryourhealth.org/sites/all/files/EmPower-Physical-Activity-Guide.pdf [Accessed July 2019].
  • Gomez-Rubalcava S, Stabbert K & Phelan S. Behavioral Treatment of Obesity. In: Thomas A Wadden & George A Bray (eds.). Handbook of Obesity Treatment. New York: Guilford Press 2018.
  • Forman E & Butryn M. Effective Weight Loss: An Acceptance-Based Behavioral Approach - Treatments That Work (Workbook Ed.). New York: Oxford University Press 2016.
  • Butryn ML, Webb V & Wadden TA. Behavioral treatment of obesity. Psychiatric Clinics 2011; 34(4):841-859.
  • Li M & Cheung BMY. Pharmacotherapy for obesity. British Journal of Clinical. Pharmacology 2009; 68:804–810.
  • Stefanidis A & Oldfield BJ. Neuroendocrine mechanisms underlying bariatric surgery: Insights from human studies and animal models. Journal of Neuroendocrinology 2017; 29:e12534.
  • Schmidt JB et al. Effects of RYGB on energy expenditure, appetite and glycaemic control: a randomized controlled clinical trial. International Journal of Obesity 2016; 40:281–290.
  • Xulong S et al. From Genetics and Epigenetics to Precision treatment of obesity: Gastroenterology Report 2017; 5(4):266–270.
  • Vanwormer FM et al. Weight-Loss Outcomes: A Systematic Review and Meta-Analysis of Weight-Loss Clinical Trials with a Minimum 1-Year Follow-Up. J Am Diet Assoc. 2007. 107:1755-1767.
  • Rosenbaum M et al. Long-term persistence of adaptive thermogenesis in subjects who have maintained a reduced body weight. Am J Clin Nutr. 2008; 88:906–912.
  • Schwartz A & Doucet É. Relative changes in resting energy expenditure during weight loss: a systematic review. Obesity Reviews. 2010; 11:531–547.
  • Hall KD & Kahan S. Maintenance of lost weight and long-term management of obesity. Medical Clinics of North America 2018; 102(1):183-197.
  • Tsai AG & Wadden TA. Treatment of Obesity in Primary Care. In: Thomas A Wadden & George A Bray (eds.). Handbook of Obesity Treatment. New York: Guilford Press 2018; 453-465.

ƏLAQƏLİ MƏQALƏLƏR

icbari-logo
Tabib