Go to the page content

Müasir ətraf mühit sağlamlığımıza necə təsir göstərir

Yaşadığımız  mühit və  qəbul etdiyimiz qida zamanla əsaslı şəkildə dəyişib. Lakin fiziologiyamızda demək olar ki, heç bir dəyişiklik baş verməyib. Nəticədə fiziologiyamız bizi daima enerji, duz, yağ və şəkərlə zəngin qida axtarışında olmağa “məcbur” edir.

Gündəlik həyatımız haqqında düşünün: çoxumuz işə avtomobil və ya ictimai nəqliyyat vasitəsilə gedirik. Biz bir damcı tər tökmədən də bizə lazım olan yerə çatdıracaq liftlər və eskalatorlardan istifadə edirik. Ofis işi və şəhər həyatı  bizi daha çox və uzun müddət oturaq həyat tərzinə məcbur edir. Biz asanlıqla əldə edə bildiyimiz çox miqdarda dadlı qida və içkilər ilə əhatə olunmuşuq. Eyni zamanda istər işdə, şəxsi həyatımızda, istərsə də sosial şəbəkələrdə bizi narahat edən çox amillər var. Beləliklə, biz daha az yatır və daha çox stresə məruz qalırıq.

Amma əksər hissəmiz bütün bu amillərin piylənmə ilə əlaqəsini dərk etmir. Bunu anlamaq üçün biz keçmişə.

50, 000 il əvvəlki mühitimiz

"Ye yoxsa səni yeyəcəklər!”. Təsəvvür edin ki, siz 50 000 il əvvəl daş dövründə yaşayırsınız. Bizim əcdadlarımız  heyvan ovlamaq, meyvə yığmaq və ya balıq tutmaqla  qidalanıb  kalori əldə edirdilər. Yeganə narahatçılıqları  yırtıcılara qida olmamaq idi. 

Qida məhdud idi, ona görə də yaxşı qidalanma daha yüksək sağqalma şansı və həmçinin daha yüksək çoxalma ehtimalı demək idi. Müvəffəqiyyətin açarı çoxlu yağ, şəkər və duz olan qidaları qəbul etmək idi. Buna görə də orqanizmimiz aclığa hazır olmaq məqsədilə enerji ilə zəngin qidanı axtarmağa və ona üstünlük verməyə öyrəşib.

"Piylənmənin qlobal artımı iradənin qəfil itirilməsinin nəticəsi deyil. Əksinə, çəki artımı insanların uyğunlaşa biləcəyindən daha sürətli dəyişmiş bir mühitdə yaşamağa məruz qalaraq, onların təbii reaksiyası kimi başa düşülür".

-Morris R. Stranger in a strange land: an optimal-environments account of evolutionary mismatch.

Həyat dəyişsə də – fiziologiyamız dəyişməz qalıb

Yagin ki, əcdadlarımızdan çox fərqləndiyimizi fikirləşirsiniz. Lakin onların sağ qalmasına kömək edən sistemlər bu gün də aktivdir və çox zaman bizim şüurumuzdan asılı olmayaraq çalışır.

Blurry vision of the street full of food trucks.

Ərzaq istehsalçıları, supermarketlər, restoranlar və fast-food şəbəkələri bizim yemək vərdişlərimizi məharətlə istifadə edir. Onlar duz, şəkər və yağların birləşdiyi ucuz, dadlı və enerji ilə zəngin məhsulların böyük çeşidini təklif edirlər. Bu, beynimizin öhdəsindən asanlıqla gələ bilməyəcəyi və hisslərimiz üçün güclü bir dad birləşməsidir. Buna görə də indi bizi əhatə edən qidaların cəzbedici qoxusuna müqavimət göstərmək çətindir.

Ac olmadığımız halda alış-veriş səbətimizi doldurmağımıza təəccüblənməməliyik. Bu cəzbedici məhsullara müqavimət göstərmək qabiliyyətimiz genetika da daxil olmaqla bir sıra amillərlə müəyyən edilir və insandan insana dəyişir.

Beləliklə, piylənmənin qlobal artımı iradənin qəfil itirilməsinin nəticəsi deyil. Əksinə, çəki artımı insanların uyğunlaşa biləcəyindən daha sürətli dəyişmiş bir mühitdə yaşamaya məruz qalaraq, onların təbii reaksiyası kimi başa düşülür.

650 milyon

insan piylənmə ilə yaşayır, bunların 120 milyondan çoxu uşaq və yeniyetmələrdir.

-Ümumdünya Səhiyyə Təşkilatının qlobal qiymətləndirmələri, 2016-cı il

Çəkiyə nəzarət məqsədlərinizi dəstəkləmək üçün mühitinizi dəyişdirin

Müasir mühitimizdə bizi piylənmə riski ilə üz-üzə qoyan bir çox amillər var. Bu amillərin bir çoxu bizim nəzarətimizdən kənardır, amma xoşbəxtlikdən hələ də görə biləcəyimiz çox iş var. Mühitimizin yenidən qurulması bunlardan biridir.

Mühitimizi yenidən qurmaq üçün "Aclığınızı yatırın: sağlam qidanı necə planlaşdırmalı, hazırlamalı və yeməli" məqaləsini oxuyun.

bowl with apples, bananas, grapes and oranges on table
İsti̇nadlar
  • Appelhans BM. Neurobehavioral Inhibition of Reward-driven Feeding: Implications for Dieting and Obesity. Obesity 2009; 17:640–647.
  • Morris R. Stranger in a strange land: an optimal-environments account of evolutionary mismatch. Synthese 2018; 1-26.
  • Sumithran P & Proietto J. The defence of body weight: a physiological basis for weight regain after weight loss. Clinical Science 2013; 124:231-241.
  • Guyenet S. The hungry brain. Outsmarting the instincts that make us overeat. New York: Flatiron 2017.
  • Bray M et al. NIH Working Group Report—Using Genomic Information to Guide Weight Management: From Universal to Precision Treatment. Obesity 2016; 24:14–22.
  • Münzberg H, Qualls-Creekmore E, Yu S, Morrison CD & Berthoud HR. Hedonics Act in Unison with the Homeostatic System to Unconsciously Control Body Weight. Front. Nutr. 2016; 3:6:1-5.
  • Berthoud, HR. Interactions between the “cognitive” and “metabolic” brain in the control of food intake. Physiology & Behavior 2007; 91:486-498.
  • World Health Organization. Obesity and Overweight Factsheet no. 311. Available at: http://www.who.int/mediacentre/factsheets/fs311/en/ [Accessed June 2019].

ƏLAQƏLİ MƏQALƏLƏR

icbari-logo
Tabib