40°29′39″ şm. e. 48°45′55″ ş. u.HGYO

Təsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Təsi
40°29′39″ şm. e. 48°45′55″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 401 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Təsi xəritədə
Təsi
Təsi

TəsiAzərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 31 mart 1995-ci il tarixli, 1008 saylı Qərarı ilə Qobustan rayonunun Bədəlli kənd inzibati ərazi vahidinin Təsi kəndi Yekəxana kənd inzibati ərazi vahidi tərkibinə verilmişdir.[1]

Yerli məlumata görə, Təsi kəndin əsasını qoymuş şəxsin adıdır. Bəzi mənbələrə görə, təsi monqol tayfalarından birinin adıdır. Monqolustan ərazisində Təsi adlı çay da vardır.[2]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 386 nəfər əhali yaşayır.[3]

  1. "Qobustan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 31 mart 1995-ci il tarixli, 1008 saylı Qərarı". 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-31.
  2. Təsi // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629