Ərəbşalbaş
Ərəbşalbaş | |
---|---|
40°37′12″ şm. e. 48°45′48″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 875 m |
Saat qurşağı | |
Ərəbşalbaş (əvvəlki adı: Ərəbcəbirli) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qobustan rayonunun Ərəbşalbaş kəndi Leninabad kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ərəbşalbaş kənd Soveti yaradılmışdır.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Kənd 1853-cü ildə yaradılmışdır.
Toponimikası
[redaktə | mənbəni redaktə et]Kəndin keçmiş adı Ərəbcəbirli olmuşdur. 1853-cü ildə 50 ailədən ibarət olmuş ərəbcəbirli tayfası Şalbaş adlı xəzinə torpağında məskunlaşdığına görə belə adlandırılmışdır.[2]
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd Baş Qafqaz silsiləsinin ətəyində, Sündü yaylasında yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 4195 nəfər əhali yaşayır.[3]
Din
[redaktə | mənbəni redaktə et]Kənddə "Hacı Gülmalı" məscidi dini icması fəaliyyət göstərir.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2022.
- ↑ Ərəbşalbaş // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR — 2011-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Qobustan rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |