40°30′36″ şm. e. 43°34′12″ ş. u.HGYO

Mənuçöhr məscidi

Vikipediya, azad ensiklopediya
(Mənuçöhr camisi səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Mənuçöhr camisi
Xəritə
40°30′36″ şm. e. 43°34′12″ ş. u.HGYO
Ölkə  Türkiyə
Şəhər Qars
Yerləşir Ani
Aidiyyatı Şəddadilər dövləti
Tikilmə tarixi IX əsr
Üslubu İslam memarlığı
Vəziyyəti xarabalıqları qalıb
Mənuçöhr camisi (Türkiyə)
Mənuçöhr camisi
Məscidin planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mənuçöhr camisi (və ya Ani Ulu Camisi) - Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığında qədim kürt abidəsi, Anadolunun ilk məscidi. Məscid Arpaçayın sahilində, bir qayalığın üstündə inşa edilmişdir. Mənbələr məscidin Şəddadilərin Ani əmiri Mənuçöhrün sifarişi ilə inşa edildiyini qeyd edir. Onu da qeyd edək ki, Əmir Mənuçöhr 1072-ci ildən Aniyə əmri təyin olunmuşdur və o, buradakı ilk Şədaddi əmiri idi. Bütün bu məlumatlarla yanaşı məscidin dəqiq inşa tarixi bilinmir.

Bir çox türk abidələri kimi bu abidə də erməni tarixçiləri bu abidənin də onlara məxsus olduğunu iddia edirlər. Bəzi erməni müəlliflərinin iddiasına görə məscid binası erməni Baqratilər sülaləsi dövrünə aid bir kilsənin jamatununun qalığıdır və türklərin Anini fəth etməsindən sonra binaya minarə əlavə edilərək məscidə çevrilmişdir. Bəzi araşdırmaçılar isə məscidin daha sonrakı dövrdə daha dəqiqi XII - XIII əsrlərdə inşa edildiyini iddia edirlər. Belə ki, onlar öz fikirlərini məscidin daxili quruluşunun XII - XIII əsrlər türk memarlığı üçün xarakterik olduğunu qeyd edirlər. Digər bir qrup alim isə məscidin daha qədim bir məscidin təməli üzərində inşa edildiyini, minarənin həmin ilk məscidin qalığı olduğunu iddia edirlər.

Məscidin giriş hissəsi XX əsrin əvvəllərində artıq uçmuşdu. Lakin məscid 1906 - cı ilə kimi yaxınlıqdakı kəndin sakinləri tərəfindən sitifadə edilmişdir. Həmin il isə məscid N.Y.Marrın arxeoloji qazıntılar zamanı əldə etdiyi materialların saxlanıldığı muzey kimi istifadə edilməyə başlandı. Birinci Dünya müharibəsi zamanı isə muzey qarət olunmuş, böyük tarixi əhəmiyyət daşıyan bütün eksponatlar oğurlanmış, binaya isə böyük ziyan vurulmuşdur. Yalnız 1999 - cu ildə Türkiyə Cümhuriyyəti Kültür Bakanlığının mütəxəssisləri tərəfindən məscid yenidən bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılmışdır.

Memarlıq xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]

İlk öncə onu qeyd etmək lazımdır ki, məscidin duruş səmti əyridir (təxminən 20 dərəcə). Həmçinin geniş yeraltı hissənin olması və böyük pəncərələri məscid binası üçün xarakterik olmayan cəhətlərdir. Daxili, ilkin, beş böyük kəmərli pəncərəylə işıqlandırılan ibadət salonundan ibarətdir. Binanın bayır tərəfində, pəncərələrinaltında isə sütun altlıqları vardır ki, bunlar da bir zamanlar binanın taxta eyvana malik olduğunu düşünmə imkanı verir (bu cür eyvanlı binalar terk memarlığında, xüsusilə Kayseri bölgəsində çox yayılmışdır). Binanın damı iç həçmi on bir hissəyə bölən altı sütunla dəstəklənmişdir. Bu gün bu bölmələrdən yalnız altısı salamat qalmışdır. Bölmələrdən hər birinin tavanının dizaynı başqadır və bir-birindən fərqlənən polixrom (çoxrəngli) daçlarla nəfis şəkildə işlənmişdir.

Məscidin qısa və qalın sütunları Anidəki başqa bir abidə Horomos monastırının zalında olan sütunlara çox bənzəyir. Lakin bu cür sütunlara Anidə XII - XIII əsrlərdə də (məsələn Baqnayr monastırında) təsadüf edilir.

Binanın çaya baxan dörd bölməli Cənub - Şərq hissəsinin altında da elə dörd bölməli zirzəmi vardır. Zirzəminin Şimal - Qərb divarı bütün binanın digər divarlarından daha qədimdir. Çünki, zirzəminin digər divarları ona yapışıq şəkildə deyil və inşa zamanı sadəcə həmin divarlar qədim hissəyə söykənilmişdir.

Məscidin Şimal tərəfində üzərində kufi xəttiylə bismillah yazılmış hündür səkkizbucaqı minarə vardır. Minarənin duruşu da məscid binasıyla uyuşmazlıq təşkil edir ki, bu da tədqiqatçıların minarənin ya daha öncə, ya da daha sonra inşa edildiyini düşünmələrinə səbəb olmuşdur. Minarənin yuxarı hissəsinə bir sütununn ətrafında fırlanan pilləkənlə çıxılır. Minarənin yuxarı hissəsi isə günümüzdə tamamilə açıqdır, ilk dövrlərdə isə örtülü olması (böyük ehtimalla daş tikili şəklində) şübhə doğurmur.