Əmir Sultan məscidi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İslam
Əmir Sultan məscidi
Xəritə
Yerləşməsi
Ölkə
Yeri Bursa
Memarlıq
Üslubu Osmanlı memarlığı
Minarələrin sayı 2
Vəziyyəti Aktiv
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əmr Sultan məscidi (türk. Emir Sultan Camii) — Türkiyənin Bursa şəhərində yerləşən məscid. İlk dəfə 14-cü əsrdə inşa edilən məscid Osmanlı sultanı III Səlimin göstərişi ilə 1804-cü ildə bərpa edilmişdır.[1]

Əsil adı Şəmsəddin Mehmed Əli əl-Hüseyin əl Buxari olan Əmir Sultan Buxaralı dərviş və alim, eyni zamanda Osmanlı sultanı Sultan I Bəyazidin müşaviri və kürəkəni idi.[2]

Məscid ilk dəfə inşa edilərkən tək günbəzli olmuş, 1507-ci ildə məscidə həyət ve üç qübbəli portik əlavə edilmişdir. Əmir Sultanın adını daşıyan və Bursanın eyniadlı səmtində yerləşən indiki məscid 14-cü əsr aid orijinal abidənin 1766-cı il zəlzələsində dağılmasından sonra inşa edilmişdir. Abidənin orijinal material və yeri olduğu kimi saxlanılsa da, yeni məscid 19-cu əsrdə Osmanlı imperiyasında dəbə girmiş barokko üslubunda tikilmişdir. 1855 -ci il Bursa zəlzələsindən sonra zərər görən məscid və türbə 1868 -ci ildə (hicri 1285) sultan Əbdüləziz tərəfindən yenidən qurulmuşdur.

Məscid və məqbərə girişində böyük hovuz olan böyük bir həyətin əks tərəflərində yerləşir. Həyətin girişləri şərqdə və qərbdədir və məscid və məqbərəyə həyətdən daxil olmaq mümkündür. Həyəti sivri tağları olan taxtadan çardaq əhatə edir və tikililərə aparan hissədə qalxaraq hər iki tərəfdə hündür qübbəli portal yaradır.

Məscid şimal künclərində iki minarəsi var. Əmir Sultan və ailəsinin məzarlarını ehtiva edən türbə isə mərkəzdəki qübbəli otaqdan və onun yan tərəfindəki kiçik otaqlardan ibarətdir. Həyətin şimal küncündəki digər otaqlar imamların istifadəsinə verilmişdir. Təpənin aşağı tərəfini köhnə bir qəbiristanlıq əhatə edir. Əmir Sultanın həyat yoldaşı və I Bəyazidin qızı Hundi Xarun məscidin cənubunda hamam tikdirmişdir. Kompleksin ətrafında çoxsaylı tarixi çeşmə var və onlardan ən qədimi 1743-cü ilə aiddir.

İznikBursada düzbucaqlı pəncərələri çoxsaylı müqarna və Rumi motivləri ilə bəzədilən Əmir Sultan məscidinin mehrabı XVII əsrdə İznik çiniləri ilə tikilmişdir.[3]

  1. "Arxivlənmiş surət". 2020-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
  2. Archnet Arxiv surəti 28 aprel 2005 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2005-04-28 at the Wayback Machine
  3. Abdullah Kuran, İlk Devir Osmanlı Mimarisinde Cami, Ankara, 1964