Nabur
Nabur | |
---|---|
40°37′56″ şm. e. 48°55′11″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 778 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Nabur — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd.
Tarixi mənbələrdə
[redaktə | mənbəni redaktə et]Osmanlı imperiyası ilə Rusiya arasında 1727-ci il 12 dekabrda Şamaxı yaxınlığında Nabur kəndində imzalanmış müqaviləyə əsasən ruslar Cavad, Salyan, Şeşpara və Rustov ərazilərinə yiyələndilər. Azərbaycan torpaqlarının qərb hissəsi isə Osmanlııların əlində qaldı. Bu müqavilə tarixdə "Nabur müqaviləsi" adlanır.
Etimologiyası
[redaktə | mənbəni redaktə et]Nabur oykoniminin adı zülqədər tayfasının nabur tirəsinin adı ilə bağlıdır. Ermənistan ərazisində də eyniadlı kənd qeydə alınmışdır.[1]
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalisi təxminən 5000 nəfərdir. Muğam ustadı Alim Qasımov, general-mayor Əbdül Xalıqov bu kənddə anadan olmuşlar.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Əhalinin əsas məşğuliyyəti maldarlıq, qoyunçuluq, əkinçilik və qismən arıçılıqdır.
Din
[redaktə | mənbəni redaktə et]Kənddə Nabur kənd məscidi dini icması fəaliyyət göstərir[2].
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-Qərb. Bakı. 2007. səh.427
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2017-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az (az.)
Qobustan rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |