Vikipediya:Bilirsinizmi/sentyabr 2023
Bilirsinizmi arxivi
2014: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 36. Həftə
Vikipediya məqalələrindən Nikaraqua haqqında məlumatlar...
- BMT tərəfindən Gürcüstanın işğal edilmiş əraziləri kimi tanınmış Abxaziya və Cənubi Osetiyanın müstəqilliyi Nikaraqua tərəfindən tanınmışdır.
- Ərəb diasporasının Mərkəzi Amerikadakı əsas qüvvələrindən hesab olunan Nikaraqua fələstinlilərinin təxmini sayı 2.000 nəfərə yaxındır.
- SSRİ-nin dağılması zamanı Nikaraqua hökumətinin İttifaqa təxminən 3,5 milyard dollar borcu var idi. Lakin borc məbləği Rusiya tərəfindən nikaraqualılara bağışlanmışdır.
- Orta əsrlərdə ispanlar tərəfindən əsası qoyulmuş Nikaraquanın iki ən böyük şəhəri Qranada və Leon uzun müddət, bir-biri ilə paytaxt statusu ilə bağlı mübahisə ediblər. Mübahisənin yekun həlli kimi Manaqua 1852-ci ildə paytaxt elan edilib.
- Nikaraquanın dövlət rəmzlərindən hesab olunan Momotombo vulkanını təsviri ölkə gerbinin 1854-cü il versiyasında əks olunmuşdur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 37. Həftə
Vikipediya məqalələrindən Peru haqqında məlumatlar...
- Perunun 1990-2000-ci illər arasında prezidenti olmuş Alberto Fuximori əslən yapon idi.
- And platosunda yerləşən və XIV əsrdə inşa olunmuş Maçu Piçu Dünyanın yeni yeddi möcüzəsindən biri hesab olunur.
- Dünyanın ən böyük quşu hesab olunan And kondorunun ana vətəni Perudur. Ortalama çəkiləri 10-15 kq, qanadlarının genişliyi isə 274-310 sm-ə çatan bu quşlar qanadlarını belə çırpmadan saatlarla uça bilirlər.
- Perunun cənub hissəsində, Naska dağ yamacında nəhəng həndəsi və fiqurlu geoqliflər olan Naska xətlərinin hansı şəraitdə və kim tərəfindən yaradılığı naməlumdur.
- Naska səhrasından yarım saatlıq məsafədə yerləşən Çauçilla qəbiristanlığı dünyadakı ən qəribə məzarlıqlardan biri sayılır. Belə ki, burada insanlar oturaq formada dəfn olunublar.
- And dağlarının Kordilyer-Blanka silsiləsində, Perunun Ankaş bölgəsində yerləşən Uaskaran Milli Parkı ölkənin ən hündür zirvəsinə ev sahibliyi edir. 6.768 metr hündürlüyə malik Uaskaran dağı bu milli parkın ərazisindədir. Qoruq ərazisi UNESCO tərəfindən ümumdünya irsi siyahısına daxil edilib.
bax – müzakirə et – redaktə et – tarixçə
- 38. Həftə
Vikipediya məqalələrindən Hindistan haqqında məlumatlar...
- Cənubi və Cənub-Şərqi Asiyada, asiya fillərindən istifadə olunaraq gerçəkləşdirilmiş edam növü Fil ilə edam ilk dəfə olaraq Hindistanda tətbiq edilmişdir.
- XIV övladını dünyaya gətirən zaman vəfat edən Mümtaz Mahalın ölümü ilə barışa bilməyən Böyük Moğol imperiyasının hökumdarı Sultan Şahcahan 1632-ci ildə Tac Mahalın tikilməsinə göstəriş verir. UNESCO tərəfindən ümumdünya irsi siyahısına daxil edilmiş abidə Hindistanda turistlər tərəfindən ən çox ziyarət edilən yerlərdən biridir.
- Erməni dilində ilk qəzet 1794-cü ildə Hindistanın Kəlkütə şəhərində Aratun Şumovyanın rəhbərliyi ilə çap edilib. Azdarar adlı qəzet iki il müddətinə 18 nüsxədən ibarət olmaqla yayımlanıb.
- Bəhai dininin Asiya qitəsi üzrə əsas ibadət mərkəz sayılan və Hindistanın Nyu-Dehli şəhərində yerləşən Lotos məbədi ortalama hər il 5 milyon nəfər tərəfindən ziyarət edilir. Dünyadakı ən böyük bəhai icmasıda (2 milyondan bir qədər çox) Hindistanda yaşamaqdadır.
- Hindistanda kannibalizm adətlərini özlərində saxlayan Aqxori dini sektası mövcuddur. Sekta üzvlərinin ritual ayinlərdə insan ətlərinin yediyi, yanlarında gecələdiyi və kəllə sümüklərindən piyalə kimi istifadə etdikləri məlumdur.
bax – müzakirə et – redaktə et – tarixçə
- 39. Həftə
Vikipediya məqalələrindən Cənubi Koreya haqqında məlumatlar...
- Şimali Koreya ilə Cənubi Koreya arasında yerləşən və Koreya yarımadasının iki hissəyə bölən 250 km uzunluğunda və 4 km enində sərhəd xətti Koreya silahsızlaşdırılmış zonası adlanır.
- Cənubi Koreya intihar hallarına görə dünyada XII yerdədir. Ölkə, İƏİT-ə üzv ölkələr arasında ən yüksək intihar nisbətinə malikdir. Ortalama 26,9 gənc Cənubi Koreyada hər gün ya intihara cəhd edir, ya da özünə xəsarət yetirir.
- Cənubi Koreyada bir adamın adını qırmızı rəngli və ya qırmızı mürəkkəbli qələmlə yazmaq yaxşı qarşılanmır. Belə bir batil inanc varki, əgər yazılarsa, bu həmin insanın başına pis bir hadisə gələcəyinə və ya öləcəyinə işarədir.
- Cənubi Koreyada kişilər üçün hərbi xidmət icbaridir. 21-28 yaş arasındakı ölkə vətəndaşları ən azı 21-24 ay davam edən hərbi xidmətlərə cəlb olunurlar və bundan mümkün yayınma cəhdləri sərt formada cəzalandırılır.
- 4 rəqəmi uğursuzluq simvoludur. Liftlərdə IV mərtəbəni işarə etmək üçün F hərfindən istifadə olunur. Bu inancın geniş yayılmasının əsas səbəblərindən biri "4" rəqəminin tələffüzü "ölüm" sözünün tələffüzü ilə çox oxşar olmasıdır. Koreya dilində "ölüm" 死 사 (sa)-dır və "4" rəqəmini bildirən 四 사 (sa) ilə tamamilə eyni səslənir.
bax – müzakirə et – redaktə et – tarixçə