Hərbi xidmət

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Hərbi xidmət, istər könüllü, istərsə də məcburi orduda vəya digər hüquq-mühafizə orqanı və güc qurumlarında xidmətdir.

Məcburi hərbi xidmət dünyanın bir çox ölkələrində artıq ləğv edilib. İsrail kimi bir neçə ölkə, hər bir vətəndaşdan müəyyən miqdarda hərbi xidmət tələb edir. Hərbi çağırış sistemlərindən istifadə edən ölkələrin əksəriyyətində yalnız kişilər hərbi xidmətə çağırılır, bir neçə ölkə qadınları dahərbi xidmətə çağırır.[1] Məsələn, Norveç, İsveç, Şimali Koreya, Cənubi Koreya, İsrail və Eritreya həm kişiləri, həm də qadınları hərbi xidmətə çağırır. Bununla belə, yalnız Norveç və İsveçdə gender baxımından neytral hərbi xidmətə çağırış sistemi mövcuddur, burada kişilər və qadınlar hərbi xidmətə çağırılır və bərabər rəsmi şərtlərlə xidmət edirlər. Əksər ölkələrdə xidmət 6 ay, 1 il, 2 və daha çox il də təşkil edə bilər.

Adətən daha kiçik dövlətlərin ümumiyyətlə silahlı qüvvələri yoxdur və ya silahlı daxili təhlükəsizlik qüvvələrinə (məsələn, polis, sahil mühafizəsi) arxalanır.[2]

Dünyada təxminən 107 ölkə və ərazidə məcburi hərbi çağırış olmadığı müəyyən edilmişdir.

Azərbaycanda hərbi xidmət

[redaktə | vikimətni redaktə et]

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Xidmətin Əsasnaməsini və normativ hüquqi aktlarını rəhbər tutur.

  1. "4 Countries With Mandatory Military Service for Men and Women Politics - Entity". Entity. 2016-09-19. 2018-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-19.
  2. Persson, Alma; Sundevall, Fia. "Conscripting women: gender, soldiering, and military service in Sweden 1965–2018". Women's History Review. 28 (7). 2019-12-17: 1039–1056. doi:10.1080/09612025.2019.1596542. ISSN 0961-2025.