Saman Təhmasibi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Saman Təhmasibi
Saman Təhmasibi 2016-cı il Rio-de-Janeyro Olimpiadasında
Saman Təhmasibi 2016-cı il Rio-de-Janeyro Olimpiadasında
Şəxsi məlumatlar
Tam adı Saman Təhmasibi
Vətəndaşlığı İran İran
Azərbaycan Azərbaycan
Doğum tarixi 26 iyul 1985(1985-07-26) (39 yaş)
Doğum yeri
Boyu 180 sm. (5 ft 6 in)
İdman növü Güləş
Karyera illəri 2000—2016
Məşqçisi Cəmşid Xeyrəbadi
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Saman Təhmasibi (26 iyul 1985, Sənəndəc) — 1995-2010-cu illərdə İranı, 2010-2016-cı illərdə isə Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, 2007-ci il Asiya Çempionatının qalibi.[1]

Saman Təhmasibi 2006-cı ilin iyununda Monqolustanda tələbələr arasında Dünya Çempionatının qalibi oldu.[2] Həmin ilin sentyabrda Çinin Quançjou şəhərində Dünya Çempionatının bürünc medalına sahib olan Saman Təhmasibi Qətərin Doha şəhərində baş tutan Asiya Oyunlarını isə 8-ci pillədə başa vurdu.[2]

2007-ci ildə Saman Təhmasibi Qırğızıstanda Asiya Çempionatının qalibi, Azərbaycanda isə Dünya Çempionatının bürünc medalına sahib oldu.[2] 2008-ci ildə İranı XXIX Yay Olimpiya Oyunlarında təmsil edən Saman Təhmasibi olimpiadanı 11-ci pillədə başa vurdu.[2]

Saman Təhmasibi 2010-cu ildə Azərbaycan Güləş Federasiyası tərəfindən yunan-roma güləşi üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi.[2] Saman Təhmasibi Azərbaycan bayrağı altında həmin ilin sentyabrında Rusiyada Dünya Çempionatında mübarizə aparsada uğursuz çıxış elədi və turniri 18-ci pillədə başa vurdu.[2]

Saman Təhmasibi 2011-ci ildə İstanbulda Vəhbi Əmri beynəlxalq turnirinin qalibi oldu, Qızıl Qran-Pri beynəlxalq turnirinin isə gümüş medala sahib oldu.[2] Həmin il Saman Təhmasibi Dünya və Avropa Çempionatlarında medala sahib ola bilməsə də Dünya Çempionatını beşinci pillədə başa vurmaqla olimpiya lisenziyası əldə elədi.[2]

2012-ci ilin mayında Serbiyanın Belqrad şəhərində Avropa Çempionatını 8-ci pillədə başa vuran Saman Təhmasibi avqustda Azərbaycanı olimpiada da təmsil elədi.[2] Saman Təhmasibi olimpiadanın 1/8 final mərhələsində Gürcüstan nümayəndəsi Vladimir Qeqeşidze ilə üz-üzə gəldi.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində Qeqeşidze 2:0, növbəti hissəsində isə Təhmasibi 2:0 hesabları ilə qalib gəldi.[3] Həlledici hissədə Saman Təhmasibi rəqibinə minimal hesabla məğlub oldu (0:1).[3] Məğlub olduğu rəqibi final görüşünə vəsiqə qazanmadığına görə təsəlliverici qrupda da mübarizə apara bilməyən Saman Təhmasibi olimpiadanı 11-ci pillədə başa vurdu.[3]

2013-cü il Saman Təhmasibi üçün uğurlu oldu.[2] İlin əvvəlində Tbilisi şəhərində (Gürcüstan) Avropa Çempionatını beşinci pillədə başa vuran Saman Təhmasibi iyulda İspaniya Qran-Prisinin, noyabrda da Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu.[2] Sentyabrda isə Saman Təhmasibi Macarıstanın Budapeşt şəhərində baş tutan Dünya Çempionatının final görüşündə məğlub olmaqla turnirin gümüş medalına sahib oldu.[2]

Saman Təhmasibi üçün 2014-cü ildə uğurlu oldu.[2] Fevralda İstanbulda Vəhbi Əmri beynəlxalq turnirinin bürünc medalına, iyulda da Qızıl Qran-Pri beynəlxalq turnirinin gümüş medalına sahib olan Saman Təhmasibi sentyabrda növbəti dəfə Dünya Çempionatının final görüşündə məğlub olmaqla turniri gümüş medalla başa vurdu.[2]

Saman Təhmasibi 2015-ci ilin aprelində İstanbulda Vəhbi Əmri beynəlxalq turnirində, iyunda isə Avropa Oyunlarında uğursuz çıxış elədi və turnirləri müvafiq olaraq 10-cu və 8-ci pillələrdə başa vurdu.[2] İlə uğursuz start verən Saman Təhmasibi bununla belə sentyabrda Birləşmiş Ştatların Las-Veqas şəhərində baş tutan Dünya Çempionatının bürünc medalına və olimpiya lisenziyasına sahib oldu.[2] Noyabrda isə Saman Təhmasibi Qızıl Qran-Pri beynəlxalq turnirini 12-ci pillədə başa vurdu.[2]

Saman Təhmasibi 2016-cı ilin avqustunda Azərbaycanı olimpiada da təmsil elədi.[2] 85 Kq. turnirində çıxış edən Saman Təhmasibi olimpiadanın təsnifat mərhələsində Rusiya nümayəndəsi David Çaxvetadze ilə üz-üzə gəldi.[2] David Çaxvetadze 2015-ci il Avropa Oyunlarının qalibi idi. Həmin görüşdə Saman Təhmasibi rəqibinə 0:3 hesabı ilə məğlub oldu.[2] Rəqib final görüşünə vəsiqə qazandığına görə Saman Təhmasibi mübarizəsini təsəlliverici qrupda davam elədi.[2] Təsəlliverici qrupun birinci görüşündə Saman Təhmasibi İran nümayəndəsi Həbibullah Əxlaqi ilə üz-üzə gəldi.[2] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Saman Təhmasibi rəqibinə 2:3 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini başa vurdu.[2] Nəticədə Saman Təhmasibi Rio-de-Janeyro Olimpiadasında 12-ci pillədə qərarlaşdı.[2]

Saman Təhmasibi 2016-cı ildə idmanla vidalaşdı.[2]

Saman Təhmasibi Rio-de-Janeyro Olimpiadasının təsəlliverici qrupu çərçivəsində baş tutan görüş zamanı İran nümayəndəsi Həbibullah Əxlaqi ilə qarşılaşır
Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
İran İran
1
1995
Yeniyetmələrin Dünya Çempionatı İran İran
5.
2
2006
Tələbələrin Dünya Çempionatı Monqolustan Monqolustan
1.
3
Dünya Çempionatı Çin Çin
3.
4
Asiya Oyunları Qətər Qətər
8.
5
2007
Asiya Çempionatı Qırğızıstan Qırğızıstan
1.
6
D. Kolov - N. Petrov Turniri Bolqarıstan Bolqarıstan
10.
7
Dünya Çempionatı Azərbaycan Azərbaycan
3.
8
2008
Olimpiya Oyunları Çin Çin
11.
9
2010
Yadigar İmam Turniri İran İran
3.
Azərbaycan Azərbaycan
10
2010
Dünya Çempionatı Rusiya Rusiya
18.
11
2011
Vəhbi Əmri Turniri Türkiyə Türkiyə
1.
12
Avropa Çempionatı Almaniya Almaniya
15.
13
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
2.
14
Dünya Çempionatı Türkiyə Türkiyə
5.
15
FILA Test Turniri Böyük Britaniya Birləşmiş Krallıq
1.
16
2012
Avropa Çempionatı Serbiya Serbiya
8.
17
Olimpiya Oyunları Böyük Britaniya Birləşmiş Krallıq
11.
18
2013
Avropa Çempionatı Gürcüstan Gürcüstan
5.
19
İspaniya Qran-Prisi İspaniya İspaniya
1.
20
Dünya Çempionatı Macarıstan Macarıstan
2.
21
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
1.
22
2014
Vəhbi Əmri Turniri Türkiyə Türkiyə
3.
23
Avropa Çempionatı Finlandiya Finlandiya
16.
24
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
2.
25
Dünya Çempionatı Özbəkistan Özbəkistan
2.
26
2015
Vəhbi Əmri Turniri Azərbaycan Azərbaycan
10.
27
Avropa Oyunları Azərbaycan Azərbaycan
8.
28
Dünya Çempionatı ABŞ ABŞ
3.
29
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
12.
30
2016
Olimpiya Oyunları Braziliya Braziliya
12.
  1. Olympedia.org. "Saman TƏHMASİBİ". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 International Wrestling Database. "SAMAN TAHMASEBI". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
  3. 1 2 3 4 Olympedia.org. "2012 Summer Olympics / Wrestling / Light-Heavyweight (84 Kilograms) / Greco-Roman / Men". www.olympedia.org (ingilis). 2022-08-30. İstifadə tarixi: 30.08.2022.[ölü keçid]