Maksim Prokopenko

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Maksim Prokopenko
Şəxsi məlumatlar
Tam adı Maksim Sergeyeviç Prokopenko
Vətəndaşlığı Ukrayna Ukrayna
Azərbaycan Azərbaycan
Doğum tarixi 23 mart 1984(1984-03-23) (40 yaş)
Doğum yeri
Boyu 182 sm.
İdman növü Kanoe sprint
Medallar

Maksim Prokopenko (23 mart 1984, Olşanka[d], Kirovoqrad vilayəti) — UkraynanıAzərbaycanı təmsil edən idmançı, Avropa Çempionatının qalibi.[1]

Ruslan Cəbrayılov və Maksim Prokopenko dueti 2004-cü ilin avqustunda Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı.[1] C-2 500 metr və C-2 1000 metr turnirlərində çıxış edən duet müvafiq olaraq dördüncü və altıncı pillələrdə qərarlaşmaqla mübarizəni yarım-final mərhələsində başa vurdu.[2][3] Ruslan Cəbrayılovun idmanla vidalaşmasından sonra Maksim Prokopenko Sergey Bezuqlıyla duet oldu və beynəlxalq turnirlərdə çıxış eləməyə başladı.[1]

Sergey Bezuqlı və Maksim Prokopenko dueti 2006-cı ilin avqustunda Macarıstanın Seqed şəhərində baş tutan Dünya Çempionatında C-2 1000 metr turnirində 3 dəqiqə 46.768 saniyə nəticə göstərdi və turnirin bürünc medalına sahib oldu.[1]

Daha sonra Sergey Bezuqlı və Maksim Prokopenko dueti 2008-ci ilin mayında İtaliyanın Milan şəhərində baş tutan Avropa Çempionatında C-2 1000 metr turnirində 3 dəqiqə 40.192 saniyə nəyicə göstərdi və turniri gümüş medalla başa vurdu.[1] Həmin ilin avqustunda Sergey Bezuqlı və Maksim Prokopenko dueti Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı.[4] C-2 500 metr turnirinin final mərhələsində 1 dəqiqə 44.156 saniyə nəticə göstərən Sergey Bezuqlı və Maksim Prokopenko dueti olimpiadanı 8-ci pillədə başa vurdu.[4]

Olimpiadadan sonra Azərbaycan Kanoe Federasiyası bir sıra idmançıları, o cümlədən Sergey Bezuqlı və Maksim Prokopenko duetini Azərbaycan yığmasının heyətinə cəlb elədi.[1]

Sergey Bezuqlı və Maksim Prokopenko dueti 2009-cu ilin iyununda Almaniyanın Brandenburq şəhərində baş tutan Avropa Çempionatında C-2 500 metr turnirində bürünc medalın sahibi oldu.[1] Həmin ilin avqustunda Kanadanın Dartmut şəhərində baş tutan Dünya Çempionatında isə Sergey Bezuqlı və Maksim Prokopenko dueti C-2 500 metr turnirini bürünc, C-2 1000 metr turnirini isə gümüş medalla başa vurdu.[1]

2010-cu il də Sergey Bezuqlı və Maksim Prokopenko dueti üçün uğurlu oldu. İyunda İspaniyanın Trasone şəhərində baş tutan Avropa Çempionatında Sergey Bezuqlı və Maksim Prokopenko dueti C-2 500 metr turnirində 1 dəqiqə 38.825 saniyə nəticə göstərdi və turnirin gümüş medalına sahib oldu.[1] C-2 1000 metr turnirində isə Sergey Bezuqlı və Maksim Prokopenko dueti 3 dəqiqə 34.115 nəticə göstərdi və Avropa Çempionatının qalibi oldu.[1] Duetin növbəti turniri avqustda Polşanın Poznan şəhərində baş tutan Dünya Çempionatı oldu.[1] Sergey Bezuqlı və Maksim Prokopenko dueti bu səfər C-2 500 metr turnirində 1 dəqiqə 40.277 saniyə nəticə göstərdi və Dünya Çempionatının gümüş medalına sahib oldu.[1]

Sergey Bezuqlı və Maksim Prokopenko duetinin 2011-ci ilin iyununda Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatında C-2 500 metr turnirində gümüş medalın sahibi oldu.[1] Avqustda Macarıstanın Seqed şəhərində baş tutan Dünya Çempionatı isə Sergey Bezuqlı və Maksim Prokopenko dueti üçün tarixi uğurla nəticələndi. Sergey Bezuqlı və Maksim Prokopenko dueti C-2 500 metr və C-2 1000 metr turnirində gümüş medalın sahibi oldu.[1] C-1 4x200 metr turnirində isə Andrey Kraytor, Maksim Prokopenko, Sergey BezuqlıValentin Demyanenkodan ibarət olan qrup Dünya Çempionatını gümüş medalla başa vurdu.[1]

Sergey Bezuqlı və Maksim Prokopenko dueti Azərbaycanı 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi.[1] Sergey Bezuqlı və Maksim Prokopenko dueti olimpiada da avqustun 7-də mübarizə apardı.[5] Təsnifat mərhələsinin "B" qrupunda çıxış edən Sergey Bezuqlı və Maksim Prokopenko dueti 3:38.042 dəqiqə nəticə göstərdi.[5] Qrupu altı duet sırasında birinci pillədə başa vuran duet yarım-final mərhələsində mübarizə aparmadan birbaşa final mərhələsinə vəsiqə qazandı.[5] Final mərhələsi avqustun 28-də baş tutdu.[5] 8 duetin mübarizə apardığı final mərhələsi gərgin idman mübarizəsi şəraitində baş tutdu.[5] Nəticədə Sergey Bezuqlı və Maksim Prokopenko dueti 3:36.218 dəqiqə nəticə göstərdi.[5] Bu nəticələ əsasən duet üçüncü pillənin sahibi olan Rusiya nümayəndələrindən cəmi 1.195 saniyə geri qalaraq medalın bir addımlığı turniri başa vurdular.[5]

London Olimpiadasından sonra Maksim Prokopenko idmanla vidalaşdı.

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 Olympedia.org. "Maxim PROKOPENKO". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. Olympedia.org. "2004 Summer Olympics / Canoe Sprint / Canadian Doubles / 500 metres / Men". www.olympedia.org (ingilis). 2022-08-30. İstifadə tarixi: 30.08.2022.[ölü keçid]
  3. Olympedia.org. "2004 Summer Olympics / Canoe Sprint / Canadian Doubles / 1000 metres / Men". www.olympedia.org (ingilis). 2022-08-30. İstifadə tarixi: 30.08.2022.[ölü keçid]
  4. 1 2 Olympedia.org. "2008 Summer Olympics / Canoe Sprint / Canadian Doubles / 500 metres / Men". www.olympedia.org (ingilis). 2022-08-30. İstifadə tarixi: 30.08.2022.[ölü keçid]
  5. 1 2 3 4 5 6 7 Olympedia.org. "2012 Summer Olympics / Canoe Sprint / Canadian Doubles / 1000 metres / Men". www.olympedia.org (ingilis). 2022-08-30. İstifadə tarixi: 30.08.2022.[ölü keçid]