Cerald Ford

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cerald Rudolf Ford
Gerald Rudolph Ford
9 avqust 1974 – 20 yanvar 1977
Vitse-prezidentolmayıb (avqust-dekabr 1974)
Nelson Rokfeller (1974-1977)
ƏvvəlkiRiçard Nikson
SonrakıCimmi Karter
6 dekabr 1973 – 9 avqust 1974
PrezidentRiçard Nikson
ƏvvəlkiSpiro Aqnyu
SonrakıNelson Rokfeller
Şəxsi məlumatlar
Doğum adı Leslie Lynch King Jr.
Doğum tarixi
Doğum yeri Omaha, Nebraska, ABŞ
Vəfat tarixi (93 yaşında)
Vəfat yeri Ranço-Mireyc, Kaliforniya, ABŞ
Vəfat səbəbi Ateroskleroz
Dəfn yeri
Partiya Respublikaçılar partiyası
Təhsili Miçiqan Universiteti
Yel Hüquq Məktəbi
İxtisası Hüquqşünas
Fəaliyyəti siyasətçi, zabit, vəkil, avtobioqraf[d], dövlət xadimi
Atası Lesli Linç Kinq
Anası Doroti Ayer Qardner
Həyat yoldaşı Betti Ford
Uşaqları Maykl Cerald Ford
Con Qardner Ford
Stiven Miqs Ford
Syuzan Elizabet Ford
Dini Protestant-Yepiskopal
Hərbi xidmət
Qoşun növü ABŞ hərbi donanması[1]
Döyüşlər

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cerald Rudolf Ford (ing. Gerald Rudolph Ford, doğum adı Lesli Linç Kinq, ing. Leslie Lynch King; 14 iyul 1913, Omaha, Nebraska, ABŞ — 26 dekabr 2006, Ranço-Mireyc, Kaliforniya, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 38-ci prezidenti (1974–1977) və 40-cı vitse-prezidenti (6 dekabr 1973–9 avqust 1974).

Cerald Ford 1913-cü il iyulun 14-də ABŞ-nin Nebraska şəhərində anadan olub[2].

1974–1977-ci illərdə ABŞ-nin 38-ci prezidenti olub.

C. Ford təxminən 25 il Miçiqandan Nümayəndələr Palatasında deputat seçilib.

1973-cü ildə Spiro Aqnyunun istefasından sonra prezident Riçard Nikson tərəfindən vitse-prezident təyin edilib.

Cəmi bir il sonra isə Uoterqeyt qalmaqalına görə prezident R. Niksonun istefasından sonra ABŞ prezidenti səlahiyyətlərini icra etməyə başlayır. Bununla da o, xalq tərəfindən seçilməyən ilk prezident və vitse-prezident kimi ABŞ tarixinə düşüb.

C. Ford 29 il eks-prezident statusunda qalsa da xələfi Quverin rekordunu qıra bilmədi. Lakin 2006-cı ilin sonunda ABŞ-nin ən uzunömürlü prezidenti kimi Ronald Reyqana məxsus olan rekorda sahib oldu.

C. Ford 2006-cı il dekabrın 26-da Kaliforniya ştatının Ranço Mireyc şəhərində vəfat edib.

Siyasi fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Savaşdan sonra 1949-cu ildə Miçiqan ştatının Təmsilcilər məclisinə seçildi. Müxalifət partiyasının liderliyinə qədər yüksəldi.1973-cü ildə Riçard Niksonun təyinatı ilə prezident köməkçisi oldu.1974 də watergate scandal ndan sonra Riçard Nikson istefa etdikdən sonra, prezident oldu. Prezindent olduqdan sonra Rİçard Niksona əff verərək həbs olunmasının qarşısını aldı. Bu hadisə amerika xalqı tərəfindən xoş qarşılanmadı. Prezidentliyi dövründə inflyasiya % 7-ə qədər yüksəldi. Bu müddətdə ABŞ öz əsgərlərini Vyetnamdan geri çəkdi. 1976 da Cerald Ford Respublikaçılar partiyasında yenidən namizəd oldu amma Cimmi Karter seçiklərdə onu üstələdi.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. 1 2 3 Biographical Directory of the United States Congress (ing.). GPO, 1903.
  2. "1913-cü ildə anadan olan və dünyasını dəyişən məşhurlar". 2012-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-12.