Cavanşir qəzası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cavanşir qəzası
Quberniyanın gerbi
Quberniyanın gerbi
Ölkə Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
Azərbaycan Azərbaycan SSR
Quberniya Yelizavetpol quberniyası
Mərkəzi Tərtər
Yaradılıb 1869
Ləğv edilib 7 iyul 1923
Sahəsi 4 818,4 verst² [1]
Əhalisi 72 719 nəfər[1] (1897)
Xəritə
Cavanşir qəzası xəritədə
Cavanşir qəzası 1 yanvar 1903-ci illər xəritəsi.

Cavanşir qəzası (rus. Джеванширский уезд) — Yelizavetpol quberniyasının bölgələrindən biridir. Cavanşir qəzasının inzibati mərkəzi YelizavetapolŞuşa şəhərləri arsındakı Tərtər poçt stansiyası hesab olunurdu; Yelizavetapoldan 681/6 vers. məsafədə Tərtər çayının üzərində Bərdə kəndi yerləşmişdir. Bərdə Qafqaz Albaniyasının paytaxtı olmuş, VII əsrdə ərəb istilalarına, 943 ildə Xəzərdən Kür çayı ilə keçərək gəlmiş ruslların, XIV əsrdə isə Teymurləngin dağıdıcı hücumları nəticəsində viran qoyulmuşdur. Şəhərdən yarı dağılmış qala divarları qalmışdır. Qəza 213 kəndi əhatə edirdi. Əhalinin əksəriyyəti əkinçilik və madarlıqla məşğul idi. Orta və düzən sahələrdə bağçılıq və ipəkçilik mühüm yer tuturdu. Əkin sahələrində əsasən buğda, arpa əkilirdi. Xüsusən düzən yerlərdə düyü və pampıqda əkilirdi.[2] Əhalisinin əksəriyyətini yerli azərbaycanlılar (rusların adlandırdığı tatarlar) (52041 nəfər), rusların gəlişindən sonra köçürülmə siyasəti nəticəsində az miqdarda ermənilər və ruslar təçkil etmişdir.[3]

Qəzanın tarixi

[redaktə | vikimətni redaktə et]

Qəza 1867-ci ildə Şuşa qəzasının Cavanşir sahəsinin ərazisində yaradıldı. Cavanşir qəzası Cəbrayıl qəzası kimi əvvəllər Qarabağ xanlığının tərkibinə daxil idi; 1869-cu ildə o, Şuşa qəzasından ayrılmışdır.[2] Sonra bu qəzaya köhnə Çiləbörd sahəsinin ərazisi də əlavə edildi.

Əhalisinin sayı 72 719 nəfər[1] (1897) olmuşdur.







Cavanşir qəzasının milli tərkibi (1897)[4]   azərbaycanlılar (71,6 %)  ermənilər (26,9 %)  qalanları (1,5 %)

Əhatə etdiyi ərazilər

[redaktə | vikimətni redaktə et]

Qəzanın nahiyələri

[redaktə | vikimətni redaktə et]

Bərdə nahiyəsi

[redaktə | vikimətni redaktə et]
  1. Mirzalıbəyli
  2. I Əyricə
  3. Qafarlı
  4. Hacıbəyli
  5. Qaraqoyunlu
  6. Əhmədbəyli
  7. Ləkili (Cumalar)
  8. Şəmşilər
  9. Türkmən-Qayabaşı
  10. Güloğlular
  11. İmamqulubəyli
  12. Zümürxaç
  13. Bərdə
  14. Mollagülülər
  15. II Əyricə

Kəranə nahiyəsi

[redaktə | vikimətni redaktə et]

1.Cəyirli 2.Şatırlı 3.Mirzəcəfərli 4.Qaradağlı-Kərimağa 5.1-ci Hacıəlili 6.Divanlı 7.Dilənçilər 8.Kürd Bоraki 9.Nəzirli 10.Kəranə 11.Saatlı 12.Məşədiimamqulular 13.Mirzəməmmədqulular 14.Bayramalılar 15.Bəhmənlər 16.Qaraqоyunlu-Salvar 17.Quşçular 18.1-Qarahacı 19.Həsənqaya 20.Mincivanlı 21.Cilоvdarlı 22.Çullu

Bu inzibati ərazi bölgüsü Qarabağ regionunun qəzalarında 1910-cu ildə yenidən həyata keçirilməyə başladı. 1910-cu ildə Cavanşir qəzasında 3 kənd şöbəsi yaradıldı.

  • Birinci şöbəyə bu kənd cəmiyyətləri

Bərdə, Qeranin, Dorbatli, Ayridcin, Xoruzlu, Qaramanlı, Yevlağ, Qaradağlı, Borsunlu, Sarov, Talış,

  • ikinci şöbəyə bu kənd cəmiyyətləri Ağəli, Alpaut, Xan-Ərəb, Köçərli,

Nəmirli, Xan-Qaraqoyunlu, Səhləbad, Ləki, Şirvanlı, Marağalı, Mamırlı, Qılıçlı,

Avaryan, Ayrım, Keşdağ, Asrik və Qoturlu daxil edildi (11, s.4)[5]

  1. 1 2 3 "Первая всеобщая перепись населения Российской Империи 1897 г." 2012-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-08. (rus.)
  2. 1 2 "Джеванширский уезд в ЭСБЕ". 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-10.
  3. Первая всеобщая перепись населения Российской Империи 1897 г. Джеванширский уезд Arxivləşdirilib 2012-03-29 at the Wayback Machine (rus.)
  4. "Демоскоп Wekly - Первая всеобщая перепись населения Российской Империи 1897 г. Распределение населения по родному языку и уездам. Российской Империи кроме губерний Европейской России  (rus.)". 2011-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-27.
  5. "Arxivlənmiş surət" (PDF). 2021-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-11-21.