Bibliometriya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Bibliometriya (ing. bibliometrics) – mətn və informasiyanın ölçülməsi üçün istifadə olunan metodlar çoxluğu.

Adətən istinad analizində (citation analysis) və kontent-analizdə (content analysis) bu metodlardan istifadə olunur. Baxmayaraq ki, bibliometrik metodlar daha çox kitabxana və informasiya elmi sahəsində istifadə edilir, başqa sahələrdə də geniş tətbiq oluna bilər. Bir çox tədqiqat sahələri bibliometrik metodlardan tədqiqatçıları və ya məqaləni qiymətləndirmək üçün istifadə edirlər.

Bibliometriya termini ilk dəfə 1969-cu ildə ingilis alimi Alan Priçard (Alan Pritchard) tərəfindən riyazi və statistik metodları tətbiq etməklə kitabların, dövri nəşrlərin və digər çap məhsullarının qiymətləndirilməsi üçün istifadə edilmişdir

Bibliometriyada 4 əsas qanun

[redaktə | vikimətni redaktə et]

Elmi sənədlər çoxluğunun öyrənilməsi kəmiyyət metodları kompleksidir. Elmin tədqiq edilməsində bu yanaşmada bir qayda olaraq müxtəlif verilənlər bazasında yerləşən nəşrlər haqqında informasiyadan istifadə olunur. Bibliometriya – elmə “quşların uçuş hundürlüyü”ndən baxışdır. Ondan elmin “qaynar nöqtələri” və ya “cəbhələri”, “sosial coğrafiyası”nı, elmi informasiyanın dəyərliliyini, alimlərin elmi məhsuldarlığını qiymətləndirmək üçün istifadə olunur. Bununla yanaşı bu göstəricilərdən elmin idarə olunmasında sosial alət kimi istifadə etməyə çalışırlar. Bibliometriyada 3 əsas qanun vardır:

  1. Bredfordun yayılma qanunu
  2. Lotka qanunu
  3. Zipf qanunu
  4. Prays qanunu
  • Rasim Əliquliyev. Nigar İsmayılova. Bibliometriya: Müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri, 2015, 78 s.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]