40°41′19″ şm. e. 46°23′13″ ş. u.HGYO

Azərbaycan Texnologiya Universiteti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan Texnologiya Universiteti
Loqonun şəkli
Xəritə
40°41′19″ şm. e. 46°23′13″ ş. u.HGYO
Əsası qoyulub 10 iyul 1980
Rektor Yaşar Ömərov
Şəhər Gəncə
Ölkə
Ünvan Gəncə, Şah İsmayıl Xətai prospekti, 103 AZ 2011
Sayt atu.edu.az

Azərbaycan Texnologiya UniversitetiAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.

1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialı fəaliyyətə başlayıb. Azərbaycan Texnologiya İnstitutu Heydər Əliyevin təşəbbüsü ilə, keçmiş SSRİ Nazirlər Sovetinin 202 saylı 22 fevral 1979-cu il tarixli, ona müvafiq Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı 10 iyul 1980-ci il tarixli qərarı ilə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad (indiki Gəncə) filialının bazasında, Krasnodar Politexnik İnstitutunun Bakı filialını, həmçinin S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Şərabçılığın texnologiyası" ixtisasını birləşdirməklə yaradılıb.[1]

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13.06.2000-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil Nazirinin 11.07.2000-ci il tarixli 691 saylı əmri ilə Azərbaycan Texnologiya İnstitutunun profili genişləndirilməklə Azərbaycan Texnologiya Universiteti yaradılıb.[1]

Respublika ali məktəbləri arasında 1982-ci ildə keçirilən yarışda Azərbaycan Texnologiya İnstitutu ikinci yer, 1983 və 1984-cü illərdə isə birinci yer tutaraq Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və sahə Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Həmçinin 1984-cü ildə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan LKGİ MK-nın Keçici Qırmızı Bayrağı ilə təltif olunmuşdur.

Universitet 20 xarici ölkədən 61 universitetlə ikitərəfli əməkdaşlıq, o cümlədən Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində Avropanın 7 aparıcı universiteti ilə əməkdaşlıq edir.[2]

“Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması - REFRESH” layihəsi çərçivəsində UNEC ilə tərəfdaşdır.[3]

Maddi-texniki bazası

[redaktə | vikimətni redaktə et]

Universitetdə hazırda 4 fakültə, 14 kafedra, magistratura və doktorantura şöbəsi, elmi-tədqiqat mərkəzi, hazırlıq kursu, ingilis dili resurs mərkəzi, fakültələr üzrə tədris laboratoriyaları, kitabxana, innovasiya mərkəzi, idman zalı (sahəsi 1000 kv.m.) fəaliyyət göstərir. Universitetdə tələbə yataqxanası mövcuddur.[1]

Universitetdə “Heydər Əliyev Məktəbi” fəaliyyət göstərir. Eyni zamanda universitetin tarixini əks etdirən muzey yaradılıb.[1]

1983-cü ildən çoxtirajlı "Texnoloq" qəzeti və "Elmi xəbərlər", "İnnovasiyalı iqtisadiyyat və menecment", "Konfranslar materialları" elmi jurnalları nəşr olunur.[4]

Universitetdə kimya və metallurgiya mühəndisliyi üzrə Metallurgiya tədqiqat laboratoriyası, 4 ədəd Kimya laboratoriyası, İstilik texnikası laboratoriyası, Hidravlika və hidravlika maşınlar laboratoriyası və Azəraliminium MMC-nin Gəncə kompleksində kafedra filialı fəaliyyət göstərir. Yüngül sənaye mühəndisliyi və dizayn üzrə isə Geyim istehsalının tədris-istehsalat laboratoriyası, Göndən olan məmulat istehsalının tədris istehsalat laboratoriyası, Pambığın ilkin emal texnologiyası laboratoriyası, Xalçaçılıq emalatxanası və Dizayn emalatxanası xidmətdədir.[5]

Ətraf mühitin mühafizəsi üzrə Ətraf mühitin mühafizəsi laboratoriyası, Qida mühəndisliyi və ekspertiza üzrə isə Qida məhsullarının istehsal texnologiyası laboratoriyası, Qida məhsullarının soyutma texnologiyası laboratoriyası, Şərab məhsullarının istehsal texnologiyası laboratoriyası, Qida məhsullarının keyfiyyətə nəzarət laboratoriyası mövcuddur.[5]

Universitet həmçinin Avtomatika və informasiya texnologiyaları üzrə 4 ədəd tədris laboratoriyası, 1 ədəd elmi tədqiqat laboratoriyasına malikdir.[5]

Ümumi və tətbiqi fizika üzrə Yarımkeçirici kristalların göyərdilməsi üzrə texnoloji laboratoriya, Fotoelektrik xassələrin tədqiqi elmi tədqiqat laboratoriyası, Optik xassələrin tədqiqi elmi tədqiqat laboratoriyası, Kompüter mühəndisliyi və telekommunikasiya üzrə isə Telekommunikasiya laboratoriyası, Telekommunikasiya və elektron laboratoriya, İnformatika laboratoriyası, Kompüter qrafikası laboratoriyası, Proqramlaşdırma laboratoriyası olmaqla tədris laboratoriyaları xidmət göstərir.[5]

Maşın mühəndisliyi və logistika üzrə Dəzgahlar laboratoriyası, Maşın və mexanizmlər nəzəriyyəsi laboratoriyası, Nəqliyyatda daşımaların və idarəetmənin təşkili laboratoriyası, Yük qaldırıcı və nəqliyyat maşınları laboratoriyası, Tələbələrin elmi-tədqiqat və konstruktor laboratoriyası fəaliyyətdədir.[5]

  1. 1 2 3 4 "UTECA-nın tarixi" (az.). Azərbaycan Texnologiya Universiteti. 16.03.2023 tarixində arxivləşdirilib.
  2. "Azerbaycan Teknoloji Üniversitesi". Azərbaycan Texnologiya Universiteti (az.). 2024-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-05.
  3. ""REFRESH" layihəsi çərçivəsində yerli tərəfdaş universitetlər təlimlər keçirilib". news.unec.edu.az (az.). 2024-05-21. İstifadə tarixi: 2024-12-13.
  4. "Azerbaycan Teknoloji Üniversitesi". Azərbaycan Texnologiya Universiteti (az.). 2024-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-05.
  5. 1 2 3 4 5 "Azerbaycan Teknoloji Üniversitesi". Azərbaycan Texnologiya Universiteti (az.). İstifadə tarixi: 2024-11-05.
  6. "A.Ş.Süleymanovun Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-21.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]