Abdulla Paşa Canızadə
Abdulla Paşa Canızadə | |
---|---|
Kərbəlayı Abdulla Canı oğlu Canızadə | |
Təxəllüsü | Ганбар |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Qarabağ xanlığı |
Vəfat tarixi | |
Vəfat yeri | Şuşa, Şuşa qəzası, Kaspi vilayəti, Rusiya imperiyası |
Vətəndaşlığı |
Qarabağ xanlığı, Rusiya imperiyası |
Fəaliyyəti | şair |
Abdulla Paşa Canızadə Vikimənbədə |
Kərbəlayı Abdulla Canı oğlu (1782, Şuşa – 1840, Şuşa) — şair, kimyagər.
Həyatı
[redaktə | vikimətni redaktə et]Kərbəlayı Abdulla Canı oğlu 1782-ci ildə Şuşa şəhəridə doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Mədrəsə yoldaşlarından Mirzə Əzizin adı bəllidir. Şair idi. Öz adıyla rəvan təbli şeirlər yazırdı. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar.
Təzkirəçi Mir Möhsün Nəvvab yazır: "Kərbəlayı Abdulla Canı oğludur və Qarabağın Şuşa qalasında sakin idi. Kəsbkarlıq da edərdi. Ağıllı bir adam idi və dövrünün ariflərindən hesab olunurdu. 1255-ci ildə (miladi 1839) sağ idi və təxminən 50 yaşı vardı. Bəzi qəribə elmlərlə maraqlanırdı. Eşitdiyimə görə, kimyanı məşq edirdi. O vaxtlar artıq səriştəsi də var idi".
Kərbəlayı Abdulla Canızadə Aşıq Səfi Valehlə yazışırdı. Kərbəlayı Abdulla 1840-cı ildə vəfat edib.
Kərbəlayı Abdulla Səfiyyə ilə ailə qurmuşdu. Əbdürrəhim, Əbdüləzim və Mehrəli adlı oğulları vardı.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Ənvər Çingizoğlu. Canızadələr. "Soy" dərgisi, 9 (17) Bakı, 2008.