Aşağı Salahlı
Naviqasiyaya keç
Axtarışa keç
Kənd | |
Aşağı Salahlı | |
---|---|
41°12′36″ şm. e. 45°20′16″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qazax rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 288 m |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Əhalisi | 1705[1] nəfər |
Milli tərkibi | azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Aşağı Salahlı – Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində yerləşən kənd.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Tarixi
[redaktə | mənbəni redaktə et]- Kənd 1999-cu ildə yaradılmışdır. Qazax rayonunun qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı.
Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar:
- Salahlı (Qazax) – Azərbaycanın Qazax rayonunda kənd.
- Salahlı (Samux) – Azərbaycanın Samux rayonunda kənd.
- Salahlı (Zərdab) – Azərbaycanın Zərdab rayonunda kənd.
- Salahlı (Yevlax) – Azərbaycanın Yevlax rayonunda kənd.
- Salahlı Kəngərli – Azərbaycanın Ağdam rayonunda kənd.
- Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı XIX əsrin sonlarından ara-sıra rast gəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salalahlı şəklində də işlənmişdir.
- Kənd Kür çayınin sag sahilindən təxminən 6–7 km uzaqlıqda yerləşir. Kəndin ərazisində 100 yaşdan artiq qədim qəbiristanlıq vardır. Həmin qəbiristanlıq hazırda yeni qəbiristanlıq ilə birləşmişdir.
- Kənd ərazisində eyni zamanda digər bir qədim qəbiristanlıq- Qazaxlı qəbiristanlığı vardır. Qeyd etmək lazimdı kı, Qazaxlı adlı yaşayiş məskəni bu kəndin içərisində bir məhəllə olaraq yerləşmişdir. Sonradan bu məhəllə Aşağı Salahlı kəndinin içərisin qarışmışdır.
- Əli Ağa Şıxlinski, Fərrux Ağa Qayıbov, Hüseyn Əfəndi Qayıbov və s. kimi tarixi şəxsiyyətlər məhz bu Qazaxli məhələsində dünyaya gəmişlər. Məşhur Qayıbovlar nəslinın kökü Aşagı Salahlı kəndinə (Qazaxli məhəlləsi) aiddir.
- Qəbirstaligin yaxınlığənda kükürd tərkibli müalicəvi isti su çıxır. Hal-hazirda bu su ilə fəakiyyət göstərən hamam tipli obyekt fəaliyyət göstərir.
- Kənd 1-ci Qarabağ müharibəsində 7 şəhid vermişdir. Kəndə 11 illik 1 orta ümüumtəhsil məktəbi vardır və bu məktəb kəndin 1-ci şəhidi olan Nizami Hüseynovun adını daşımaqdadır.
Toponimikası
[redaktə | mənbəni redaktə et]Aşağı Salahlı oyk., mür. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Kür çayından bir qədər aralı, Gəncə-Qazax düzənliyindədir. Oykonim "aşağıda yerləşən Salahlı kəndi" deməkdir. Öykonimin ikinci komponenti qazaxların salahlı tayfasının adı ilə bağlıdır.[2]
Əhalisi
[redaktə | mənbəni redaktə et]- 2009-cu ilin əhalinin sıyahıyaalınmasına əsasən kəndə 1705 nəfər əhali yaşayır. Onlardan 879 nərəf kişilər, 826 nəfər isə qadınlar təşkil edir.[1]
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]- Əhali kənd təsərüfatının heyvandarlıq (maldarlıq və qoyunçuluq) və əkinçilik (taxil, bostançəlıq) növləri ilə məşğuldur. Sovetlər dövründən əsasən üzumçlüklə məşğul olan kənd əhalisi sonradan bu sahalərin məhv edilməsi nəticəsində fərqli təsərrüfat sahlərinə üstnlük vürdilər. Hal-hazırda Üzümçülük zəif inkişaf etmişdir, amma bu sahənin prespektivi böyük olmaqdadır.
- Kənd Kür çayının sağ sahilində, 6 km uzaqliqda yerıəşir. Kəndin kənd təsərrüfatina daxil olan əkin torpaqlarinin bir hissəsi və maldarliq sahələri Kür qırağı ərazilərdə yerləşir.
Görkəmli şəxsləri
[redaktə | mənbəni redaktə et]- Mirzə Hüseyn Qayıbzadə (1830-1917) Qafqaz müftisi, maarif xadimi, ədəbiyyatşünas.
- Əliağa Şıxlinski (1863-1943) görkəmli hərbi xadim, general-leytenant.
- Nigar Şıxlinskaya (1871-1931) ilk azərbaycanlı şəfqət bacısı, ilk ali təhsilli azərbaycanlı qadın.
- Fərrux ağa Qayıbov (1891-1916) ilk azərbaycanlı hərbi təyyarəçi.
- Xədicə Qayıbova (1893-1938) ilk azərbaycanlı pianoçu qadın.
- Rəşid Qayıbov (1898-1938) Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru.
- Cavad bəy Şıxlinski (1874-1959) Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun general-mayoru.
- Rüstəm Şıxlinski (1878-1920) Azərbaycan Xalq Cümhuriyyətinin Ordusunun polkovniki.
- Fərman Salmanov (ata yurdu) (1931-2007) görkəmli neftçi.
- İsmət Qayıbov (ata yurdu) (1942-1991) Azərbaycanın ilk baş prokuroru.
- Mais Salmanov (ata yurdu)(1933-2008) xanəndə, Azərbaycan əməkdar artisti.
- Natiq Mehdiyev
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Qazax rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |