2015 Avropa Oyunları
2015 Avropa Oyunları | |
---|---|
İdmançıların sayı | 6.076 |
Vikianbarda əlaqəli mediafayllar |
2015 Avropa Oyunları | ||||
---|---|---|---|---|
Məlumat | ||||
Şəhər | Bakı, Azərbaycan | |||
Açılış mərasimi | 12 iyun | |||
Bağlanış mərasimi | 28 iyun | |||
İdman qurğularının sayı | 12 | |||
İdman növlərinin sayı | 30 | |||
Ölkə sayı | 50 | |||
İdmançı sayı | 10 000 | |||
Medal cədvəli | ||||
Ölkə | Cəmi | |||
Rusiya Federasiyası | 79 | 40 | 45 | 164 |
Azərbaycan | 21 | 15 | 20 | 56 |
Böyük Britaniya | 18 | 10 | 19 | 47 |
Almaniya | 16 | 17 | 33 | 66 |
Fransa | 12 | 13 | 18 | 43 |
2015 Avropa Oyunları — 12 iyundan 28 iyuna qədər Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən idman yarışı. 2015 Avropa Oyunları tarixdə ilk dəfə keçirilən idman yarışıdır. Yarışlarda 50 Avropa ölkəsindən 6000-dən çox idmançı mübarizə aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb.
Avropa Oyunlarının açılış mərasimi 12 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutub. Açılış mərasimində Avropa Oyunlarını rəsmi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan edib.[1] Avropa Oyunlarının məşəlini isə Bakı Olimpiya Stadionuna 2 qat Paralimpiya Çempionu, Qarabağ qazisi cüdoçu İlham Zəkiyev gətirib.[2]
Yarışlarda 50 ölkənin 6000-dən çox idmançısı 30 idman növündə mübarizə aparıb. 17 gün davam edən yarışlar 28 iyun tarixində Bakı Olimpiya Stadionunda yekunlaşıb.[3][4] Yarışlarda qeyri-rəsmi medal cədvəlində ilk sıranı Rusiya Federasiyasının idmançıları tutub. Onlar I Avropa Oyunlarında 79 qızıl, 40 gümüş və 45 bürünc, ümumilikdə 164 medal qazanıb.[5] İkinci sıranı isə ev sahibi Azərbaycan idmançıları tutdu. Yarışlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazanıb.[6] Üçüncü sıra isə Böyük Britaniya idmançılarına nəsib olub. Onlar 18 qızıl, 10 gümüş və 19 bürünc medal qazandı və I Avropa Oyunlarını 47 medalla başa vurublar.[7]
2015 Avropa Oyunlarının rəsmi büdcəsi 1.12 milyard Amerika Birləşmiş Ştatları dolları təşkil edib.[8][9] Satışa 600 000 bilet çıxarılıb.[10][11] Avropa Oyunlarının təşkili üçün 15 000 könüllü səfərbər olub.[12][13]
Ev sahibi şəhərin seçimi
[redaktə | vikimətni redaktə et]Bakı, 8 dekabr 2012-ci ildə İtaliyanın paytaxtı Romada keçirilən Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında birinci Avropa Oyunlarına ev sahibliyi etmək hüququ qazanıb. Avropa Oyunlarının bu tarixdən etibarən dörd ildən bir keçirilməsi qərara alınıb və növbəti yarışlar, 2019-cu ildə Belarusun Minsk şəhərində, 2023-cü ildə isə Polşanın Krakov şəhərində təşkil olunub.
Qərar gizli səsvermə nəticəsində qəbul edilib, 48 səsdən 38-i tədbirin yeganə iddiaçısının lehinə olub.[14] Səkkiz səs əleyhinə digər ikisi isə bitərəf qalıb. Ermənistan nümayəndələri səsvermədə iştirakdan imtina ediblər.[15]
Təşkilat məsələləri
[redaktə | vikimətni redaktə et]Təşkilat Komitəsi
[redaktə | vikimətni redaktə et]2015 Avropa Oyunlarının təşkili üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 yanvar 2013-cü ildə imzaladığı Sərəncamla təşkilat komitəsi yaradılmışdır. Qərara əsasən təşkilat komitəsinin sədri UNESCO və İSESCO-nun xoş məramlı səfiri, Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva təyin edilmişdir[16].
Təşkilat komitəsi
- Hacıbala Abutalıbov
- Azad Rəhimov
- Elmar Məmmədyarov
- Şahin Mustafayev
- Samir Şərifov
- Ramil Usubov
- Eldar Mahmudov
- Ziya Məmmədov
- Oqtay Şirəliyev
- Əbülfəs Qarayev
- Əli Abbasov
- Əli Əsədov
- Fatma Abdullazadə
- Elçin Quliyev
- Aydın Əliyev
- Cahangir Əsgərov
- Etibar Pirverdiyev
- Baba Rzayev
- Çingiz Hüseynzadə
- Anar Ələkbərov
- Ağacan Abıyev
- Fərhad Hacıyev
- Mikayıl Cabbarov
- İlham Mədətov
- Namiq Abdullayev
- Zemfira Meftahətdinova
- Fərid Mansurov
- Elnur Məmmədli
- Toğrul Əsgərov
- Şərif Şərifov
Maliyyə məsələləri
[redaktə | vikimətni redaktə et]İnfrastruktur
[redaktə | vikimətni redaktə et]Nəqliyyat
[redaktə | vikimətni redaktə et]İdman qurğuları
[redaktə | vikimətni redaktə et]Sıra | İdman qurğusu | Tutumu | İdman növü |
---|---|---|---|
1 | Bakı Olimpiya Stadionu | 68 000 | Yüngül atletika |
2 | Milli Gimnastika Arenası | 10 000 | Aerobika gimnastikası Akrobatika gimnastikası Batut gimnastikası Bədii gimnastika İdman gimnastikası |
3 | Heydər Əliyev Arenası | 7 682 | Cüdo Güləş Sambo |
4 | Bakı Su İdmanı Mərkəzi | 6 000 | Sinxron üzgüçülük Suya tullanma Üzgüçülük |
5 | Bakı Kristal Zalı | 4 000 | Voleybol |
2 600 | Boks | ||
1 500 | Karate Taekvondo | ||
1 000 | Qılıncoynatma | ||
6 | Bakı İdman Sarayı | 1 736 | Badminton Stolüstü tennis |
7 | Bakı Atıcılıq Mərkəzi | 1 200 | Atıcılıq |
8 | Tofiq Bəhramov adına Respublika Stadionu | Kamandan oxatama |
Bakı Olimpiya Stadionu
[redaktə | vikimətni redaktə et]Bakı Olimpiya Stadionunun inşasına 2011-ci ilin 6 iyun tarixində başlanılıb. Stadionun təməl qoyma mərasimdə Prezident İlham Əliyev, FİFA Prezidenti Yozef Blatter və UEFA Prezidenti Mişel Platini iştirak etmişdilər. 18 mart 2015-ci ildə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Olimpiya Stadionunun açılış mərasimində iştirak etmişdilər. Gənclər və İdman Naziri Azad Rəhimov görülən işlərlə bağlı İlham Əliyevə məlumat vermişdir. Qeyd edildi ki, təxminən 50 hektar ərazidə tikilən stadionun hündürlüyü 62 metrdir və 6 mərtəbədən ibarətdir. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş var. 68 000 tamaşaçı tutumlu stadiona Olimpiya normativlərinə əsasən insanların daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3 100 yerlik avtomobil parkı inşa edilib.[17]
Milli Gimnastika Arenası
[redaktə | vikimətni redaktə et]Milli Gimnastika Arenasının açılış mərasimi 16 aprel 2014-cü ilə təsadüf edir. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli Gimnastika Arenasına təşrif buyurmuşdular və görülən işlər ilə yaxından tanış olmuşdurlar. Gənclər və İdman naziri Azad Rəhimov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat vermişdir. Kompleksin fasadı xüsusi formada işlənmişdir. Burada maraqlı illüminasiya elementləri təqdim edən ekranlar quraşdırılmışdır. Əsasən gimnastika yarışları üçün nəzərdə tutulan arenanın əhəmiyyətini artıran mühüm amillərdən biri də buranın digər idman tədbirlərinin və yarışlarının da keçirilməsi üçün uyğunlaşdırılmasıdır.
Gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 000-dən 10 000-ə qədər artırmaq mümkündür. Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olacaq bu idman qurğusunda hotel də yaradılmışdır.[18]
Heydər Əliyev Arenası
[redaktə | vikimətni redaktə et]26 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezident İlham Əliyev və 2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Heydər Əliyev adına İdman-Konsert Kompleksində aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olublar.
Gənclər və İdman naziri Azad Rəhimov Prezident İlham Əliyevə burada görülən işlər barədə məlumat vermişdir.
Layihəyə əsasən binanın daxili kommunikasiya sistemlərinin yenidən qurulması, havalandırma sisteminin təmiri, yumşaq dam örtüyünün izolyasiyasının, həmçinin yer döşəməsinin daha keyfiyyətli örtüklərlə əvəzlənməsi, qapı, pəncərə və vitrajların yenilənməsi, zalların döşəmələrinə idman təyinatlı xüsusi örtüklərin dəyişdirilməsinə başlanılmışdır. Kompleksdə müasir yarış zalları, suvenir satışı mağazası, mətbuat işçiləri üçün xüsusi sahələr, VİP otaqlar, teleyayım mərkəzi, kafe-barlar və digər lazımi otaqlar yaradılmışdır.
Məşq zalı ən müasir səviyyədə qurulmuşdur. Burada saunalar, masaj, püşkatma, dopinq-yoxlama, tibb, hakimlər üçün istirahət, beynəlxalq federasiyaların işçi otaqları, yarış mərkəzi, 40 nəfərlik iclas zalı, 250 yerlik yeməkxana, mətbəx və digər köməkçi otaqlar olacaqdır.
Ümumi sahəsi 55 000 kvadratmetrə yaxın olan binada tamaşaçı yeri təmirdən əvvəl 7587 idisə, təmirdən sonra bu rəqəm 7682 olub. Burada, eyni zamanda, 142 VİP oturacaq quraşdırılmışdır.[19]
Bakı Su idmanı Mərkəzi
[redaktə | vikimətni redaktə et]Bakı Kristal Zalı
[redaktə | vikimətni redaktə et]8 iyun 2015-ci ildə Azərbaycan Respublikasının Prezident İlham Əliyev, 2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyeva Avropa Oyunları zamanı idmanın bir neçə növü üzrə yarışların keçiriləcəyi Bakı Kristal Zalında yaradılan şəraitlə tanış olublar.
Gənclər və İdman naziri Azad Rəhimov Prezident İlham Əliyevə burada görülən işlər barədə məlumat vermişdir. Bakı Kristal Zalında Avropa Oyunları zamanı idmanın voleybol, boks, qılıncoynatma, taekvondo və karate növləri üzrə yarışlar keçiriləcək. Bakı Kristal Zalında voleybol meydançası yüksək səviyyədə yaradılıb. 4 000 tamaşaçı yerlik bu meydança beynəlxalq tələblərə cavab verən ən müasir texniki avadanlıqla təchiz edilib. Meydançada Oyunlar zamanı həm kişi, həm də qadın idmançılar mübarizə aparacaqlar. Ümumilikdə, I Avropa Oyunlarında Azərbaycan ilə yanaşı, Belçika, Bolqarıstan, Finlandiya, Almaniya, Fransa, İtaliya, Polşa, Rusiya, Serbiya, Slovakiya, Türkiyə, Xorvatiya, Rumıniya, Hollandiya komandaları iştirak edəcəklər.
Bakı Kristal Zalında boks meydançasında yaradılan şərait də I Avropa Oyunları zamanı idmanın bu növü üzrə də yarışların ən yüksək səviyyədə baş tutmasına geniş imkan yaradır. Burada 2 600 tamaşaçı yerlik tribuna qurulub. Zalın yaradılması zamanı beynəlxalq idman qurumları, o cümlədən 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin tələbləri yüksək səviyyədə yerinə yetirilib. Burada həm idmançıların, həm məşqçilərin, həm də tamaşaçıların rahatlığı üçün mühüm işlər görülüb. I Avropa Oyunlarında boks üzrə kişilər 10 çəki dərəcəsində, qadınlar isə 5 çəki dərəcəsində qüvvələrini sınayacaqlar.
Voleybol və boks meydançalarının Bakı Kristal Zalının əsas hissəsində yerləşməsi səbəbindən onların arasında xüsusi akustik divar qurulub. Bu isə öz növbəsində yarışlar zamanı idmançılar, məşqçilər və tamaşaçıların rahatlığını təmin etməyə və bir-birinə mane olmamağa imkan verir. Bu cür akustik divarın qurulması beynəlxalq idman federasiyalarının tələblərinə daxildir.
Zalda yaradılan media mərkəzi də ən müasir səviyyədədir. Burada media nümayəndələrinin normal işləməsi üçün bütün şərait yaradılıb. Bakı Kristal Zalında "Eurovision" mahnı müsabiqəsi zamanı şərhçilər üçün nəzərdə tutulan otaqlar genişləndirilərək Avropa Oyunları Ailəsi üçün xüsusi istirahət zonalarına çevrilib. Bina yanğın əleyhinə, həmçinin mərkəzləşdirilmiş havalandırma sistemləri ilə təchiz olunub. Görülən işlər zamanı binanın intellektual idarəetmə sistemi də tamamilə yenilənib. Bakı Kristal Zalında ilə qılıncoynatma, taekvondo və karate növləri üzrə yarışların olacağı zalı birləşdirmək üçün burada funksional keçid zonası inşa olunub. İkimərtəbəli və 4 500 kvadratmetr sahəsi olan bu zonada protokol, Avropa Oyunları Ailəsi, federasiyaların nümayəndə heyətlərinin üzvləri üçün otaqlar və istirahət zonaları yaradılıb. Dopinq yoxlama, tibbi xidmət, idmançıların soyunub-geyinmə, yarışlara hazırlıq və digər xidməti otaqlar da funksional keçiddə yerləşir.[20]
Bakı İdman Sarayı
[redaktə | vikimətni redaktə et]Bakı Atıcılıq Mərkəzi
[redaktə | vikimətni redaktə et]Təqdimat mərasimləri
[redaktə | vikimətni redaktə et]Təqvim
Sıra | Ölkə | Şəhər | Tarix | İl |
---|---|---|---|---|
1 | Fransa | Kann | 9 iyul | 2014 |
2 | Yunanıstan | Afina | 28 sentyabr | |
3 | Almaniya | Berlin | 13 oktyabr | |
4 | Türkiyə | İstanbul | 18 noyabr | |
5 | Fransa | Paris | 26 noyabr | |
6 | İsveçrə | Davos | 22 yanvar | 2015 |
7 | Rumıniya | Buxarest | 12 fevral | |
8 | Macarıstan | Budapeşt | 21 fevral | |
9 | İtaliya | Roma | 4 mart | |
10 | Rusiya | Moskva | 10 aprel | |
11 | Belçika | Brüssel | 14 aprel | |
12 | Böyük Britaniya | London | 27 aprel |
Baku Prepares
[redaktə | vikimətni redaktə et]Könüllülər
[redaktə | vikimətni redaktə et]Medallar və məşəl
[redaktə | vikimətni redaktə et]Mükafatlandırılma mərasimi
[redaktə | vikimətni redaktə et]Məşəl estafeti
[redaktə | vikimətni redaktə et]Məşəl estafeti (Bakı)
[redaktə | vikimətni redaktə et]7 iyun tarixində 2015 Avropa Oyunlarının məşəli uzun sürən səyahətdən sonra Bakıya qayıtdı. Məşəl 7 iyunda Ağ şəhər Bulvarından Bakıya gətirildi və Dövlət Bayrağı Meydanına qədər aparıldı. Ertəsi günü isə 8 iyunda məşəl 2015 Avropa Oyunlarının keçiriləcəyi idman qurğularına aparıldı. Bunlar Heydər Əliyev Arenası, Milli Gimnastika Arenası, Bakı Kristal Zal, Bakı Su İdmanı Mərkəzi, Tofiq Bəhramov adına Respublika Stadionu, Avropa Oyunları Parkı, BMX Veloparkı və Dağ Velosiped Veloparkıdır.[21][22]
9 iyun tarixində məşəl bir çox tarixi önəmli binalara aparılaraq UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilən qədim İçərişəhərə səyahət etdi. Məşəl UNESCO-nun Azərbaycan arxitekturasının mirvarilərindən biri kimi adlandırdığı məşhur Şirvanşahlar Sarayında da oldu.
Məşəlin növbəti səfəri çərşənbə günü iyunun 10-da Bakının mədəniyyət və memarlıq obyektlərinə — Nizami küçəsinə, Fəvvarələr meydanına, Mərkəzi Parka (Qış Parkı), Filarmoniya Parkına və nəhayət, Funikulyorun yuxarı hissəsində yerləşən Dağüstü Parka edildi.
Bakı 2015 məşəli cümə axşamı iyunun 11-də final üçün Qız Qalasından götürüləcək və iyunun 12-də açılış mərasiminin keçiriləcəyi Milli Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən Sadko limanına aparıldı.
7 iyun tarixində Məşəli Bakının Dənizkənarı Milli Parkındakı "Sadko" limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib. Burada şəhər ictimaiyyətinin nümayəndələri, Bakının qonaqları, idmançılar, Avropa Oyunlarının könüllüləri dövlətimizin başçısını hərarətlə qarşıladılar. Məşəli Neft Daşlarından Bakıya gətirən kater limana yan aldı. Azərbaycan Prezidenti İlham Əliyev neftçi Nahid Nuriyevdən məşəli qəbul etdi. Azərbaycan Prezidenti 2015 Avropa Oyunlarının məşəlini Böyük Vətən Müharibəsinin veteranı Fatma Səttarovaya təqdim etdi. Bununla da 2015 Avropa Oyunlarının məşəlinin Bakı estafeti başladı. Paytaxtın Neftçilər prospekti daha izdihamlı idi. "Bakı-2015"-in məşəlçisi şərəfinə layiq görülmüş xalq artisti Arif Babayev burada məşəli Azərbaycanın birinci xanımı, 2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təqdim etdi. Süvarilərin müşayiəti, bu unudulmaz anların sevincini yaşayan çoxsaylı insanların sürəkli alqışları altında birinci xanım Mehriban Əliyeva məşəli Montröy Beynəlxalq caz festivalının qalibi, əməkdar artist, "Zirvə" dövlət mükafatı laureatı, pianoçu və bəstəkar İsfar Sarabskiyə ötürdü. Sonra məşəli Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva daşıdı. Sərbəst güləş üzrə Avropa çempionu, yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qızıl medalçısı İqbal Hacızadədən "Bakı-2015"-in məşəlini Arzu Əliyeva qəbul etdi. Sərbəst güləş üzrə dünya və Avropa çempionatlarının qalibi Hacı Əliyev məşəli növbəti estafetçiyə — Heydər Əliyevə təqdim etdi. "Bakı-2015"-in məşəlini bir-birinə ötürən məşəlçilərin estafeti Dövlət Bayrağı Meydanından və "Baku Crystal Hall"dan keçərək açılış mərasiminə qədər gecələr saxlanılacaq məkana – Qız Qalasına gətirildi. Burada məşəli sonuncu estafetçi — Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayevdən qəbul etdilər. Ümumilikdə şəhər boyunca məşəl 16 kilometr məsafədə 100 məşəlçi tərəfindən daşındı.[23] Məşəli daşıyan məhşurlar sırasında xalq artistləri Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov, Səkinə İsmayılova, Aygün Bayramova, Nəzakət Teymurova, Amaliya Pənahova, Fidan və Xuraman Qasımovalar, İlhamə Quliyeva, Aygün Kazımova, "Eurovision" mahnı müsabiqəsindəki təmsilçilərimiz Səbinə Babayeva, Dilarə Kazımova, Eldar Qasımov, Avropa Oyunlarının Ulduz Elçiləri aparıcı Hacı Nuran, "Parni İz Baku" komandasının üzvü Cabir İmanov yer alıb.[24]
8 iyun
9 iyun
10 iyun
11 iyun
Bilet satışı
[redaktə | vikimətni redaktə et]Biletlərin qiyməti
[redaktə | vikimətni redaktə et]2015 Avropa Oyunlarının biletləri 3 aprel 2015-ci ildə satışa çıxarıldı.[25] Biletlər 12 satış məntəqəsində satışa çıxarıldı. Satışa ümumi olaraq 600 000 bilet çıxarıldı. Açılış mərasiminə biletlərin qiyməti 20–200, bağlanış mərasiminə isə 10–100 manat arasında dəyişir. İdman yarışları üçün isə biletlərin qiyməti 2–5 manat arasında dəyişir. Açılış və bağlanış mərasimləri istisna olmaq ilə fiziki qüsurlu şəxslər üçün bilet pulsuzdur.
Biletlər Bakının 12 məntəqəsində satışa çıxarıldı. İlk məntəqələr 3 apreldə açıldı. Həmin gün 8 məntəqə istifadəyə verildi. 18 aprel tarixində isə daha 3 məntəqə biletlərin satışına başladı. Sonuncu 12-ci məntəqə isə 15 may tarixində açıldı. Həmin gündən başlayaraq Bakı sakinləri biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun Kassalarından əldə etməyə başladı.
Biletləri əldə etmək üçün 16 yaşdan yuxarı şəxslər üçün etibarlı Şəxsiyyət vəsiqəsi tələb olunur. Əcnəbi şəxslər üçün isə etibarlı səyahət sənədləri tələb olunur.
Qiymətlər manat ilə qeyd olunub
Tədbir | Yarış | Kateqoriya | Bilet növü | İdman növləri | Heydər Əliyev Arena | Mərasimlər | ||||
---|---|---|---|---|---|---|---|---|---|---|
A | B | C | D | Milli Gimnastika Arenası | ||||||
İdman növləri | Seçmə mərhələ | 2–3 AZN | 0–2 yaş | Bilet tələb olunmur, uşaq qucaqda tutulmalıdır. | ||||||
Final | 3–5 AZN | 2–16 yaş | Pulsuz | 1 AZN | Tam qiymət | |||||
Açılış mərasimi | 200 AZN | 100 AZN | 50 AZN | 20 AZN | 16 yaşdan yuxarı | Tam qiymət | ||||
Bağlanış mərasimi | 100 AZN | 50 AZN | 20 AZN | 10 AZN | Fiziki qüsürlu şəxs | Pulsuz | Tam qiymət |
Satış məntəqələri
[redaktə | vikimətni redaktə et]2015 Avropa Oyunlarının biletləri 12 məntəqədə satışa çıxarıldı. Avropa Oyunlarına marağ Bakı sakinləri tərəfindən çox böyük idi. Bakı sakinləri biletləri məntəqələrə gəlmək ilə yanaşı "online" şəkildədə əldə edirdilər. Artıq Avropa Oyunlarının gedişində bir çox idman növlərinin final yarışlarında biletlər tükənmişdi.[26] Biletlərə təlabat Bakı ilə yanaşı Mingəçevirdədə yüksək idi. Bu şəhərdə 2 gün keçirilən kanoe-sprint yarışlarında stadion daim azarkeşlər tərəfindən dolurdu.
Sıra | Satış məntəqəsi | Saat | Fasilə |
---|---|---|---|
1 | ASAN Xidmət (Yasamal) | 10.00–19.00 | 14.00–15.00 |
2 | Heydər Əliyev Sarayı-Kassa | 11.00–19.00 | |
3 | Kiosk-Azərbaycan Kinoteatrı | 10.30–18.30 | 15.00–16.00 |
4 | Kiosk-Azadlıq meydanı | 10.00–18.00 | 14.00–15.00 |
5 | Kiosk-Nizami küçəsi | 11.00–19.30 | 15.00–16.00 |
6 | McDonald Restoranı (Əhmədli) | 11.00–21.00 | |
7 | McDonald Restoranı (Fəvvarələr meydanı) | ||
8 | McDonald Restoranı (Neftçilər) | ||
9 | Metro Park Ticarət Mərkəzi | - | |
10 | Park Bulvar Ticarət Mərkəzi | ||
11 | Tofiq Bəhramov adına Respublika Stadionu | ||
12 | 28 Mall Ticarət Mərkəzi | ||
13 | Mingəçevir Dövlət Dram Teatrı (Mingəçevir) |
Açılış mərasimi
[redaktə | vikimətni redaktə et]2015 Avropa Oyunlarının açılış mərasimi xanəndə Alim Qasımov canlı muğam ifası ilə başladı. Sonra ritmik nağara sədaları altında 24-dən sıfıra doğru geriyə sayım başladı. Bu, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 ilini əks etdirirdi. Stadiona daxil olan minədək rəqqasə səhnənin əsas hissəsini ətəkləri ilə örtürdü. Onların ətəkləri Azərbaycan xalçalarındakı həndəsi fiqurlarla, dekorativ naxışlarla işlənmişdi. Rəqqasələrin ətəklərinin son yellənişində Azərbaycanın dövlət bayrağının obrazı yarandı. Səhnədən səmaya fişənglər atıldı. Şeypurçular Dmitri Şostakoviçin "Bayram uvertürası"ndan bir parça səsləndirdilər. Diqqət VİP-lojalara yönəldi və salamlama başladı. Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, Birinci xanım, "Bakı-2015" I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini salamladılar.[27]
Daha sonra, simfonik orkestrin ifasında Azərbaycan Himni səsləndirildi. Azərbaycan Respublikasının dövlət bayrağı stadiona gətirildi. Stadionda quraşdırılan elektron tablolarda Azərbaycanı dolaşmış məşəlin səyahət marşrutu nümayiş etdirildi. Son məşəlçi, Paralimpiya Oyunları Çempionu İlham Zəkiyev Yan Sibeliusun "5-ci Simfoniya"sının sədaları altında 2015 Avropa Oyunlarının məşəlini stadiona gətirdi. Yeniyetmələrin Yay Olimpiya Oyunlarında taekvondo yarışlarının qızıl medalçısı Səid Quliyev onunla yanaşı addımlayırdı.[28] Onlar mərkəzə doğru hərəkət etdikləri zaman ayaqları altında cadar-cadar olan torpaq görünürdü. Bu mənzərə palçıq vulkanları ətrafında Azərbaycan təbiətini göz önündə canlandırırdı. Səid Quliyev stadionun mərkəzində qaya parçasını götürdü və onun yerində çökək yarandı. İlham Zəkiyev tərəfindən ora yaxınlaşdırılan məşəl söndü, çökək doldu. Torpaq üzərindəki çatlardan çıxan alov qığılcımlarının axını lavanı xatırladırdı. Stadionun ortasından qaya parçası götürüldü və birinci məşəl gələcəkdə görüləcək işlərə işıq salmaq üçün torpağa basdırıldı.
Bağlanış mərasimi
[redaktə | vikimətni redaktə et]2015 Avropa Oyunlarının bağlanış mərasimi 28 iyun tarixində Bakı Olimpiya Stadionunda baş tutdu. Mərasimin keçirildiyi, birinci Avropa Oyunlarının yadigarı olan Bakı Olimpiya Stadionu yenə də izdihamlı idi. Bağlanış mərasiminə olan hədsiz maraq Oyunların böyük uğurundan xəbər verirdi. İdman mütəxəssisləri, analitiklər hesab edirlər ki, "Bakı-2015" gözlənildiyindən, təsəvvür edildiyindən də möhtəşəm alındı. "Bir çox ev sahibi şəhərlər bu cür tədbirlərə hazırlıq üçün beş-yeddi il sərf edir. Bakı isə cəmi otuz aylıq qısa zaman kəsiyində bu cür möhtəşəm qitə miqyaslı Oyunlara yüksək səviyyədə ev sahibliyi etməklə Avropa Olimpiya hərəkatını şərəfləndirdi" — Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin bu sözləri həqiqətən qürurvericidir. Onun qeyd etdiyi kimi, iyunun 17 günü möhtəşəm idman bayramı və birinci Avropa Oyunlarına layiq tədbir kimi yadda qaldı.
İştirakçı ölkələr
[redaktə | vikimətni redaktə et]2015 Avropa Oyunları üçün Azərbaycanın paytaxtı Bakı şəhərinə 50 ölkənin 10 000 idmançısı təşrif buyurmuşdu.
İştirakçı ölkələrin siyahısı (idmançıların sayı) | |||||
---|---|---|---|---|---|
|
Təqvim
[redaktə | vikimətni redaktə et]AM | Açılış mərasimi | ● | İdman yarışı | 1 | Final | BM | Bağlanış mərasimi |
İyun | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | Medal mərasimi | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Mərasim | AM | BM | |||||||||||||||||
Aerobika Gimnastikası | ● | ● | 2 | 2 | |||||||||||||||
Akrobatika Gimnastikası | ● | 2 | 4 | 6 | |||||||||||||||
Atıcılıq | 3 | 3 | 2 | 2 | 3 | 3 | 3 | 19 | |||||||||||
Badminton | ● | ● | ● | ● | ● | 2 | 3 | 5 | |||||||||||
Basketbol 3x3 | ● | ● | ● | 2 | 2 | ||||||||||||||
Batut Gimnastikası | ● | ● | 4 | 4 | |||||||||||||||
Bədii Gimnastika | 1 | 1 | 6 | 8 | |||||||||||||||
BMX velosipedi | ● | ● | 2 | 2 | |||||||||||||||
Boks | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | 5 | 5 | 5 | 15 | ||||||
Cüdo | 5 | 6 | 5 | 2 | 18 | ||||||||||||||
Çimərlik futbolu | ● | ● | ● | ● | 1 | 1 | |||||||||||||
Çimərlik voleybolu | ● | ● | ● | ● | 1 | 1 | 2 | ||||||||||||
Dağ velosipedi | 2 | 2 | |||||||||||||||||
Güləş | 4 | 4 | 4 | 4 | 4 | 4 | 24 | ||||||||||||
İdman gimnastikası | ● | 2 | 2 | 10 | 14 | ||||||||||||||
Kamandan oxatma | ● | 1 | 2 | ● | ● | 1 | 1 | 5 | |||||||||||
Kanoe Sprint | ● | 5 | 10 | 15 | |||||||||||||||
Karate | 6 | 6 | 12 | ||||||||||||||||
Qılıncoynatma | 2 | 2 | 2 | 3 | 3 | 12 | |||||||||||||
Sambo | 8 | 8 | |||||||||||||||||
Sinxron üzgüçülük | ● | ● | ● | 2 | 2 | 4 | |||||||||||||
Stolüstü tennis | ● | ● | 2 | ● | ● | ● | 2 | 4 | |||||||||||
Suya tullanma | 2 | 2 | 2 | 2 | 8 | ||||||||||||||
Su polosu | ● | ● | ● | ● | ● | ● | ● | ● | 2 | 2 | 2 | ||||||||
Şosse velosipedi | 2 | 1 | 1 | 4 | |||||||||||||||
Taekvondo | 2 | 2 | 2 | 2 | 8 | ||||||||||||||
Triatlon | 1 | 1 | 2 | ||||||||||||||||
Üzgüçülük | 7 | 8 | 9 | 7 | 11 | 42 | |||||||||||||
Voleybol | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | 1 | 1 | 2 | ||
Yüngül atletika | ● | 1 | 1 | ||||||||||||||||
Cəmi | 0 | 13 | 11 | 15 | 21 | 11 | 16 | 11 | 18 | 25 | 13 | 9 | 10 | 21 | 23 | 27 | 9 | 253 | |
İyun | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | Medal mərasimi |
Medal cədvəli
[redaktə | vikimətni redaktə et]Əsas məqalə — 2015 Avropa Oyunları medal sıralanması
Sıra | Ölkə | Cəmi | |||
---|---|---|---|---|---|
1 | Rusiya Federasiyası | 79 | 40 | 45 | 164 |
2 | Azərbaycan | 21 | 15 | 20 | 56 |
3 | Böyük Britaniya | 18 | 10 | 19 | 47 |
4 | Almaniya | 16 | 17 | 33 | 66 |
5 | Fransa | 12 | 13 | 18 | 43 |
6 | İtaliya | 10 | 26 | 11 | 47 |
7 | Belarus | 10 | 11 | 22 | 43 |
8 | Ukrayna | 8 | 14 | 24 | 46 |
9 | Niderland | 8 | 12 | 9 | 29 |
10 | İspaniya | 8 | 11 | 11 | 30 |
Cəmi | 253 | 253 | 338 | 844 |
Qalmaqallar
[redaktə | vikimətni redaktə et]Atletlər kəndindəki qəza
[redaktə | vikimətni redaktə et]İyunun 10-u Atletlər kəndində xoşagəlməz hadisə baş verdi. 2015 Avropa Oyunları ilə əlaqədar paytaxta gəlmiş əcnəbiləri daşıyan avtobus qəzaya uğrayıb. Qəza nəticəsində 3 idmançı yaralanıb. Avstriya Olimpiya Komitəsi 3 sinxron üzgüçü atletlərin qəzaya düşməsini təsdiqləyib. Qızlar səkidə piyada gəzərkən xidməti avtobus tərəfindən vurulub.[29]
Avstriya Olimpiya Komitəsinin rəsmi saytının yazdığına görə, xəsarət alanlar Verena Breit, Vanessa Sahinoviç və Luna Paxerdir. Hər üçü sinxron üzgüçüdür, 15 yaşları var.
Tərəfdaşlar
[redaktə | vikimətni redaktə et]2014-cü ilin 24 sentyabr tarixində Azərbaycan Hava Yolları 2015 Avropa Oyunlarının 6-cı rəsmi tərəfaşı oldu. Bu saziş əsasında Bakı 2015-in brendini daşıyacaq və həmçinin, ölkəyə uçuşlar zamanı təqdim edilən filmlərdə və jurnallarda Avropa Oyunları barədə təsvirlər verəcək. Eyni zamanda, bu müqavilə gələn yay möhtəşəm idman yarışlarına gələn qonaqların qarşılanmasında Heydər Əliyev Beynəlxalq Hava Limanında yetərli səviyyədə təbliğatın aparılmasını təmin edəcəkdir.[30][31][32][33][34]
Rəsmi tərəfdaşlar | Rəsmi dəstəkçilər | Beynəlxalq Uşaq Hüquqları Təşkilatı |
---|---|---|
2015 Avropa Oyunları digər sahələrdə
[redaktə | vikimətni redaktə et]Avropa Oyunlarının loqosu
[redaktə | vikimətni redaktə et]26 noyabr 2013-cü ildə 2015 Avropa Oyunlarının rəsmi loqosu təqdim olundu. 35 yaşlı azərbaycanlı dizayner Adəm Yunisov tərəfindən tərtib edilmiş bu yeni loqo alov, su, əfsanəvi simurq quşu, xalı və nar da daxil olmaqla, ev sahibi ölkənin qədim və müasir mədəniyyətini əks etdirən beş başlıca elementi bir araya gətirmişdir. A.Yunisovun açıq ictimai müsabiqə nəticəsində seçilmiş loqo tərtibatı ölkənin təbii gözəlliklərini, mədəniyyət və irsini, o cümlədən Avropanın ən sürətlə inkişaf edən şəhərlərindən biri kimi Bakının assosiasiyasını təsvir edir. Loqo təqdimatı Roma ilə yanaşı, eyni vaxtda Bakıda və Madriddə də nümayiş olunmuşdur.
Bakıda keçirilmiş təqdimat mərasimində Azərbaycan atletləri yeni loqonu dərhal qəbul etmişlər.[35][36]
Talisman
[redaktə | vikimətni redaktə et]2014-cü ilin 25 noyabr tarixində Bakı 2015 Avropa Oyunları Ceyran və Narı ilk dəfə olaraq keçiriləcək idman tədbirinin rəsmi simvolları kimi təqdim edib. Oyunların Əməliyyat Komitəsi Azərbaycanın təbiətindən və irsindən ruhlanaraq, Ceyran və Nar ölkənin qürurlu tarixini və ümidverici gələcəyini əks etdirir. Bu cütlük Bakı 2015-in təbliğatında brend rolunda çıxış edərək bütün dünyada birinci Avropa Oyunlarının simvoluna çevriləcək. Azərbaycanın Gənclər və İdman naziri, Bakı 2015-in baş icraçı direktoru Azad Rəhimov deyib: "Bütün dünyaya Ceyran və Narı təqdim etməyə olduqca şadıq və ümid edirik ki, onlar birinci Avropa Oyunları həyəcanını özlərində əks etdirə biləcəklər. Bakı 2015-in simvolları kimi onlar Azərbaycanda yeni nəsil idman azarkeşlərini ruhlandıracaq, həyəcanlandıracaq və əyləndirəcəklər. Onlar qarşıdan gələn aylar ərzində şəhərimizdə və ölkə ərazisində son dərəcə aydın şəkildə görünəcəklər".
Ceyran qonaqlara Azərbaycanın zəngin irsinə nəzər salmağı təklif etməklə Oyunların mədəniyyət elçisi olacaq. Qafqaz dağlarından tutmuş Xəzər dənizinin sahillərinədək Ceyran qonaqlara ölkə boyu bələdçilik edəcək və onlara Azərbaycanın gözəlliklərini nümayiş etdirəcək. Ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın simvolu və Azərbaycanda qorunan heyvan növlərindən biridir.
Nar günəşi sevən, Göyçay şəhərində bitən meyvədir. Həyat eşqi və enerji ilə aşıb-daşan Nar yeni idman növlərində iştirak etməyi sevir və Avropa Oyunları tədbirinə qoşulacaq. Nar Azərbaycan folklorunda birliyi tərənnüm edir və rəngarəng Bakı 2015 brendində əks olunaraq artıq şəhərimizdə geniş şəkildə nümayiş etdirilib.
Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Bizim simvollar ilk Avropa Oyunları üçün çox əhəmiyyətlidir və onları Bakı 2015 ailəsində salamlamağa çox şadıq. Ceyran Oyunların və Azərbaycanın zəngin irsinin zərif mədəniyyət elçisi olacaq. Nar Oyunların enerjisini, həyəcanını və əyləncəsini təmsil edir və idman sahələrində keçirilən yarışlarda iştirak edəcək".[37][38][39][40][41]
Yubiley günlər
[redaktə | vikimətni redaktə et]Avropa Oyunlarına 700 gün qaldı
2013-cü ilin 12 iyul tarixində Avropa Oyunlarına 700 gün qalması münasibətilə 2015 Avropa Oyunlarının rəsmi internet səhifəsi istifadəyə verildi. "Bakı Avropa Oyunları 2015" Təşkilat Komitəsi bu tədbirin rəsmi xəbərlər mənbəyi olacaq www.baku2015.com internet səhifəsini açıb. 12 iyulda təqdim edilən internet səhifəsi 12 iyul 2015-ci il tarixində Bakı Avropa Oyunlarının ilk gününə qalan "700 gün" hesabına start verildiyi olduqca xüsusi tarixə həsr olunur.
Açıldığı tarixdən etibarən rəsmi internet səhifəsi dünyanın bütün yerlərində olan insanlara ilk Avropa Oyunlarının məramı, keçirildiyi yeri və miqyası, idman növləri və yerləri haqqında məlumat almaq, Azərbaycan Respublikasının coğrafiyası, tarixi, iqtisadiyyatı, idmanı, mədəniyyəti və bir çox digər mühüm sahələri ilə tanış olmaq və Bakı şəhərinin tarixi, sosial həyatı, nəqliyyatı və internet səhifəsinə daxil olanların marağına səbəb olacaq digər mühüm təfərrüatları öyrənmək imkanını yaratdı.[42][43][44][45]
Avropa Oyunlarına 365 gün qaldı
2014-cü ilin 12 iyun tarixində Avropa Oyunlarına 1 il qalması münasibətilə möhtəşəm şou təşkil olundu. Dənizkənarı Milli Parkda təşkil olunan möhtəşəm şouda konsert oldu. Parkın ərazisində xüsusi stend yaradılmışdı. Stend üzərində oyunlarala bağlı xüsusi xareoqrafiyaların nümayişi ilə yanaşı, Azərbaycan mədəniyyətini özündə əks etdirən milli ornametlər də göstərildi. Gecəyə gözəllik qatan sü üzərində lazer və alov şouları oldu. Bu effektlər isə Avropa ölkələrindən gələn peşəkər mütəxəsislər tərəfindən hazırlanmışdı. Mərasimi izləmək üçün Bulvara paytaxt sakinləri ilə yanaşı Azərbaycanda olan əcnəbi qonaqlar da gəlmişdi. Açıq havada təşkil olunan diskoteka paytaxt sakinlərinin ürəyincə olub. Ümumilikdə dünyanın 48 ölkəsində canlı yayımlanan tədbirin pik nöqtəsi isə saatın əqrəblərinin gecə 12-ni göstərməsi oldu. Alov qüllələrinin üzərində göstərilən rəqəmlərin mənası isə geriyə sayımın başlanması idi. Sonra 10-a yaxın gəmidən atılan fişənglərlə, möhtəşəm atəşfəşanlıq oldu.[46][47][48]
Avropa Oyunlarına 200 gün qaldı
2014-cü ilin 26 noyabr tarixində 2015 Avropa Oyunlarına 200 gün qalması ilə əlaqədər olaraq İçərişəhərdə keçirilən tədbirdə lazer effektləri ilə Qız qalasının üzərində "Bakı-2015"in loqosu, rəsmi rəmzləri – ceyran və nar, eləcə də Oyunlarla bağlı videoçarx nümayiş olunub. Videoçarxda 2015 Avropa Oyunlarının proqramına daxil olan idman növləri ilə bağlı görüntülər yer alıb.[49]
Poçt markaları
[redaktə | vikimətni redaktə et]2015 Avropa Oyunları üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərmarka şirkəti tərəfindən 2014-ci ili 20 noyabr tarixində poçt markaları satışa buraxıldı. Poçt markasında yarışların keçiriləcəyi idman qurğularının təsviri əks olundu. Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Kristal Zalı, Heydər Əliyev Arenası, Bakı Su İdmanı Mərkəzi və Milli Gimnastika Arenası poçt markasının təsvirində yer aldı.[50]
Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov deyib: "Bu gözəl markalar gələn ilin yayında Bakıda elit idman növləri üzrə yarışların keçiriləcəyi bir sıra dünya səviyyəli obyektləri nümayiş etdirir. Onlar gələn ilin yayında keçiriləcək və bütün Avropanı bir arada birləşdirəcək möhtəşəm idman tədbirindən gözəl xatirə olaraq bütün Azərbaycanda tanınacaq".[51]
Hər bir markanın dəyəri 60 qəpikdir. Gələn il keçiriləcək 2015 Avropa Oyunlarına daxil edilən hər bir iyirmi idman növünü əks etdirən təsvirlərin ikinci buraxılışı hazırlanacaq. Gələcəkdə 26 markanın hər birini bir arada əks etdirən üçüncü xatirə kitabı da buraxılacaq.[52]
Gənclər və İdman naziri, 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib: "Markalar I Avropa Oyunları ilə əlaqədar olaraq buraxılacaq kolleksiya əşyalarının geniş hissəsini təşkil edir. Əminəm ki, markalar gələcəkdə yalnız möhtəşəm idman obyektlərimizi əks etdirən valehedici görünüşlərinə görə deyil, həm də bütün ölkənin 2015 Avropa Oyunlarına göstərdiyi dəstəyi əks etdirərək yaddaşlarda qalacaq".[53]
2015-ci ilin 23 aprel tarixində 2015 Avropa Oyunlarına həsr olunmuş növbəti poçt markasının təqdimat mərasimi oldu. Markaların üzərində "Bakı-2015"in brendi olan nar və 2015 Avropa Oyunlarına proqramına daxil olan idman növləri təsvir edildi. Poçt markası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərmarka şirkəti tərəfindən çap olundu. Markaların qiyməti 20 qəpik təşkil etdi.[54]
10 iyul 2015-ci ildə 2015 Avropa Oyunları üçün növbəti poçt markası Ukraynada çap olundu. "UKRPOCHT" şirkəti 2015 Avropa Oyunları üçün 130 000 ədəd poçt markası çap etdi. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov deyib "Belə markalar əvvəl də buraxılmışdı. Artıq yeni marka da Ukrayna poçtlarında satışdadır. Bakı — 2015-lə bağlı markaların konvertləri bəzədiyini görəndə adam qürurlanır".[55][56][57]
Xatirə sikkələri
[redaktə | vikimətni redaktə et]3 iyun 2015-ci ildə Azərbaycan Mərkəzi Bankı Avropa Oyunları ilə əlaqədar xatirə sikkələri buraxıb. Mərkəzi Bankın məlumatına görə, sikkələr Böyük Britaniyanın "The Royal Mint" Kral Sikkə Sarayında kəsilib.[58]
Sikkələrin üst tərəfində 5 idman növünün təsviri, alt tərəfində isə Azərbaycan gerbi, aypara və milli ornament var.[59]
Bakı 2015 mağazası
[redaktə | vikimətni redaktə et]11 may 2015-ci ildə Bakıda Dəniz kənarı Milli Parkda Bakı 2015 mağazasının açılış mərasimi oldu. Açılış mərasimində Bakı-2015 əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və Azərsun Holdinqin ictimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək şöbəsinin müdiri Afiq Səfərov iştirak edib. O, mərasimdə çıxış edərkən bildirib ki, görülən işlər həyəcanın daha da artırılmasına xidmət edir. "Mən əminəm ki, Bakı əhalisinin əksəriyyəti bu möhtəşəm tədbirin bir hissəsinə çevriləcək. Bu möhtəşəm tədbirin Bakıda uğurla keçiriləcəyinə tam əminəm", — deyə Saymon Kleq bildirib. Mağazada Bakı-2015 brendli mallar, geyimlər, aksesuarlar, suvenirlər daxildir. Saymon Kleq həmçinin qeyd edib ki, "Bazarstore" mağazalar şəbəkəsinin satışa çıxardığı məhsullar Azərbaycanda, eləcə də bütün Avropada yaşanacaq bu idman həyəcanını hər bir kəsin hiss etməsinə imkan yaradacaq. Məhsulların satış dizaynları xüsusi olaraq Bakı-2015 üçün yaradılıb və onlar öz orijinallığını təsdiqləyəcək holoqramla təmin olunub.[60][61][62][63]
Ulduz səfirlər
[redaktə | vikimətni redaktə et]13 yanvar 2015-ci ildə 2015 Avropa Oyunlarının Ulduz Elçilərinin adı məlum oldu. Muğam Mərkəzində keçirilən təqdimat tədbirində musiqi, televiziya və incəsənət dünyasından 13 nəfər ulduzun adı açıqlanıb. Sözügedən tanınmışların sırasına müğənnilər Tünzalə Ağayeva, Röya, Eldar Qasımov, Nigar Camal, Miri Yusif, aktyorlar Bəhram Bağırzadə, Rafael İsgəndərov, Coşqun Rəhimov, Tahir və Cabir İmanov qardaşları, aparıcılar Murad Dadaşov, İlkin Həsəni və musiqiçilərdən DJ Shock daxildir. Gənclər və İdman naziri və "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov deyib: "Əminəm ki, bizim Ulduz Elçilərimiz azərbaycanlı gənclər arasında böyük həyəcan yaradacaq və daha çox insanı oyunlara cəlb edəcək".
Adı çəkilən proqram Ulduz Elçilərin iyunun 12-də başlayacaq idman tədbiri haqqında müraciətlərini və mesajlarını bölüşmək məharətindən istifadə etməklə "Bakı 2015" Avropa Oyunlarının Azərbaycan və Avropada geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan yaradacaq.
İştirakçılar "Bakı 2015"in obyektlərinə baş çəkmək, gerisayım tədbirlərində iştirak etmək, kampaniyaları dəstəkləmək və öz sosial media kanallarından istifadə etməklə milyonlarla pərəstişkarları arasında oyunların təbliğ olunmasına kömək göstərəcəklər.[64][65]
Sıra | Ulduz səfir | Haqqında | Sıra | Ulduz səfir | Haqqında | |
---|---|---|---|---|---|---|
1 | Bəhram Bağırzadə | Şoumen | 8 | Nigar Camal | Müğənni | |
2 | Cabir İmanov | Aktyor | 9 | Miri Yusif | Müğənni | |
3 | Coşqun Rəhimov | Aktyor | 10 | Murad Dadaşov | Şoumen | |
4 | DJ Shock | DJ | 11 | Rafael İsgəndərov | Aktyor | |
5 | Eldar Qasımov | Müğənni | 12 | Röya Ayxan | Müğənni | |
6 | Hacı Nuran | Aparıcı | 13 | Tahir İmanov | Aktyor | |
7 | İlkin Həsəni | Aparıcı | 14 | Tünzalə Ağayeva | Müğənni |
2015 Avropa Oyunlarında sonra
[redaktə | vikimətni redaktə et]Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "İlham Əliyev "Bakı-2015" birinci Avropa Oyunlarını açıq elan edib" (az.). president.az. 12 iyun 2015. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ "İlham Zəkiyev: Məşəli stadiona mənim gətirməyim mənfur qonşularımıza mesaj idi — XÜSUSİ REPORTAJ — VİDEO". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-11.
- ↑ "Avropa Oyunları bağlanış mərasimi (Baku 2015) Başa Çatdı – Video". 2016-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-11.
- ↑ "Bakıda I Avropa Oyunlarının bağlanış mərasimi başa çatdı — VİDEO — FOTO". 2015-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-11.
- ↑ ""Bakı-2015"də medal qazanan Rusiya idmançılarına veriləcək pul mükafatının məbləği açıqlanıb" (az.). report.az. 7 İyul 2015. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ "I Avropa Oyunlarında medal qazanan Azərbaycan idmançılarına veriləcək pul mükafatının məbləği açıqlanıb - SİYAHI" (az.). report.az. 29 İyun 2015. 2018-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ "Azərbaycan Avropa Oyunlarını medal sayına görə ikinci yerdə başa vurdu" (az.). azerisport.com. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ Birinci Avropa Oyunlarının büdcəsi açıqlandı[ölü keçid]
- ↑ Avropa Oyunları 1 milyard dollara başa gəldi – RƏSMİ[ölü keçid]
- ↑ "I Avropa Oyunlarına artıq 100 000 bilet satılıb" (az.). oxu.az. 8 May 2015. 24 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ "I Avropa Oyunlarına biletlərin kütləvi satışına başlanıldı (FOTO)". 2016-02-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-11.
- ↑ "Bakıda könüllülərin paradı keçirildi - YENİLƏNİB + FOTO" (az.). oxu.az. 12 İyul 2015. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ Bakıda könüllülərin yürüşü başladı (VİDEO, FOTO)[ölü keçid]
- ↑ "Baku to host first European Games in 2015". www.insidethegames.biz. 2012-12-08. 2023-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-05.
- ↑ "Milli.Az - İlk Avropa Oyunları Bakıda keçiriləcək - YENİLƏNİB - FOTO". web.archive.org. 2012-12-11. Archived from the original on 2012-12-11. İstifadə tarixi: 2024-02-05.
- ↑ "I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 17 yanvar 2013. 2018-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ "İlham Əliyev Bakı Olimpiya Stadionunun açılışında iştirak edib" (az.). president.az. 18 mart 2015. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ "İlham Əliyev Bakıda Milli Gimnastika Arenasının açılışında iştirak etmişdir" (az.). president.az. 16 aprel 2014. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ "İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində əsaslı təmir işlərinin gedişi ilə tanış olub" (az.). president.az. 26 dekabr 2014. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ "İlham Əliyev I Avropa Oyunlarında idmanın bir neçə növü üzrə yarışların keçiriləcəyi "Baku Crystal Hall"da yaradılan şəraitlə tanış olub" (az.). president.az. 2018-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ "Məşəl iyunun 7-də Bakıya qayıdacaq – Yollar bağlı olacaq" (az.). aznews.az. 4 iyun 2015. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ "Məşəl Bakıya gəldi – bu yollar bağlı olacaq". 2015-06-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-11.
- ↑ "İlham Əliyev Dənizkənarı Milli Parkdakı "Sadko" limanında "Bakı-2015"in məşəlini qəbul etdi" (az.). president.az. 07 iyun 2015. 2015-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ Məşhurların məşəl təəsüratları[ölü keçid]
- ↑ "Bakı 2015-in biletləri satışda" (az.). anspress.com. İstifadə tarixi: 16 iyun 2021.[ölü keçid]
- ↑ "Bakı-2015"in biletləri sürətlə satılır FOTOREPORTAJ-VİDEO[ölü keçid]
- ↑ "Bakıda I Avropa Oyunlarının Açılış Mərasimi keçirildi". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-12.
- ↑ "Леди Гага спела песню Леннона на открытии Европейских игр в Баку". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-12.
- ↑ "Atletlər kəndində baş verən qəzanın görüntüləri — VİDEO". 2016-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-11.
- ↑ "Azərbaycan Hava Yolları "Bakı 2015"-in 6-cı rəsmi tərəfdaşı elan olunub" (az.). report.az. 24 sentyabr 2014. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ "Bakı 2015 Avropa Oyunlarının brendi Azərbaycan Hava Yollarının təyyarələrinə minik talonlarının üzərində əks olunacaq - FOTO" (az.). news.milli.az. 17 dekabr 2014. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ "Bakı 2015 Avropa Oyunlarının brendi Azərbaycan Hava Yollarının təyyarələrinə minik talonlarının üzərində əks olunacaq (FOTO)". 2015-01-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-14.
- ↑ Azərbaycan Hava Yolları "Bakı 2015"in rəsmi tərəfdaşı oldu — Foto[ölü keçid]
- ↑ "Azərbaycan Hava Yolları Bakı 2015-in 6-cı Rəsmi Tərəfdaşı elan olunub" (az.). olaylar.az. 24 sentyabr 2014. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ "Bakı 2015 Avropa Oyunlarının loqosu təqdim olunmuşdur". 2016-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-11.
- ↑ Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının loqosu təqdim edilib (ƏLAVƏ OLUNUB) (FOTO)[ölü keçid]
- ↑ "Bakı 2015 Avropa Oyunları rəsmi Ceyran və Nar simvollarını təqdim etdi (FOTO)". 2014-11-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-27.
- ↑ "Bakı-2015 Avropa Olimpiya Oyunlarının simvolları təqdim olundu- — Ceyran və Nar". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-11.
- ↑ "Ceyran və Nar Bakı 2015 Avropa Oyunlarının rəsmi simvolları elan olunub". 2015-01-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-11.
- ↑ "Ceyran və Nar Avropa Oyunlarının rəsmi simvolları elan olunub". 2015-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-11.
- ↑ "Ceyran və Nar Bakı 2015 Avropa Oyunlarının simvoludur". amerikaninsesi.org. 25 noyabr 2014. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ ""Bakı Avropa Oyunları 2015"-in rəsmi internet səhifəsi açıldı". 2016-02-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-12.
- ↑ "Bakı Avropa Oyunları 2015"-in rəsmi internet səhifəi açılıb[ölü keçid]
- ↑ ""Bakı Avropa Oyunları 2015"in rəsmi saytı təqdim edildi" (az.). oxu.az. 13 İyl 2013. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ ""Bakı Avropa Oyunları 2015"-in rəsmi internet səhifəsi açılıb". 2014-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-12.
- ↑ İlk Avropa Oyunlarına 1 il qaldı — Foto — Video[ölü keçid]
- ↑ "Avropa Oyunlarına 1 il qaldı". 2014-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-14.
- ↑ "Bakıda möhtəşəm atəşfəşanlıq oldu — FOFO + VİDEO". 2014-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-14.
- ↑ Avropa Oyunları ilə bağlı Bakıda möhtəşəm şou təşkil ediləcək[ölü keçid]
- ↑ "Bakı 2015 — Avropa Oyunları" markalarda (FOTO)[ölü keçid]
- ↑ ""Bakı-2015" Avropa Oyunları xatirə markalarını təqdim edib" (az.). azertag.az. 20.11.2014. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ ""Bakı 2015 — I Avropa Oyunları" adlı markalar buraxılacaq". 2014-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-11.
- ↑ "Bakı-2015″in poçt markaları[ölü keçid]
- ↑ ""Bakı 2015"in markaları (FOTO)". 2015-08-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-11.
- ↑ Bakı — 2015-ə aid 130.000 ədəd, poçt nömrəsi 1432 olan marka ÇAP EDİLDİ[ölü keçid]
- ↑ Ukraynadan Bakı — 2015-ə daha bir jest[ölü keçid]
- ↑ Ukraynadan Bakı — 2015-ə daha bir jest[ölü keçid]
- ↑ "Azərbaycan Mərkəzi Bankı-2015 Avropa Oyunları (sikkə)". 2015-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-11.
- ↑ Avropa Oyunlarının açılışına xatirə sikkələri[ölü keçid]
- ↑ Bakı 2015-in ilk mağazası (FOTO)[ölü keçid]
- ↑ "Bakı-2015" mağazası açılır[ölü keçid]
- ↑ "Bakı-2015"in məhsulları Dənizkənarı Bulvarda satışa çıxarıldı FOTOSESSİYA[ölü keçid]
- ↑ "Dənizkənarı Milli Parkda Bakı-2015 Avropa Oyunlarının rəsmi mağazası açılıb". 2016-04-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-11.
- ↑ "Bakı 2015"in ulduz səfirləri bəlli oldu — FOTOLAR[ölü keçid]
- ↑ "Avropa Oyunlarının ulduz səfirləri məlum oldu – SİYAHI + FOTO". 2015-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-11.
Əvvəlki: yoxdur |
Avropa Oyunları 2015 |
Sonrakı: 2019 |