Miri Yusif

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Miri Yusif
Mirbabayev Miryusif Mirheydər oğlu
Ümumi məlumatlar
Doğum adı Miryusif Mirbabayev
Ləqəbləri Miri Yusif, Mir Yusuf
Doğum tarixi (46 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, aktyor, bəstəkarrəssam
Fəaliyyət illəri 1996 - indiyədək
Janrlar Etnik, Reggi, Rok, Şanson, R&B, CazFlamenko
Əlaqəsi Dəyirman
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2019 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2018
miriyusif.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Miri Yusif — Bakılı Sərçələr

Miri Yusif (əsl adı: Mirbabayev Miryusif Mirheydər oğlu; 27 oktyabr 1977, Bakı)[1][2] — Azərbaycanlı müğənni, aktyor, bəstəkar və rəssam,[3] Azərbaycanın xalq artisti (2019).

Mirbabayev Miryusif Mirheydər oğlu 27 oktyabr 1977-ci ildə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində anadan olub. Valideynləri Mirbabayev Mirheydər Mirhüseyn oğlu və Mirbabayeva Adelya Yusif qızıdır.

Ondan böyük qardaşı və kiçik bacısı var. Qardaşı Mirbabayev Mirbağır Mirheydər oğlu iqtisadçıdır. Bacısı Mirbabayeva Günay Mirheydər qızı musiqiçidir. Miri Yusifin uşaqlıq illəri yaşadığı 8-ci kilometr qəsəbəsi ilə bağlıdır. Onun "Bakılı Sərçələr" mahnısı və ona çəkilmiş klip məhz həmin yerlə bağlı xatirələrinə həsr olunmuşdur.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Miri Yusif məktəb illərindən sonra ABŞ-yə gedir.[4] Miri Yusif burada bir çox işdə çalışır. Özünün "karantin" adlandırdığı bu dövrdə yeni ruhda, yeni tərzdə mahnılar yazmağa başlayır.[5]

Vaxt keçdi və onun həyatı öz axarına düşməyə başladı. Ona Amerikada yaxın dostu Teymur Nuriyev dəstək oldu. Artıq o, arada bir Bakıya gələ bilirdi. Bakıya gəldiyi bir vaxtda konsertdə bir qızla qarşılaşdı. Ertəsi gün həmin qız öz qardaşı və ailə dostları Fidan Qasımovayla onların evinə gəldi[6][7][8]. Cəmi bir ay sonra — 09.10.2008-ci ildə ailə həyatı qurur. Bu sevginin ilk töhfəsi "Sənin üçün" hiti, ən böyük nəticəsi isə 9 ay sonra dünyaya gələn Mirhüseyn oldu. 2011-ci ildə Adel adlı qız övladı dünyaya gəldi.[9][10]

Musiqi karyerasına 1996-cı ildə "Dəyirman" qrupunun tərkibində başlayıb. Dəyirman bir-birini öncədən tanıyan bir dostluq qrupu idi. Dəyirman qrupunun, daha sonra isə solo karyeraya başlayan Miri Yusifin prodüseri Emin Əfəndidir. Emin də Dəyirman qrupunun digər üzvləri kimi bu dostluq komandasının bir parçası idi. Emin Əfəndi və Miri Yusifin iş birliyi indiyə qədər davam edir.

Dəyirman — Azərbaycanda fəaliyyət göstərən bir rep qrupu idi. Əvvəlcə qrup "GGG-ailəsi" adlandırılsa da, sonralar onun adı "Dəyirman"a dəyişdirildi. Azərbaycan tamaşaçıları qrupu müğənni Leyla ilə birlikdə "Sarı gəlin" mahnısına çəkdirdikləri klip ilə tanıdı. Sonralar "Dəyirman" Azərbaycanın bəzi xalq və uşaq mahnılarını rep üslubunda remiks etdi. Qrupun ən uğurlu mahnılarından biri "Ya Qarabağ, ya ölüm" sayılır.

Miri Yusif ABŞ-də yaşayarkən – 2005-ci ildə solo karyeraya başlamağa qərar verdi. İlk mahnı "Papa" mahnısı oldu. Daha sonra "Everrock Records" studiyasında "Avara" adlı ilk albomu yazıldı.

Bakıya qayıtdığı andan etibarən həyatında baş verən dəyişikliklər Miri Yusifin "Karma" albomunun yaranması yolunun başlanğıcı oldu. 1 dekabr 2010-cu il tarixində SS Production şirkətinin təqdimatı ilə "Karma" albomunun tanıtımı Miri Yusifin qısa solo konserti ilə müşaiyyət olundu.[11] Bu böyük səhnədəki konsertə yönəlmiş ilk addım oldu.

"Mən Heç Kiməm" adlı yeni sinql Miri Yusifin fəlsəfi axtarışının ilk nəticələrindən oldu. Musiqisi və sözləri Miri Yusifə məxsus olan bu track 2011-ci ilin sentyabr ayında sırf internet vasitəsilə yayımlanan "KARVAN EP" albomuna daxil edildi. Sözü gedən albom həm şərq, həm də qərb kaloritlərini özündə cəmləşdirən Miri Yusifin ilk EP albomu idi. Bu albomda yer alan "Səndən Olmaz" mahnısı isə 2011-ci ildə "İlin Hit Mahnısı" mükafatına layiq görüldü. Həmin ilin oktyabr ayının 15-də eyni adlı mahnının Eleven klubunda canlı alətlərin müşayəti ilə ilk klub konserti gerçəkləşdi. Miri Yusifin sayca 4-cü albomu olan "Nirvana" 2012-ci ildə işıq üzü gördü.[12] Albomun musiqi prodüseri Emin Kərimidir. Albomdakı Nigar Camal ilə duet oxunulan, bəstəkarı İsa Məlikova aid olan "Qal" trackinin klipi youtube kanalına yükləndiyi ilk gün ərzində 40.000 baxışla 2012-ci ilə qədər Azərbaycan Musiqi aləmində görülməyən rekord göstərici əldə etdi. "Nirvana"nın əvvəlki albomlardan fərqi onda idi ki, albomda yer alan bütün mahnılar canlı olaraq musiqi alətləri ilə müşayiət olunurdu. Albomun dizaynında isə Miri Yusifin uşaq vaxtı çəkdiyi şəkillərdən istifadə olunmuşdu.

"Məktub" mahnısı isə avqust ayında kliplə bir yerdə internetdə yayımlanandı. Məhz buna görə də bu mahnı 2012-ci ildə Miri Yusifə "Fəxri Fərman" mükafatını qazandırdı.

2013-cü ilin ilk aylarında musiqisi və sözləri Miri Yusifə məxsus olan "Mən Küləyəm" sinqlı internet və radio vasitəsilə yayımlandı. Qısa zaman keçməsinə baxmayaraq, bu mahnı pərəstişkarlar tərəfindən böyük şöhrət qazandı. 8 Mart ərəfəsində "Beynəlxalq Qadınlar günü" münasibətilə Miri Yusif Eleven klubunda xanımlar üçün öz musiqili hədiyyəsini – "ilk akustik" konsertini uğurla verdi. Konsertdə bütün mahnılar akustik və bas gitara, perkussiya alətlərinin köməyilə səsləndirildi. Böyük anşlaqla qarşılanan bu konsert çoxsaylı istəklərin nəzərə alınmasıyla yenidən həmin məkanda 15 Martda təkrarlandı.[13]

Miri Yusifin böyük konserti isə İyun ayının 28-i Yaşıl Teatrda tamaşaçıları bir araya topladı. 3 saata yaxın açıq havada davam edən konsertdə 2000-ə yaxın tamaşaçı iştirak etdi.

2013-cü ilin sonlarına yaxın "Ağ Qarğa" albomu dinləyicilərə Heydər Əliyev adına Sarayda keçirilən canlı konsertdə təqdim olundu. Albomun musiqi prodüseri "Nirvana"da olduğu kimi Emin Kərimidir. Albomda bir sıra yeni bəstələr yer aldı, o cümlədən retro mahnılardan biri olan "Küçələrə Su Səpmişəm" tam fərqli tərzdə muğamrokla sintez olunaraq ifa olundu. Həmçinin alboma daxil olan "İki Doğma İnsan" mahnısı "İlin mahnısı" mükafatını qazandı.

2014-cü il 13 və 14 İyunda Yaşıl Teatrda "Yayın Ən Böyük" konserti reallaşdı. İki gün ərzində anşlaqla keçən solo konsertdə 4000-dən çox dinləyici iştirak etdi. Ən son illərdə 2016-cı ilin İyul ayinin 8–9-u "2 GÜN Solo Konsert" adlı konsert proqramı ilə "Yaşıl Teatr"da çıxış etdi. 1 Mart 2017-ci ildə Elektra Events Hall-da "Ad Günu" adlı canlı solo konsert baş tutur. Bu konsertlər arasında 24 Noyabr 2017-ci ildə Böyük Britaniyada, The QUBE PROJECT adlı məkanda Dj Chinanın da iştırakı ilə Miri Yusifin konserti baş tutdu. Həmçinin o, çox vaxt "Eleven" adli night clubda tez-tez canlı solo konsert verir.

Dəyirman qrupunda fəaliyyət göstərdiyi dönəmlərdə rep ifaçısı olsa da solo karyeraya başladıqdan sonra Etnik, Reggi, Rok, Şanson, R&B, CazFlamenko tərzində mahnılar yazmağa başladı.

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • "Adınla Bağlı"(2011)[18]
  • "Səndən Olmaz" (2011)[19]
  • "Deja Vu" (2011)[20]
  • "Nirvana" (2012)[21]
  • "Miri Yusif & Nigar Jamal" (2012)[22]
  • "Yaşıl Teatr" (2013)[23]
  • "Ağ Qarğa" (2013)[24]
  • "Yaşıl Teatr" (2014)[25]
  • "Rixos Quba" (2014)
  • "Eleven Lounge" (2014)[26]
  • "Hesabat" (2015)[27]
  • Yaşıl Teatr[28]
  • Eleven Lounge (2015)[29]

2006 Avara
2010 Karma
2011 Karvan
2012 Nirvana
2013 Ağ Qarğa

2017 Rast Aman

2020 Al Teyyare

Say Klip Tarix
01 Bir Siqaret 2010
02 Bura Bakıdır ft. PRoMete 2010
03 Karma 2010
04 Petrol (duet Aygün Kazımova) 2010
05 Qınama 2011
06 Mən Heç Kiməm 2011
07 Əlvida 2011
08 Karusel (duet AiD) 2011
09 Bakılı Sərçələr 2012
10 Nirvana 2012
11 Qal (duet Nigar Jamal) 2012
12 Dəli Duman 2012
13 Məktub 2012
14 Bir Addım 2012
15 Четыре Сигареты и Бессонница 2013
16 Mən Küləyəm 2013
17 Vicdan 2013
18 Roza 2014
19 Avara 2014
20 İki Doğma İnsan ft. Zülfiyyə Xanbabayeva 2014
21 Yarım Dünya 2014
22 Bilmək Olmaz 2014
23 Ehtiyac 2014
24 Özəl 2015
25 İstə 2015
26 Ağ Təyyarə 2015
27 Serenada 2015
28 Sən Hara, Bura Hara? 2015
29 Ağ Təyyarə (Kamil & Tural Remix) 2015
30 Səbəbkar 2016
31 Sənlə Biz 2016
32 Bomba Kimi ft. DJ Matuya 2016
33 Ad Günü 2016
34 Ad Günü (Kamil & Tural Remix) 2016
35 Tərki-Dünya 2017
36 Neyləyim 2017
37 Oyna 2017
38 Ayıq Sürücü 2017
39 Hərdən 2018
40 Yuxu 2018
41 Dəli Oluram 2018
42 Gəl, Gör 2018
43 Doldur 2018
44 Julia 2019
45 Uyma 2019
46 Sənə Qurban 2019
47 Yar-Yar ft. Sheyh Ree 2020
48 Ruh Əkizləri 2020
49 Sevgilim (duet Röya) 2020
50 Beyni Qan 2020
51 Onu Düşünəndə ft. Arif Zeynalov, Hafex 2020
52 Ali Baş Komandan ft. Arif Zeynalov 2020
53 Hayatım 2020
54 Məna (duet Ulviyya) 2021
55 Doğum Günü 2021
56 Bilməm 2021
57 “Nazik Mətləb” Filminin Soundtracki (duet Brilliant Dadaşova) 2021
58 Dəniz 2021
59 İnanmıram 2022
60 Göyə Sarı 2022
61 Bənövşə 2022
62 Xəzərəm 2022
63 Bildim 2022
64 Var Olasan ft. Nurlan Göyçəli 2023
65 Şərab 2023
66 Adəm ft. SAYBU 2024
  1. МИРБАБАЕВ МИР ЮСИФ, 04.02.2014 Arxivləşdirilib 2019-12-12 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
  2. Мири Юсиф vs. Анкета Марселя Пруста: "Я нахожусь в постоянном состоянии влюбленности!", 25.01.2011 Arxivləşdirilib 2021-09-17 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
  3. Miri Yusif və başqa ulduzlar şəkil çəkdilər – FOTO, 11–06-2013 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 17.12.2014
  4. Мир Юсиф и Нура Сури откровенно о сокровенном… — ФОТО, 11.11.2010 Arxivləşdirilib 2021-09-17 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
  5. Мири Юсиф: "Человек, проживающий жизнь в полном комфорте, никогда не поймет меня…" — ФОТО, 21.11.2012 Arxivləşdirilib 2021-09-19 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
  6. "В новом проекте Lady.Day.Az — Наргиз Мирбабаева. Быть женой Мири Юсифа — ФОТО, 14.05.2014". 2014-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-29.
  7. "Mir Yusifin həyat yoldaşı evlənməklərindən danışdı - FOTOLAR". 2014-12-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-29.
  8. "Həyat yoldaşı Miri Yusiflə tanışlığından danışdı -fotolar". 2014-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-29.
  9. Мир Юсиф стал отцом во второй раз, 09.01.2011 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
  10. Miri Yusif ata olacaq [Ailəsi ilə Fotosessiya], 14.10.2010 Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine İstifadə tarixi: 04.03.2015
  11. Miri Yusifin "Bir siqaret"i Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
  12. Мири Юсиф презентует новую концертную программу – ВИДЕО, 05.09.2012 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
  13. Мири Юсиф выступил с акустическим клубным концертом – ФОТО, 11.03.2013 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
  14. Azərbaycanda "İlin hit mahnısı" seçildi — SİYAHI — FOTOSESSİYA Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine 24.01.2012, İstifadə tarixi: 18.12.2012
  15. "İlin mahnısı"na mükafatı Röya verdi, 04.01.2014 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
  16. President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.
  17. President.Az. "Azərbaycan Respublikasının estrada ifaçılarına "Xalq artisti" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 21.10.2019. 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-21.
  18. Мири Юсиф выступил с сольным концертом — ФОТО, 10.03.2011 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
  19. Мири Юсиф выступит с очередным соло-концертом, 27.10.2011 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
  20. Мири Юсиф выступил с концертной программой Deja Vu – ФОТО, 23.11.2011 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
  21. Мири Юсиф презентовал новую концертную программу – ФОТО, 24.09.2012 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
  22. Мири Юсиф и Нигяр Джамал подарили зрителям незабываемые впечатления – ФОТО, 25.06.2012 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
  23. Мири Юсиф собрал аншлаг в Зеленом Театре – ФОТО, 01.07.2013 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
  24. Мири Юсиф. Рождение "Белого ворона" — ФОТО, 21.12.2013 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
  25. Miri Yusif konsert verəcək, 16.04.2014 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
  26. КОНЦЕРТ МИРИ ЮСИФА Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
  27. Мири Юсиф подвел итоги 2014 года "сольником" на сцене Дворца Гейдара Алиева? 12.01.2015 Arxivləşdirilib 2018-09-09 at the Wayback Machine İstifadə tarixi: 12.01.2015
  28. Miri Yusifin konsertində nələr baş verdi? — fotolar, 27.07.15 Arxivləşdirilib 2021-09-21 at the Wayback Machine İstifadə tarixi: 23/09/2015
  29. Miri Yusif konsert verməkdən yorulmur ki, — yorulmur 17.09.2015 Arxivləşdirilib 2015-09-20 at the Wayback Machine İstifadə tarixi: 06.12.2015
  30. Мири Юсиф отправляется на гастроли в Канаду – ВИДЕО, 21.02.2012 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
  31. Мири Юсиф представит клип, снятый в Канаде – ФОТО, 29.05.2012 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
  32. Самый модный и популярный исполнитель Азербайджана Мири Юсиф с новой программой "Карма" — впервые в Канаде Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
  33. В Москве прошел концерт Мири Юсифа, 05.11.2013 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
  34. Мири Юсиф в Москве, 08.11.2013 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.11.2014
  35. Концерт Мири Юсифа состоялся в Москве Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
  36. Мири Юсиф выступит с концертом в Вашингтоне, 29.11.2011 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 18.12.2014
  37. Мири Юсиф и "Мисс Азербайджан 2012" снялись в фильме "Мама" — ВИДЕО, 14.01.2013 Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 19.12.2014
  38. Miri Yusif: Mən Tarix Allmag istərdim! Arxivləşdirilib 2014-12-24 at the Wayback Machine İstifadə tarixi: 19.12.2014
  39. Мири Юсиф, Турал Асадов, Гюльсара Рзаева в тизере фильма "Yarımdünya" — ВИДЕО, 27.02.2015 Arxivləşdirilib 2015-03-06 at the Wayback Machine İstifadə tarixi: 03.03.2015
  40. Мири Юсиф, Турал Асадов, Первин Абиева и другие в тизере фильма "Yarım dünya" (видео), 25.02.2015 Arxivləşdirilib 2015-02-26 at the Wayback Machine İstifadə tarixi: 03.03.2015
  41. Miri Yusifin baş rola çəkildiyi filmin tizeri — VİDEO, 26.02.2015 Arxivləşdirilib 2015-03-31 at the Wayback Machine İstifadə tarixi: 10.04.2015

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]