Əhməd bəy Pepinov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əhməd bəy Pepinov
Əhmədcövdət bəy Ömər bəy oğlu Pepinov
10 dekabr 1936 – 23 yanvar 1938
Əvvəlkivəzifə təsis edilib
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Katibi
7 dekabr 1918 – 1 aprel 1920
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv olunub
Azərbaycan Xalq Cümhuriyyətinin Əmək və Əkinçilik naziri
24 dekabr 1919 – 1 aprel 1920
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv olunub
27 may 1918 – 3 dekabr 1918
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv olunub
22 aprel 1918 – 26 may 1918
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv olunub
10 fevral 1918 – 22 aprel 1918
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv olunub
Şəxsi məlumatlar
Doğum tarixi 11 sentyabr 1893(1893-09-11)
Doğum yeri
Vəfat tarixi 3 iyul 1938(1938-07-03) (44 yaşında)
Vəfat yeri
Partiya
Təhsili Moskva Universiteti (1918) [2]
Fəaliyyəti dövlət qulluqçusu, siyasətçi
Həyat yoldaşı Xurşid Ağayeva[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhməd bəy Pepinov (tam adı: Əhməd bəy Ömər oğlu Pepinov; 11 sentyabr 1893, Axalsıx qəzası, Tiflis quberniyası3 iyul 1938, Almatı, Almatı vilayəti, Qazaxıstan SSR, SSRİ) — Azərbaycan Xalq CümhuriyyətininQazaxıstan SSR-in ictimai-siyasi və dövlət xadimi. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının, sonra isə Azərbaycan Demokratik Respublikası Parlamentinin üzvü və katibi, 5-ci Nazirlər Kabinetində Əmək və Əkinçilik Naziri.

Əhməd bəy Pepinov 11 sentyabr 1893-cü ildə Axalsıx qəzasının Bolojur kəndində, Ömər ağa Pepinovun ailəsində doğulmuşdur.

Tiflis gimnaziyasını bitirmiş, 1913-cü ildə Moskva Dövlət Universtitetinin hüquq fakültəsinə daxil olmuş, eyni zamanda, iqtisadiyyat fakültəsində də oxumuşdur. Təhsil illərində "Azərbaycan Həmyerlilər Təşkilatı"nın rəhbərlərindən biri olmuş, "Axalkələkli Əhməd Cövdət" imzası ilə "Açıq söz" qəzetinə məqalələr göndərmişdir. Tələbələrin Moskvada keçirdiyi "Azərbaycan etnoqrafik konsert gecələri"ndə və digər mədəni tədbirlərdə yaxından iştirak etmişdir.

Siyasi fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

1918-ci ildə ali təhsilini başa vuraraq Bakıya qayıdan Pepinov Cənubi Qafqazda baş verən siyasi hadisələrə fəal surətdə qoşulmuş, Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü seçilmişdir. Azərbaycan Milli Şurasının, sonra isə Azərbaycan Demokratik Cumhuriyyəti Parlamentinin üzvü və katibi vəzifəsini icra etmişdir.

Ə. Pepinov parlamentin fəaliyyətində yaxından iştirk etmiş, bir sıra mühüm məsələlərin, o cümlədən Antanta dövlətləri, GürcüstanErmənistanla münasibətlərin, "Denikin təhlükəsi"nin müzakirəsində təmsil etdiyi sosialistlər fraksiyası adından çıxış etmiş, bir sıra qanun lahyihələrinin, o cümlədən parlamentin 1919-cu il oktyabrın 20-də qəbul etdiyi "Nəşrlər istehsalı haqqında" qanununun hazırlanmasında bilavasitə iştirak etmişdir. Pepinov Azərbaycan Müəssislər Məclisinə seçkilər üzrə komissiyanın sədr müavini (sədri Məhəmməd Əmin Rəsulzadə idi) seçilmişdir. Lakin "Hümmət" partiyasının üzvü kimi, müəyyən siyasi və iqtisadi məsələlərdə Azərbaycan Demokratik Cumhuriyyəti hökumətinin mövqeyi ilə razı olmamış və onun fəaliyyətini tənqid etmişdir. Nəsib bəy Yusifbəylinin təşkil etdiyi ikinci, Cumhuriyyətin isə sayca beşinci hökumət kabinəsində (24.12.1919–30.03.1920) Pepinov əmək və əkinçilik naziri idi. Bakı Dövlət Universitetinin təşkilində (1919) yaxından iştirak edən Pepinov Parlamentdə bu məsələ ilə bağlı müzakirələrin sürətləndirilməsinə, universitetin açılması üçün pul vəsaitinin ayrılmasına böyük əmək sərf etmişdir. Cumhuriyyət dövründə Bakıda təntənəli "Türk gecələri" konsertinin və digər müsabiqələrin təşkili də Pepinovun adı ilə bağlıdır.

İşğalçı on birinci Qırmızı ordunun Bakıya gözlənilən yürüşünü ləngitmək məqsədilə 1920-ci il aprelin əvvəllərində Pepinov Parlamentin digər üzvü Rəhim bəy Vəkilovla danışıqlar aparmaq üçün Qroznı şəhərinə göndərilmişdir. Aprel işğalından sonra Bakıya qayıdan Pepinov Azərbaycanda mədəni-maarif və nəşriyyat işlərinə rəhbərlik etmişdir. İyirminci illərin dövrü mətbuatında onun çox sayda məqalələri dərc olunmuşdur. Təqiblərlə üzləşən Pepinov 1930-cu ildə Ulyanovsk şəhərinə köçməyə məcbur omuşdur. Daha sonra Alma-Ataya (indiki Almatı) köçmüş (1934) Qazaxıstan SSR maarif nazirinin müavini işləmişdir.

3 iyul 1938-ci ildə repressiyaya məruz qalaraq güllələnmişdir.

Həsən bəy Ağayevin qızı Xurşid Ağayeva evlənmiş, Sevda Pepinova adlı uşağı olmuşdur. Sevda Pepinova öncə polkovnik Hacımurad İbrahimbəyli, sonra isə Lütfəli Abdullayevlə ailə həyatı qurmuşdur

  1. [1]
  2. "Arxivlənmiş surət". 2018-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-30.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]