Əhməd Nuri Əfəndi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əhməd Nuri Əfəndi
türk. Ahmed Nuri Efendi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Yıldız sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri Nitsa, Fransa
Atası II Əbdülhəmid
Anası Bədrifələk Qadınəfəndi
Həyat yoldaşı Fəxriyə Zişan xanım
Ailəsi Osmanlı xanədanı

Əhməd Nuri Əfəndi (19 dekabr 1878, İstanbul7 avqust 1944, Nitsa) — 34. Osmanlı sultanı II Əbdülhəmidin oğlu, Osmanlı şahzadəsi.

Şahzadə Nuri Əfəndi 19 dekabr 1878-ci ildə Yıldız sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun üçüncü xanımı Bədrifələk Qadınəfəndidir. 1891-ci ildə qardaşları Əbdülqadir ƏfəndiBurhanəddin Əfəndi ilə birlikdə sünnət edildi. Ardından onlarla birlikdə şahzadə məktəbində təhsil almağa başladı. Ardından Osmanlı hərb akademiyasına daxil olan Nuri Əfəndi ordu daxilində sürətlə yüksəlməyə başladı. Yıldız sarayı daxilində onun üçün xüsusi bir köşk təsis edildi.

1905-ci ildə atasıyla birlikdə cümə namazından qayıdarkən arabalarına bir bağlama atılmış, bunun bomba olmasından qorxan Nuri Əfəndi özünü arabadan çölə atmışdır. Bağlamanın bomba olmadığı anlaşılsa da, aldığı zədələrdən onurğa sütununda yırtıq əmələ gələn Nuri Əfəndi bu səbəblə bir neçə dəfə əməliyyat olundu. Ömrünün sonunadək bunun fəsadlarını daşıdı.

Ancaq 1909-cu ildə atası Sultan Əbdülhəmid taxtdan endirilərək Salonikiyə sürgün edildi. Sabiq sultanın İstanbulda qalan ailə üzvləri isə Yıldız sarayından atıldılar. Nuri Əfəndi və qardaşı Səlim Əfəndi bir müddət bacıları Zəkiyə Sultanın köşkündə yaşadılar. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Nuri Əfəndi də ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündəki ilk mənzil Nitsa şəhəri oldu. Qısa zaman içində maddi çətinliyə düşən Nuri Əfəndi müxtəlif işlərlə məşğul oldu. Sabun bişirib satmış, küçələrdə piano çalaraq yaşamağa çalışmışdır. Nəhayət, 7 avqust 1944-cü ildə bir parkda aclıqdan öldü. Cibindən çıxan məktubda, müsəlman adətiylə dəfn olunmaq istədiyini vəsiyyət etmişdir.

1900-cü ildə çərkəz əsilli Fəxriyə Zişan xanımla (d. 1883 - ö. 1940) evləndi. Cütlük bir-birini çox sevsə də, övladları olmadı. 1919-cu ildə aralarında yaranan anlaşmazlıq səbəbilə ayrılsalar da, rəsmi olaraq boşanmadılar. Hətta 1924-cü ildə sürgün əsnasında Fəxriyə xanım məcbur olmadığı halda, əriylə birlikdə ölkədən getdi.