Mehmed Əbdülkərim Əfəndi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mehmed Əbdülkərim Əfəndi
محمد عبد الكريم أفندي
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Yıldız sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (30 yaşında)
Vəfat yeri
Dəfn yeri Nyu-York
Təhsili
  • Qalatasaray liseyi[d]
Fəaliyyəti əsilzadə
Atası Mehmed Səlim Əfəndi
Anası Nilüfər xanım
Həyat yoldaşı Nemət xanım
Uşaqları Dündar Əli Əfəndi
Harun Əfəndi
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam

Mehmed Əbdülkərim Əfəndi (26 iyun 1906, İstanbul3 avqust 1935 və ya 30 avqust 1935, Nyu-York, Nyu-York ştatı) — 34. Osmanlı sultanı II Əbdülhəmidin böyük oğlu Mehmed Səlim Əfəndinin oğlu, Osmanlı şahzadəsi.

Şahzadə Mehmed Əbdülkərim Əfəndi 1906-cı ildə Yıldız sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmidin böyük oğlu Mehmed Səlim Əfəndi, anası isə Nilüfər xanım idi. Qalatasaray litseyindən məzun olmuşdur. Hərb akademiyasında təhsil alarkən 1924-cü ildə çıxan qanunla bütün ailəsi ilə birlikdə sürgünə göndərildi. Əvvəlcə atasıyla birlikdə Livanın Cuniyə şəhərində məskunlaşdı. Burada xristian qonşularının qızı ilə bir-birini sevdilər. Qız dinini dəyişərək Nemət adını aldı və cütlük 1930-cu ildə evləndi. Buna baxmayaraq atası Səlim Əfəndi bu evliliyi qəbul etmədi. Bu səbəblə Əbdülkərim Əfəndi xanımıyla birlikdə Dəməşqə köçdü. Burada maddi sıxıntılar içinə düşdülər və cütlük bir il sonra ayrıldı.

Elə bu əsnada ruslar Dəməşqdəki səfirlik vasitəsilə şahzadəyə müraciət etdilər və onu Şərqi Türkistanda yaradılacaq yeni bir dövlətin rəhbərliyinə çağırdılar. Digər yandan bölgədəki gücünü itirmək istəməyən Yaponiya da eyni təkliflə şahzadəyə müraciət etdi. Bu səbəblə Əbdülkərim Əfəndi 1932-ci ildə Hindistana, daha sonra isə Tokioya yola düşdü. Ancaq Yaponiyanın güclənməsinə mane olmaq istəyən ABŞSSRİ o illərdə Yaponiya ilə müharibə şəraitində olan Çini dəstəkləməyə başladılar.

Nəticədə Yaponiyada gözlədiyini ala bilməyən Əbdülkərim Əfəndi şəxsən özü Şərqi Türkistana getdi və əhalini ayaqlandırmağa başladı. Ancaq yaratdığı müvəqqəti birliklər Çin ordusuna məğlub oldu və canını güclə qurtaran Əbdülkərim Əfəndi siyasi qaçqın kimi əvvəlcə Kaliforniyaya, daha sonra isə Orxan Əfəndiylə birlikdə Nyu-Yorka getdi. Birlikdə yaşadığı Orxan Əfəndi bir gün siqaret almaq üçün evdən çıxmış, geri döndüyündə isə Əbdülkərim Əfəndini yerdə ölü vəziyyətdə tapmışdır. Cinayətin arxasında RusABŞ gizli təşkilatının olduğu və ya istədiyini ala bilməyən Yaponiyanın olduğu fərz edilir. Nyu-Yorkda dəfn olunan şahzadənin məzarı sonralar itsə də, illər sonra nəvəsi tərəfindən tapılmışdır.

24 fevral 1930-cu ildə Nemət xanımla (d. 25 dekabr 1911, Dəməşq — ö. 4 avqust 1981, Dəməşq) evlənsə də, 1931-ci ildə ayrıldılar. 2 övladı oldu: