Əbülhəsən xan İqbali Azər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əbülhəsən xan İqbali Azər
Əbülhəsən xan Musa xan oğlu İqbali Azər
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Əlvənd, Qəzvin
Vəfat tarixi
Vəfat yeri Təbriz
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni

Əbülhəsən xan Musa xan oğlu İqbali Azər (1870, Qəzvin5 fevral 1971, Təbriz) — Azərbaycan müğənnisi, Təbriz şəhərinin meri.

Əbülhəsən xan Musa xan oğlu 1870-ci ildə Qəzvin vilayətinin Əlvənd kəndində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı.

Təbrizdə yaşamış, gənc yaşlarından istedadlı və muğamı dərindən bilən sənətkar kimi tanınmışdır. 1905–1911 illərdə İran inqilabına qoşulmuş, Səttar xan ona "İqbali Azər" adını vermişdir. Əbülhəsən xan gözəl tembrli, məlahətli, güclü səsə malik xanəndə idi. Onun ifasında "Şur", "Çahargah", "Mahur", "Əbu — əta", xüsusilə, "Segah" muğamları yüksək emosional tərzdə səslənmişdir. Özünəməxsus üslubda ifa etdiyi "Segah" muğamı İranda "Əbülhəsənxan segahı" adı ilə məşhurlaşmışdır.

Əbülhəsən xanın səsi 1914-cü ildə Tiflisdə "Qrammofon" şirkəti tərəfindən vala yazılmış, bu şəhərdə konsertləri olmuşdur. Seyid Şuşinski Əbülhəsən xan ilə yaxından dostluq etmiş, onun yaradıcılığından çox bəhrələnmişdir. Əbülhəsən xan vallarından birində "Hümayun" muğamını oxuyaraq, üzərində onu Seyid Şuşinskiyə həsr etdiyini yazdırmışdı.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]