İsmayıl xan Qaradağlı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İsmayıl xan Qaradağlı
1782 – 1783
ƏvvəlkiMustafaqulu xan Qaradağlı
SonrakıNəcəfqulu xan Qaradağlı
1791 – 1797
ƏvvəlkiMustafaqulu xan Qaradağlı
SonrakıAbbasqulu xan Qaradağlı
Şəxsi məlumatlar
Doğum yeri Əhər, Qaradağ vilayəti
Vəfat tarixi
Vəfat yeri Əhər, Qaradağ xanlığı
Atası Mustafaqulu xan Qaradağlı
Dini Şiə İslam

İsmayıl xan (?-1797) — Toxmaqlı oymağının məşhur simalarından biri. Qaradağ xanı (1782-1783, 1791-1797). Mustafaqulu xan Qaradağlının oğlu.

Əhər şəhərində doğulub. Mükəmməl saray təhsili almışdı. İsmayıl xan Mustafaqulu xanın oğludur. Xanlığa başlayandan sonra İbrahimxəlil xanla əlaqələri kəsdi. Buna səbəb İbrahimxəlil xanın Xoy hakimi Əhməd xan Dünbili ilə sövdələşib Qaradağı bölüşmək istəyirdi. 1782-ci ildə İsmayıl xan İbrahimxəlil xana vergi ödəməkdən imtina etdi. İbrahimxəlil xan onun üzərinə qoşun göndərib, ödəməli olduğu vergiləri tələb etdi, lakin tezliklə geri qayıtmağa məcbur oldu. İsmayıl xan atası tərəfindən Ağaməhəmməd şah Qovanlı-Qacara girov verilmişdi. 1797-ci ildə şah sui-qəsd nəticəsində öləndən sonra İsmayıl xan Fətəli şahın tabeçiliyində qaldı. Fətəli şah İsmayıl xanı oğlu Abbas mirzənin xidmətinə verdi. Abbas mirzə İsmayıl xanı fərraşbaşı təyin etdi. İsmayıl xan Məhəmməd şah Qacarın da yaxın adamları sırasında idi. Üsyana qalxan Xosrov mirzəni və Cahangir mirzəni tutub şaha vermişdi. Vəzir Qaemməqam İsmayıl xanı bir dəstə ilə Ərdəbil şəhərinə göndərmişdi. İsmayıl xan şahzadələri saraya gətirdi. Hər iki şahzadə kor edildi. İsmayıl xanın Bab hərəkatının yatırılmasında xüsusi xidmətləri var.

  • Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
  • Ənvər Çingizoğlu,Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
  • Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.
  • Rus. MDTA, f. 82. Siy.1/194 iş 234, v.2.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]