Mehmed Şövkət Əfəndi
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Mehmed Şövkət Əfəndi | |
---|---|
يوسف عزت الدين أفندي | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (27 yaşında) |
Dəfn yeri | Sultan Mahmud türbəsi |
Fəaliyyəti | pianoçu, donanma zabiti[d] |
Atası | Əbdüləziz |
Anası | Neşərək Qadınəfəndi |
Həyat yoldaşı | Fatmayı-nur xanım |
Uşağı | Mehmed Cəmaləddin Əfəndi |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Mehmed Şövkət Əfəndi (5 iyun 1872, Dolmabağça sarayı, İstanbul ili – 22 oktyabr 1899) — 32. Osmanlı sultanı Əbdüləzizin beşinci oğlu, Osmanlı şahzadəsi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Şahzadə Mehmed Şövkət Əfəndi 1872-ci ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdüləziz, anası isə onun üçüncü xanımı Neşərək xanım idi. 4 yaşında ikən atası taxtdan devrilmiş və bir neçə gün sonra şübhəli olaraq ölü tapılmışdı. V Muradın qısa səltənətinin ardından Ortaköydəki köşkdə yaşamağa başlayan Mehmed Şövkət Əfəndi ilk təhsilini 1879-cu ildə qardaşı Seyfəddin Əfəndi və bacısı Əsma Sultan, eləcə də Sultan Əbdülhəmidin övladları Səlim Əfəndi və Zəkiyə Sultanla birlikdə İhlamur sarayında almağa başladı. 3 aprel 1890-cı ildə Fatmayı-nur xanımla evləndi və bu evlilikdən 1 oğlu dünyaya gəldi. Sultan Əbdüləzizin oğul nəsli məhz onun ailəsindən törəyib. Məzarı Sultan Mahmud türbəsindədir. Məzar daşının üzərinə aşağıdakı yazı yazılmışdır:
Cennet mekân Sultan Abdülaziz Han Hazretlerinin mahdum-ı mükerremleri Şevket Efendi Hazretlerinin ruhuna Fatiha. Tarih-i veladetleri 1284 Sene-i Hicriyye, Tarih-i vefatları 17 Cemaziyelevvel 1317 ; 10 Teşrinievvel 1315
Ailəsi
[redaktə | mənbəni redaktə et]3 aprel 1890-cı ildə Ulduz sarayında Fatmayı-nur xanımla (d. 2 yanvar 1873, Balıkəsir — ö. 1935, İstanbul) evləndilər. 1 övladı oldu: