Əmir Bahaduri-Cəng

Vikipediya, azad ensiklopediya
Sword313 (müzakirə | töhfələr) tərəfindən edilmiş 18:54, 26 iyun 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Əmir Bahaduri-Cəng
Hüseynpaşa xan Məhəmmədsadıq xan oğlu Bahadurlu
Doğum tarixi
Doğum yeri Mərdannaqim, Qaradağ vilayəti, Cənubi Azərbaycan
Vəfat tarixi
Vəfat yeri Tehran, İran
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hüseynpaşa xan Məhəmmədsadıq xan oğlu Bahadurlu (1855-1917) — İran şahı Məhəmmədəli şahın saray vəziri.

Hüseynpaşa xan Məhəmmədsadıq xan oğlu 1855-ci ildə Qaradağ vilayətinin Şərqi Dizmar mahalının Mərdannaqim kəndində anadan olmuşdu. Tanınmış Bahadurlular nəslindəndir. Bu soy Rusiya-İran müharibəsi zamanı Qarabağdan mühacirət edib.

Hüseynpaşa xan mükəmməl təhsil almışdı. Təbrizə yollanıb vəliəhd Müzəffərəddin mirzəyə xidmət etmişdi. 1884-cü ildə yüzbaşı, 1886-cı ildə qullarağasıbaşı, 1891-ci ildə acudanbaşı rütbəsinə, 1892-ci ildə Əmir Bahaduri-Cəng ləqəbinə layiq görülmüşdü.[1]

Müzəffərəddin şah 1896-cı ildə Nizamüssəltənə Abdulla xan Qacar keşikçibaşının yerinə təyin etdi. Şah qvardiyasının rəisi oldu.

Hüseynpaşa xan Əmir Bahaduri-Cəng 1903-cü ildə sərdar rütbəsinə layiq görüldü. 1905-ci ildə Mirzə Mahmud xan Həkimülülmülk yerinə saray naziri təyin edildi. O, İran ordusunun komandanı kimi Kirman, İsfahan və Fars əyalətlərində reyd keçirmişdi.

Bu "cəng bahaduru" öz cəngavərliyini xalqa və demokratiyaya göstərdi. Məclisi topa tutdu.

Vətənpərvər ruhanilərin və ağsaqqalların məsləhəti ilə 1905-ci ilin dekabrın 14-də kütlə Tehran yaxınlığındakı "Şah Əbdüləzim" ziyarətgahına toplaşıb, etiraz əlaməti olaraq, bəstə oturdular. Baş nazir Eynüddövləin göndərişi ilə Əmir Bahadur bəstə oturanların üzərinə qoşun çəkdisə də, onları bəstdən çəkindirə bilmədi. Bəstə oturanların 8 maddədən ibarət tələbləri 1906-cı il yanvarın 10-da qəbul olunduqdan sonra bu aksiya dayandırıldı və bəstə oturanlar yanvarın 12-də bəstə oturanlar qalib qüvvə kimi təntənə ilə Tehrana döndülər. Az keçmədən dövlətin bəstə oturanlara güzəştə getməsinin hiylə olduğu bəlli oldu. Özündə göc toplayan rejim bəstə oturanları təqib etməyə, onları pərən-pərən salmağa başladı.

Yeni məclis yarananda Hüseynpaşa xan məclisi hərbi nazirliyinin tabeliyinə verilməsini tələb etdi. Ondan məclisin sədri məsələsini soruşanda qılıncını göstərib demişdi: "Sizin gələcək məclisinizin başçısı bu olacaq". 1909-cu ildə Məhəmmədəli şah devriləndə, təcili çıxarılması vacib olan iki nazirdən biri o idi.

Məhəmmədəmin Rəsulzadə onun haqqında yazır: "Son zamanlar Tehranın vəziyyəti bu kibi niyətlər, xülyalar bəsləməgə görünüyor ki, olduqca müsaiddir. Bunun böylə olmasına Məhəmmədəli şahın ən sadiq yavrularından sabiq hərbiyyə vəziri Əmir Bahadırın Tehrana gəlmiş olduğudur. Əmir Bahadır o məşhur Əmir Bahadır cəngdir ki, məşrutiyyət əleyhinə gördügü İqdamatda Məhəmmədəli şahın "əcinnə"lərindən biri, həm də birincisi idi. Əmir Bahadır 1909-cu ildə Tehranın məşrutiyyətpərəstlər tərəfindən alınmasından sonrasının yaylağı olan Zərkəndə sarayında bəstdə oturub, sonra inqilab hökuməti tərəfindən İran xaricinə tərd edilmiş idi. Əmir Bahadır son zamanlara qədər Vyanada olub restorançılıq ediyordu. 1911-ci ildə Məhəmmədəli şahın Mazandarana keçib də orada təkrar bir hərəkəti-irticaiyyə başladığı zamanlar, hər kəs Əmir Bahadır cəngində İrana gəlməsinə müntəzir ikən, Əmir "ağır oturub batman gəlmişdi". Hətta, hər kəscə qaba, siyasətdən anlamaz, idrakdan məhrum, bütün məziyyəti yalnız "Şahnamə"yi əzbər oxumaqdan ibarət bilinmiş ikən, bu "restorançı vəzir", o zaman böyük bir zəkavati-siyasiyyə göstərmiş, (məşhurdur) şah tərəfindən İrana getmək üçün kəndisinə vaqe olan təklifə "bu səfərdən faidə görməzsən" demişdi. O səfər də "əldən çıxmış iqtidari qaytarmaq təşəbbüsünü faidəsiz" görən Əmirin bu dəfə "Məhəmmədəli şahı istiyoruz zamanında – birdən-birə Tehran üfüqündə "parlaması" bir az mənidar kibi görünüyor".[2]

Hüseynpaşa xan Əmir Bahaduri-Cəng 1917-ci ildə vəfat edib.

  • Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı: "Ozan", 1998, 192 səh.
  • Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı: "Şuşa", 2008, 160 səh.
  • Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
  1. Mehdi Bamdad, Şərhe hale recale İran, I cild, Tehran, səh.384.
  2. M.Rəsulzadə, "Açıq söz", 23 fevral 1916, №118

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]