Sudan

Vikipediya, azad ensiklopediya
Samral (müzakirə | töhfələr) tərəfindən edilmiş 06:46, 11 aprel 2019 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Sudan
Ərəbcə. جمهورية السودان
İngiliscə. Republic of Sudan
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
النصر لنا
Rəsmi dili Ərəb dili, İngilis dili
Paytaxt Xartum
Ən böyük şəhər Omdurman
İdarəetmə forması Respublika
Dövlət dini İslam
Sahəsi
 • Ümumi 2505810 km²
Əhalisi
 • Əhali 38,114,160 nəfər nəfər
 • Sıxlıq 15 nəf./km²
İnternet domeni .sd
ISO kodu SD
BOK kodu SUD
Telefon kodu +249
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

SudanAfrikada dövlət.

Sudan 7 ölkə ilə həmsərhəddir – Cənubi Sudan, Misir, Liviya, Çad, Mərkəzi Afrika Respublikası, EritreyaEfiopiya.

Tarixi

1983-cü ildə ölkədə baş verən vətəndaş müharibəsi Sudanı iki hissəyə – müsəlmanlardan ibarət şimal və xristianlardan ibarət cənub hissəsinə böldü. Bölgəyə böyük maraq göstərən ABŞ əvvəlcə Xartumdakı hökumətə, yəni nəzarətləri altında olan ərazilərdə şəriət qanunlarını tətbiq edən müsəlmanlara dəstək verdi ki, bu da mübarizəni daha da şiddətləndirdi. 22 ilə qədər, yəni 2005-ci ilədək davam edən müharibə "İkinci vətəndaş müharibəsi" adını aldı. Bu illər ərzində aclıqdan, xəstəlikdən, işgəncələrdən və döyüş əməliyyatlarında 2 milyondan çox insan həlak oldu, 4 milyondan artıq insan isə qaçqın düşdü. Sudanda baş vermiş bu hadisələr ölkəni böhrana sürükləyirdi[2].

1989-cu ildə müsəlmanlardan ibarət olan şimalda hərbi çevriliş baş verdi. Hakimiyyəti əvvəlkindən daha radikal qüvvələr ələ keçirdi. Bu dəfə ABŞ cənubdakı qiyamçılara dəstək verməyi qərara aldı[2].

1990-cı ildə ABŞ-ın "Chevron" şirkəti tərəfindən Sudanda neft yataqlarının aşkar edilməsi problemi daha da qızışdırdı. Məhz neftlə zəngin rayonlarda müharibə ən şiddətli xarakter aldı. Tərəflərdən hər biri onların üzərində nəzarəti ələ keçirməyə çalışırdı. Döyüş əməliyyatları ABŞ-ın neft sənayeçilərinə neft hasilatını nizama salmağa mane olurdu. Ona görə də 1994-cü ildə ABŞ-ın təzyiqi ilə Sudanın İslam hökuməti ilə Cənubi Sudandakı qiyamçılar arasında ölkənin yeni dövlət quruluşu haqqında bəyannamə imzalandı. Lakin bu sənəd yalnız 1997-ci ildə – yenə də ABŞ-ın və onun NATO üzrə müttəfiqlərinin təzyiqi altında qüvvəyə mindi. Ancaq şimal rəhbərləri danışıqlara getmədilər. Buna dərhal reaksiya verən ABŞ-ın xüsusi xidmət orqanları şimali Sudanda xalq üsyanlarını təşkil etdi. Bu etirazlara Qərbdən xeyli dəstək alan güclü müxalifət rəhbərlik edirdi. Hökumət bu üsyanları çox sərt şəkildə yatırırdı. Narazılıqların arası kəsilmirdi[2].

1998-ci ildə Amerika aviasiyası şimali Sudanın paytaxtı olan Xartum şəhərini bombardman etdi. Bundan sonra Xartumda parlament çoxpartiyalılığı təsbit edən yeni Konstitusiyanı qəbul etdi. Müxalifətə seçkilərdə iştirak etməyə icazə verildi. Lakin müharibə davam edirdi[2].

Yalnız 2005-ci ildə cənubla şimal silahlı qarşıdurmaya son qoymaq haqqında razılığa gəldi. Keçid dövrü haqqında razılıq əldə edildi. Sülh prosesi kifayət qədər uzun çəkdi. 2011-ci ildə keçirilmiş referendumundan sonra Cənubi Sudan müstəqillik əldə etdi[2].

ABŞ isə hər iki tərəfə dəstək, o cümlədən hərbi dəstəyini davam etdirir. Çünki neft cənubi Sudanda hasil olunur, lakin neft kəmərləri və terminalları şimali Sudanın ərazisində yerləşir ki, bu da hər iki ölkənin hökumətlərini ABŞ-ın iqtisadi və hərbi yardımından asılı vəziyyətə salmışdır[2].

Coğrafiyası

Ölkənin ərazisi 2.505.810 km² – dir. Ərazisinin böyük hissəsi Şimali Afrikada yerləşir. Nil çayı ölkəni iki hissəyə ayırır, həmçinin Nil çayının qolları olan Ağ NilMavi Nil ölkə ərazisində qovuşur. Ərazisi Nil çayı sahilləri istisna olmaqla əsasən səhralardan ibarətdir. Sudan şimal şərqdən Qırmızı dənizlə sərhəddir.[3]

Əhalisi

2008-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən ölkə əhalisinin sayı 39.154.490 nəfərdir .[3] Sudan əhalisi rəngarəng etnik tərkibə malikdir . Ölkədə təxminən 134 dilidə danışan xalq və tayfa yaşayır . Onların içərisində ən böyük saya malik etnik qrup ərəblərdir və onlar Sudan əhalisinin 51%-ni təşkil edirlər .[4]

Cənubi Sudan

border=none Əsas məqalə: Cənubi Sudan

2011 ildə Sudan 2 ölkəyə bölünüb: Şimalı SudanCənubi Sudan.

İstinadlar

  1. http://chartsbin.com/view/edr.
  2. 1 2 3 4 5 6 Nərgiz Əfəndiyeva. Afrika və XXI əsrin çağırışları. newtimes.az, 23.07.2015  (az.)
  3. 1 2 The Major Cities and Agglomerations of the World – Overview : Sudan
  4. Ethnologue:Languages of the World : ARABIC, SUDANESE SPOKEN: a language of Sudan (15,000,000 or more in Sudan, 51% of population (1991).)