zahirdə
Görünüş
azərbaycanca: zahirdə Hecalama: za-hir-də
Transkripsiya (BFƏ) : [zɑhɪr'dæ]
- 1. Üzdə, zahirən, xarici görünüşcə.
- ..Bir para cüvəllağı oxumuşlarımız ürəkdən gülə-gülə və zahirdə guya ağlayaağlaya dəstənin qabağında dolanırdılar. C.Məmmədquluzadə.
- [Musa kişi] zahirdə belə işlərə yaxın durmayırdı. Qantəmir.
- Zahirdə ədavət guya soyumuşdu. Mir Cəlal.
Mənbə : Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. IV cild (SŞTUÜVYZ). Bakı: Şərq-Qərb, 2006, 712 s. Mətn
zahirdə | |