Məzmuna keç

zahirən

Wiktionary saytından

azərbaycanca: zahirən === Etimologiya === ərəbcə Hecalama: za-hi-rən

Transkripsiya (BFƏ) : [zɑhɪ'ræn]

Mənalar :

1. Xarici görünüşünə, görkəminə görə, xaricən, üzdən.
  • Zahirən kim gözü görməz fələki-xunxarın; Məni bu gündə görən böylə sitəmkar olmaz. Qövsi.
  • ..On-on beş adam zahirən seyid libasında, başlarında yaşıl əmmamə və bellərində yaşıl qurşaq hər iki tərəfdən bizi əhatə edib yapışdılar atlarımızın cilovundan. C.Məmmədquluzadə.
  • Zahirən .. [Tehranın] sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi. M.İbrahimov.
  • Səməd zahirən, doğrudan da, mürgüləyən adama bənzəyirdi. İ.Hüseynov.
2. Anlaşıldığı üzrə, məlum olduğu üzrə.
  • Bir cavan tazədən gəlib ərsəyə; Əcaib oğlandır, adı Məhəmməd; Zahirən özütək pak imiş əsli; Ola bilməz heç övladi-Məhəmməd. M.P.Vaqif.

Mənbə : Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. IV cild (SŞTUÜVYZ). Bakı: Şərq-Qərb, 2006, 712 s. Mətn