Qəfildən, birdən, gözlənmədən, xəbərsiz, təsadüfən. [Müsyö Jordan:] Əlbəttə, sehrdir, mat qalmalı işdir, bir türfətüleyndə qəflətən Parij xarab olubdur. M.F.Axundzadə. Su kənarında qəflətən naçar; Bir quzu bir gün oldu qurda düçar. A.Səhhət. Atamın qəflətən ölümü sağalmaz bir yara kimi uzun müddət qəlbimi ağrıtdı. A.Şaiq.