Daxilə, daxildə. İçəri itələmək. İçəri gəl. İçəri buraxmaq. – Şah rüsxət verdi, münəccimbaşı çıxmamış Xacə Mübarək içəri girib ərz elədi.. M.F.Axundzadə. [Sara xanım:] ..Gəlib çıxaram, tıqqıldadaram qapını, açarlar, girərəm içəri.. Qantəmir. Hənifə qazanı içəri gətirib yerə qoydu, ətəyi ilə sininin üstünə tökülmüş külü sildi. İ.Hüseynov.
Bax: iç 1-ci mənada. Evin içəri otaqlarının birisində (əndərunda) Rəna ilə anası yaşayırdı.. E.Sultanov.
İsmin yönlük, yerlik, çıxışlıq hal şəkilçiləri ilə 1. arasına, arasında, arasından. Meşənin içərisinə getmək. Uşaqların içərisində biri çox zirəkdir. Kitabların içərisindən ancaq birini seçdim. – ..Bu iki çiçək bu ailələr içərisinə girməklə, onlarda bir yenilik, şadlıq əmələ gətirdisə də, digər tərəfdən, nifaqa və ondan törəyən faciəli hadisələrə də səbəb oldu. S.S.Axundov. Sən qoçaqlar içində qoçaqsan gözlərimdə; Ürəyi alov dolu bir dağsan gözlərimdə. S.Rüstəm. Kimsəsizlər içərisində .. bu qocanın da siması .. canlanırdı. Ə.Məmmədxanlı; 2. ərzində, müddətində, zərfində. Dörd-beş aylıq bir zaman içərisində onunla belə üz-üzə gəlmədiyim birinci kərə vaqe olurdu. S.Hüseyn. ◊ İçəri atmaq dan. – birdən içmək, başına çəkmək. Mirzə Kəmtər də, sanki müsahibindən geri qalmamaq üçün, stəkanında qalan arağı içəri atdı.. Mir Cəlal.