Müəyyən bir fikri, məsləki təqib edərək, dönmədən onun ardınca gedən. Ardıcıl inqilabçılar. Ardıcıl materialistlər. Ardıcıl inqilabi xətt yeritmək. // İs. mənasında. Nəiminin ardıcılları.
Arası kəsilmədən, bir-birinin ardınca, müntəzəm surətdə. ..Oğlu Tapdığın həyatı ardıcıl surətdə gəlib onun [Ağcanın] gözü qabağından keçirdi. Ə.Əbülhəsən. Beləliklə, musiqi əsərlərindəki ağır və yüngül səslərin ardıcıl və müntəzəm surətdə təkrar edilməsi musiqinin bərabər ölçülü ayrı-ayrı taktlara (xanələrə) bölünməsini əmələ gətirir. Ə.Bədəlbəyli.
Məntiqli, məntiqə əsaslanan, qanunauyğun. Ardıcıl mühakimə. Ardıcıl nəticələr çıxarmaq. Ardıcıl materializm nəzəriyyəsi.