Azərbaycan atalar sözləri/B
Görünüş
←A | Azərbaycan atalar sözləri Müəllif: Şifahi xalq ədəbiyyatı |
C→ |
Həmçinin baxın: Haqqında • |
Ba
[redaktə]- Babadan hikmət – nəvədən xidmət. [1]
- Babam mənə kor deyib, gəlib gedəni vur deyib!
- Babanın əlindən nəvə tutar.
- Babanın üzünü ağardan nəvəsi olar. [2]
- Babasına uyan atasının oğlu deyil.
- Bablı babı ilə, atlası qabı ilə.
- Bablı babı ilə, su qullabı ilə.
- Bablı babın tapmasa, günü ah-vaynan keçər.
- Bac istərəm bacımdan, bacım ölür acından.
- Bacaran bal yeyər.
- Bacarana baş qurban.
- Bacarıq ağlın nişanəsidir.
- Bacarırsan aslan ol, tülkü olmaq asandır.
- Bacarmadığın bir işi «bacararam!» demə.
- Bacarsan hamının yükünü sən daşı.
- Bacı ki, evdən çıxdı, ixtiyarı səndən çıxdı.
- Bacı oğludur, haqq almaz, dayıdır, quzunun dişisini verər.
- Bacı oğludur, haqq almaz, dayıdır, dişi verməz.
- Bacı oğlunu dayısı tanıdar, bacı qızını xalası.
- Bağ alma, bağlanarsan, dağ alma, dağlanarsan, qoyun al, yağlanarsan.
- Bağ bağbansız olmaz, dəvə sarvansız.
- Bağ bağbanındır.
- Bağ çəpərsiz olmaz.
- Bağ olmayan yerdə böyürtkən bitər.
- Bağ olmayan yerdə böyürtkən özünü bağ çağırar.
- Bağ salan barın yeyər.
- Bağ satıb, dağ alıb.
- Bağ vaxtı bağbanın qulağı ağır eşidər.
- Bağa bax, barını gör.
- Bağa bax üzüm olsun, yeməyə üzün olsun.
- Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.
- Bağa bağ deməyiblər, bax deyiblər.
- Bağa bağban lazımdır, qoyuna – çoban.
- Bağa qınından çıxdı, qınını bəyənmədi.
- Bağa özün çəkə bilməz, evin dalına alar.
- Bağa yol gedə bilməz, dayısını da dalına götürər.
- Bağa yol yeriyə bilməz, xalası qızını da dalına alar.
- Bağanı ya öldür, ya dalısı üstə qoy.
- Bağban eşşəyi bir ildən artıq saхlamaz.
- Bağban əli dəyməyən bağı alaq basar, qadın əli dəyməyən evi qəm-kədər
- Bağban tələsər, armud vaxtında yetişər.
- Bağbanın bar vaxtı qulağı ağır eşidər.
- Bağbanın könlü olsa, nə gəlib bağda bara.
- Bağçı, bağın qıydı, bağban salxım da qıymadı.
- Bağda ərik badam oldu, gədalar adam oldu.
- Bağda ərik var idi, salam-məleyik var idi; Bağdan ərik qurtardı, salam-məleyik qurtardı.
- Bağdadda eşşək bir xiyar qiymətindədir, amma onu gətirmək gəmi qiymətindədir.
- Bağdakı bağbanın malıdır.
- Bağı bağban yeyər, qoyunu çoban.
- Bağı susuzluğu, bağbanı əməyi yandırar.
- Bağında gül var ikən – gül üzünə, bağında gül qurtardı – kül üzünə.
- Bağlı aslanı dovşanlar da saymaz.
- Bağlı qapıya xəta dəyməz.
- Bahalıqda çörəyini əsirgəyən, ucuzluqda yalqız qalar.
- Bahasına pul vermişəm, gözlərim də çıxsa yeyəcəyəm.
- Bax mənə bir gözlə, baxım sənə iki gözlə.
- Baxma deyənə, bax dediyinə.
- Baxmaq kirayə istəməz.
- Baxmaq var diləməkdən artıqdır.
- Baxmaqla qarın doymaz.
- Baxmaqla öyrənmək olsa, itdən qəssab olardı.
- Baхmaqla öyrənmək olsaydı, sallaqхanadakı itlər qəssab olardı.
- Bəxşış var, tümən-tümən, hesab var, qəpik-qəpik.
- Baхtı gətirənin хoruzu da yumurtlar.
- Baхtı satın almaq olmaz.
- Baxtını götür, bazara çıx.
- Bakıda işlə, Gəncədə dişlə.
- Bakılı cüt danışar, Şəkili qaş-gözlə, Dərbəndli kəllə ilə.
- Baqqal daşdan kəsər, siçan baqqaldan.
- Baqqal, qəssab – hər ikisi bir hesab.
- Baqqal ölülərin borcun dirilərə yüklər.
- Bal da yesə dirilməz.
- Bal dedim, bəlaya düşdüm.
- Bal deməklə ağız dadlı olmaz.
- Bal olma kı, hamı səni yeyə, zəhər olma kı, hamı sənə tüpürə.
- Bal olsun, milçək Bağdaddan da gələr. [3]
- Bal tutan barmağın yalar.
- Bal tutanın arısı Şamdan gələr.
- Bal verən çiçəyi arı tanıyar.
- Bal yedin, bəlaya düşdün.
- Bal yeyib, bəlasını çəkir.
- Bala baldan şirindir.
- Bala bəlasız olmaz.
- Bala dadı, bal dadı,
Bala adamı aldadır.
Şirini şirin olur,
Acısı da bal dadır. - Bala istəyən, bəlasını da istəmək gərək.
- Bala quşun ağzı böyük olar.
- Bala uğrunda ata-ana can qoyar.
- Balaca ağaca çıxıb böyük budaq sirkələyir.
- Balaca balta ilə böyük ağac da yıхılar.
- Balacanın dərdi də balacadır.
- Balağa girdi bağa, bir quş tutdu, o da qurbağa.
- Balalı ev bazardı, balasız ev məzardı.
- Balalı qarğa bal yeməz.
- Balalı qarğaya pay düşməz.
- Balalı qarğaya yem yoxdu.
- Balam mənə əzizdir, tərbiyəsi özündən də əzizdir.
- Balasız da ağlar, balalı da.
- Balçı qızı - daha şirin.
- Balçının var bal tası, odunçunun baltası.
- Baldızım – çuvaldızım, hərdən gələr, sancar, gedər.
- Balı da sənin, bəlası da.
- Balı dibindən, yağı üzündən.
- Balı əli uzun olan yeməz, qismət olan yeyər.
- Balı olana doşab satmazlar.
- Balıq balasını da ovlar.
- Balıq balığı udmasa - dəryanı balıq tutar.
- Balıq başdan iylənər.
- Balıq başından iylənər, camış ayağından.
- Balıq bilməsə, xalıq bilər.
- Balıq dedi: «Çox söz deyərdim, amma ağzım su ilə doludu».
- Balıq dəryada böyüyər.
- Balıq dəryada olar.
- Balıq istəməyən quyruğundan tutar.
- Balıq istəyən gönünü suya qoyar.
- Balıq suda ikən bazarlıq olmaz.
- Balıq sudan çıxsa, canı çıxar.
- Balıq sudaykən sövda olmaz.
- Balıq suya çəkər.
- Balıq tora düşəndən sonra ağlı başına gələr.
- Balıq tutan suyu bulanıq istər.
- Balığı haçan tutsan təzədir.
- Balığı ya öldürdün, ya sudan qırağa qoydun.
- Balığın böyüyü tabaq altındadı.
- Balığın dərisi, toyuğun gerisi.
- Balığın dirisi də suda, ölüsü də.
- Balığın ömri sudan çıxıncadır.
- Balın yoxdu, bal kimi dilin olsun.
- Balını yadlar yeyir, mən çəkirəm bəlasın.
- Balını ye, arısını soruşma.
- Balsız şanda arı durmaz.
- Balta ağac kəsməzdi, sapı ağac olmasaydı.
- Balta dəyməyən ağacdan ağac olmaz.
- Balta görməyən bağ meşə olar.
- Balta öz sapını kəsməz.
- Balta yaxşı baltadı, hayıf kı, sapı söyüddəndir.
- Baltada varsa, sapında da var.
- Baltanı ağaca vurduqca deyər: Sapım səndəndir.
- Baltanı dibdən vurmazlar.
- Baltanı qızıldan elərsən, gedər odunun yanına düşər.
- Baltanın sapında varsa, ağzında da var.
- Banlayan toyuq mollaya düşər.
- Bar gətirən ağaca balta çalmazlar.
- Bar verən ağaca daş atmazlar.
- Bar verən ağacı kəsməzlər.
- Bar verməyən ağacı kəsərlər.
- Barıt ilə odun dostluğu olmaz. (Barıt ilə odun nə aşnalığı?!)
- Barlı ağaca daş atarlar.
- Barlı ağacın başına dolanarlar.
- Barmaq-barmaq oğurlayan, qarış-qarış oğurladar.
- Barmağın beşi də bir deyil.
- Barmağın hansın kəssən, ağrısı birdir.
- Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır.
- Barsız bağ qarsız dağ kimidir.
- Barsız ağaca daş atmazlar.
- Barıt ilə odun dostluğu olmaz.
- Basdırdığı ölü özündən qabaq gəldi.
- Basılanı əzməzlər.
- Baş ağır, papaq yüngül gərək.
- Baş ağrıyanda Allah yada düşər.
- Baş ayağa rahatlıq verməz.
- Baş-başa verməyincə, daş yerindən qopmaz.
- Baş bədəndən ayrı heçdir.
- Baş bədənin tacıdır, gözlər onun qaş-daşı.
- Baş bostanda bitməz.
- Baş dilin bəlasın çəkər.
- Baş əyməklə baş ağrımaz.
- Baş kəsənin, yaş kəsənin, daş kəsənin axırı olmaz.
- Baş namərd əlindədir; nə kəsər, nə bağışlar.
- Baş nə çəksə, dilin ucundandır.
- Baş ol, istərsən lap soğan başı ol.
- Baş olsun, börk tapılar (Baş sağ olsun, papaq tapılar).
- Baş onun, daş bunun, mənimki görməməkdir.
- Baş sağ olsun, papaq tapılar.
- Baş ürəkdən su içər.
- Baş vermək olar, gizlin sirri açmaq olmaz.
- Baş vurmaq ilə baş ağrımaz.
- Baş yoldaşı yoxdur, aş yoldaşı çoxdur.
- Başa dil gətirəni, el gətirə bilməz.
- Başa düş, başımı yar.
- Başa düşənə milçək səsi, düşməyənə zurna-qaval.
- Başa gələn dildən gələr.
- Başaçığın qaçacağı yer - papaqçı dükanı.
- Baş-başa verməyincə, dağ yerindən qopmaz.
- Başbilənsiz iş olmaz.
- Başda oturan bəy olmaz.
- Başda tük olsun, daramağa nə var?
- Başdakı su sular, arxadakı and içər.
- Başdan gedən papaq bir də qayıtmaz.
- Başdan papaq aparan küləkdən kol-kosa heç nə olmaz, amma sərv sınar.
- Başı baş edən - ayaq, ayağı ayaq edən - dayaq.
- Başı başına, başmağı ayağına.
- Başı boş olanın sözü baş olmaz.
- Başı daşdan-daşa dəyməyincə ağlı başına gəlməz.
- Başı hində, ağılı gendə.
- Başı yeddi yerdən yarılmayıbsa - tərəkəmə deyil.
- Başıma bəladı, dalıma şələ.
- Başımı kəs, xatirimə dəymə.
- Başımı sındır, məzənnəni sındırma.
- Başımı yarırsan, ətəyimə qoz tökürsən, baxan desin qoz yarıb.
- Başımı yarmağına görə barı daş olaydı.
- Başın böyüklüğu yiyəsinə donuz güddürər.
- Başın keçəl, gözün kor, bəs sənin haran yaxşıdır?!
- Başına daş da salsan uca yerdən sal.
- Başına gələn başmaqçıdır.
- Başına gələn bilər.
- Başına iş düşəndə qurbağa da yorğa gedər.
- Başını eyləmə daz, hər daz bir taledə olmaz.
- Başını itirən tel üçün ağlamaz.
- Başını keçəl eləmə; hər keçəlin taleyi bir olmaz.
- Başını kəsibdir, saqqalın darar.
- Başını yarıb, ətəyinə qoz tökür.
- Başqa dəriyə girən ulağın quyruq, qulağını kəsərlər.
- Başqası başqasının itiyini fışqırıqnan gəzər.
- Başqasına pislik edən özünə etmiş olar.
- Başqasının əlilə aş yeyənin qarnı doymaz.
- Başlar ayaq olub, ayaqlar baş.
- Başladığın işi yarımçıq qoyma.
- Başlı başın saxlasın, mən başımdan bezaram.
- Başmaq cütlənəndə bilinər.
- Başmaq palçıqsız olmaz.
- Başmaqçının başmağı olmaz, börkçünün börkü.
- Başmaqçının başmağı yırtıq olar.
- Başmağımı geyə bilərsən, yerişimi yeriyə bilməzsən.
- Başmağından xeyir görən patavasından çəkər.
- Başmağını geyə bilərsən, yerişini yeriyə bilməzsən.
- Başmaqçının başmağı olmaz, börkçünün börkü.
- Başmaqçının başmağı yırtıq olar.
- Başsız gələn mal batsın, vaxtsız deyən dil batsın.
- Batan saman çöpündən yapışar.
- Batil batili kəsər, haqq ikisini də.
- Batman qara daşdan, yaxşılıq iki başdan.
- Bayırda mini ölsün, evimdə biri ölməsin.
- Bayırı kaşı-çini, içərisi toyuq hini.
- Bayırım özgəsini yandırar, içim özümü.
- Bayquş başın tək istər.
- Bayquş gündə üç sərçə yeyər.
- Bayquş xarabalıq sevər.
- Bayquş xarabalığı gülüstana dəyişməz.
- Bayquş necədirsə, şöhrəti də elədi.
- Bayquş viranələri sevər.
- Bayquşun da dar olmasın qəfəsi.
- Bayquşun ruzisi ayağında gedər.
- Baylığa tələsən, yoxsulluğa tez duşər.
- Bayram sümüyü ilə köpək kökəlməz.
- Bayraməlisiz toy olmaz, Qəmbərsiz düyün.
- Bazar baqqalsız, meşə çaqqalsız olmaz.
- Bazar çörəyi çox olsun, bazarda olsun.
- Bazar içində it qulağı kəsməzlər.
- Bazar köpəyi sürü gözləməz.
- Bazar quruldu, hesab duruldu.
- Bazar şeytan evidir.
- Bazar yansın, amma mənə bir manat qazanc olsun.
- Bazara gedər – yağış yağar, dəyirmana gedər – qırğın olar.
- Bazara girdin, gözü qıpıq, sən də ol, gözü qıpıq.
- Bazara pulsuz gedən, göra imansız gedər.
- Bazarda bez ucuz olanda adam özünü öldürməz.
- Bazarı oğruya tapşır.
- Bazarın bazar, qadam sənə mərdiməzar.
Be
[redaktə]- Bekarlıq korluq (aclıq) gətirər.
- Bekarlıqdansa - culfalıq.
- Belə deyirəm dədəm ölür, elə deyirəm anam.
- Belə matahın var, Cəfərabad (Mazandaran) bazarına apar.
- Belə oturan arvaddan oğul doğulmaz.
- Belə şıllaq atan madyan qulun saxlamaz.
- Belə otyeyən idin, nə üçün arıq düşdün?!
- Belə yatan öküz yük götürməz.
- Beş barmağın beşi də bir deyil.
- Beş barmağın beşi də tən deyil.
- Beş də beş, beş buçuq da beş.
- Beş gün yaraq, bir gün gərək.
- Beş ilin öküzü, qırx ilin qazısın aldadır.
- Beşdə alacağım yox, üçdə verəcəyim.
- Beşə dözən, on beşə də dözər.
- Bez alırsan Mosuldan al, qız alırsan əsildən al.
- Bez geyərəm, düz gəzərəm.
Bə
[redaktə]- Bəd at özün gözlər, yaxşı at igidi.
- Bəd xəbər uçur, хoş xəbər – yatır.
- Bəd övlad xətaya ürcah olar.
- Bədbəxt ova çıxdı, dağları duman aldı.
- Bədcinslik maya istəməz.
- Bədən başa deyir: - Saxla məni, saxlayım səni.
- Bədən qocalar, könül qocalmaz.
- Bədənini təmiz saxla, qəfil əcəl gələr.
- Bədəsil əvvəl vəfa göstərər, sonra cəfa.
- Bədəsildən əsil olmaz, boyunca qızıl qala.
- Bədəsildən yaxşılıq ummaq olmaz.
- Bədəsili başa çəkərsən, sürüşüb aşağı düşər.
- Bədəsilin başmağını cütlərsən, deyər geridə dur.
- Bədnəzərdən Allahın da xəbəri yoхdur.
- Bədöv at nə qədər arıq olsa, yenə eşşəkdən yaxşıdır.
- Bədrəngdə bir rəngdir.
- Bəhanəçiyə bəhanə əskik olmaz.
- Bəhs ilə Həccə gedən yorular yolda qalar.
- Bəxşiş var - xalvarla, hesab var - dinarla.
- Bəxt, ağıl bir adamda olsa, o adam tacir olar.
- Bəxt dönəndə burunun suyu gözə damar.
- Bəxt kəsəni qılınc kəsməz.
- Bəxtəvər o kəsdir ki, yurdu yaşıl donludur.
- Bəxti yar olanın yar sarar yarasını.
- Bəxti yox idi, bədbəxtliyi kömək elədi.
- Bəxtin gətirəndə bədbəxtliyini yaddan çıxartma.
- Bəxtini buzda sına, oğulda, qızda sına.
- Bəkməz satana da lənət, bəkməz alana da.
- Bəkməzi küpdən al, qadını kökdən al.
- Bəla bəla gətirər.
- Bəla dildəndir.
- Bəla gələndə "gəlirəm" deməz.
- Bəladan qaçan bəlaya düşər.
- Bəlasını mən çəkdim, səfasını ellər.
- Bəlaya səbr edən muradın tapar.
- Bəlaya səbr gərək.
- Bələdçiliyə gedən yorulmaz.
- Bələdçiyə yol göstərməzlər.
- Bələdsiz yola çıxan yolun azar.
- Bəli də söz düzəldər, yoх da.
- Bəlkə sən bostanını pozmusan, mən yemişsiz qalmayacağam ki...
- Bəlkəni əkərsən, çuğundur bitər.
- Bəlkəni əkərsən bitməz.
- Bəlkəyə heç nə vermirlər.
- Bəndə bəndəyə neylər, Xuda gözdən salmasa?!
- Bəndi selə vermə.
- Bənizi qaçan həkimə qaçar.
- Bənnasız divar hörülməz.
- Bənnasız hörük hörülməz.
- Bənzəyə-bənzəyə yaz olar, bənzəyə-bənzəyə qış.
- Bərəkət axır zamanda ya ulu şəhərdə, ya ulu tağlarda qala.
- Bərəkət harada var? - böyüklü yerdə.
- Bərəkət hərəkətdir.
- Bərəkət ondur, onu da düzlük.
- Bərəkətin bir yanı xırmandır.
- Bərk adamnan alınan yumurtanın sarısı olmaz.
- Bərk gedən tez yorular.
- Bərkdən bir çıxar, boşdan iki.
- Bəslə qarğanı, oysun gözünü.
- Bəslə yetimi, yesin ətini.
- Bəsləsən atlas olar tut yarpağından.
- Bəşər şeytansız olmaz.
- Bəy dediyin nədir, bəyənmədiyin nə?!
- Bəy don geydi, hamı dedi: mübarək olsun, Yoxsul geydi, hamı dedi: hardan gətirdin?!
- Bəy elədim səni, bəyənmədin məni.
- Bəy evindən küt gəldi, dalınca da it gəldi.
- Bəy ilə bəy savaşdı, ortada kasıbın başı yarıldı.
- Bəy ilə bostan əkənin tağı çiynində bitər.
- Bəy ilə dalaşmaq dirəklə güləşməyə bənzər.
- Bəy ilə dost olanın tövləsi dolu olar, samanlığı boş.
- Bəy mənim arxam, mən kimdən qorxam?!
- Bəy nəzərindən düşən, haqq nəzərindən düşər.
- Bəy oğlu gördüm, tamaha düşdüm.
- Bəy verən atın dişinə baxmazlar.
- Bəyaz ipək hər rəngə boyanar.
- Bəydən gəlmiş nökərəm, dişlərini tökərəm!
- Bəyə bel bağlayanın heybəsi çiynində gərək.
- Bəyin çeşməsindən su içmə.
- Bəyin əli cibindən çıxınca, kasıbın canı çıxar.
- Bəyin kölgəsindən it kölgəsi yaxşıdır.
- Bəylə bostan əkənin tağı çiynində bitər.
- Bəylə hacca gedən çöllərdə sərgərdan qalar.
- Bəylər aparan malım yox, şeytan aparan imanım.
- Bəylərin bir əli od olur, bir əli su.
- Bəyliyi başarmadın, canın çıxsın belə gəz.
- Bəzən az tamah çox ziyan verər.
- Bəzən dəli də ağıllı söz deyir.
- Bəzən dirilər ölülərə həsəd aparır.
- Bəzən düz yerdə də insan büdrəyir.
- Bəzən Tanrıya da ağ olur insan.
- Bəzənmirəm ağadan qorxuram, bəzənirəm xanımdan.
- Bəzənmisən bu gündəsən, bəzənməsən nə gündəsən?!
- Bəziyər vəzir edər, soyundurar, rəzil edər.
Bi
[redaktə]- Biçənin üzünü tikən ağardar.
- Biçimsiz bir libası biçimli geymək hünərdir.
- Biçinçi haqqını yerdən götürər.
- Biçmək üçün əkmək lazımdır.
- Bildir gedən bildirçin, hanı sənin bir qılçın?
- Bildir ölüb boz eşşək, bu il gəlin ağlayaq.
- Bildir yedim bir əncir, indi də qarnım incir.
- Bildirçin camalabaddan hara gedər: dəni yanında, suyu yanında.
- Bildirçinin bəyliyi darı sovrulanacandır.
- Bildiyindən danış, bilmədiyin səni güdaza verər.
- Biləkli birini yıxar, bilikli minini.
- Bilən az deyər, bilməyən yüz.
- Bilən söyləməz, söyləyən bilməz.
- Bilənə bilməyən tay deyil.
- Bilənə bir, bilməyənə min oxu.
- Bilənə bir tikə, bilməyənə min tikə.
- Bilənin də başına dönüm, bilməyənin də, dad yarımçıq əlindən.
- Bilənlə bilməyən tay olmaz.
- Bilənlər danışmaz, danışanlar bilməz.
- Biləyi güclü olan birin yıxar, biliyi güclü olan minin.
- Bilici olma, əkinçi ol.
- Bilik ağlın aynasıdır.
- Bilik insanın bəzəyidir.
- Bilikli adam az danışar.
- Bilmədiyin bildiyindən çoxdur.
- Bilmədiyin işə başını soxma.
- Bilmədikin kişi ilə yoldaş olma.
- Bilmək olmaz – kəsilməmiş qarpızdır.
- Bilməmək ayıb deyil, soruşmamaq ayıbdır.
- Bilməsən bir biləndən sor.
- Bilməzin dəyirmanını Allah işlədər.
- Bilmirəm - baş ağrıtmaz.
- Bilsəm babam öləcək, qulaq dolusu darıya satardım.
- Bilsəydim atın öldüyünü, qulağı dolusu darıya satardım.
- Bilsəydim dərdim iki olmazdı.
- Bir abam var ataram, harda olsa yataram.
- Bir abbası verdik dindirdik, bir manat verib susdura bilmədik.
- Bir ac güləyən olar, bir də yalavac.
- Bir ac qudurğan olar, bir tox.
- Bir adam ki, səhər yalan danışdı, axşamacan yalan danışar.
- Bir adamı tanımaq istəsən, ya ortaq ol, ya yola çıx.
- Bir adamın payı iki adamı ac qoyar.
- Bir adamın payın özgəsi yeyə bilməz.
- Bir adamla dost olmaq istəyirsənsə, onun dostuna bax.
- Bir ağaca çıxanda bütün budaqları silkələmə.
- Bir ağacda gül də bitər, tikan da.
- Bir ağacdan bel də olur, kürək də.
- Bir ağacın kölgəsində bir sürü yatar.
- Bir ağıllı baş min başı saxlar.
- Bir ağızdan çıxan min ağıza yayılır.
- Bir ahıllıqda, bir cahillikdə.
- Bir axurdan at da yeyər, eşşək də.
- Bir almağın bir də verməyi var.
- Bir arxa ki, su gəlib, güman var yenə gələ.
- Bir arxdan min at su içər.
- Bir ata, bir də arvada inanmaq olmaz.
- Bir ata yeddi oğulu dolandırdı, yeddi oğul bir atanı dolandırmadı.
- Bir atıb iki vurur.
- Bir atım barıtı var imiş.
- Bir ayaq sən gəl, iki ayaq mən gəlim.
- Bir barmaq qatıqdan ötrü tuluğu yırtma.
- Bir baş bir dəriyə sığmaz.
- Bir baş haraya olsa sığışar.
- Bir baş idi, dörd ayaq, gəlin aşırdı bayaq.
- Bir baş yaxşıdır, iki baş ondan yaxşıdır, İki göz görür, dördü ondan yaxşı görür.
- Bir başa bir qoz yetər.
- Bir başa iki qapaz ağır olar.
- Bir biləndən qorx, bir də bilməzdən.
- Bir-bir yığılar min olar, dama-dama göl olar.
- Bir-birinə çörək borc verərlər.
- Bir birədən ötrü yorğanı yandırmaq olmaz.
- Bir böhtan min ziyana bərabərdir.
- Bir bu gün iki sabahdan yaxşıdır.
- Bir budağa çıxıb, min budağı sirkəliyir.
- Bir buğda əkməsən, min buğda biçməzsən.
- Bir bulud ilə qış olmaz.
- Bir çeynəm saqqızın var, çeynə yapışdır alnına.
- Bir çiçək ilə yaz olmaz.
- Bir çılpağı yüz cübbəli soya bilməz.
- Bir çıraq işığına yüz nəfər oturur.
- Bir çıraq ki, haqdan yana, yağı neylər, yağı neylər.
- Bir çörək bir çörəyə daldadır.
- Bir çörək özün ye, birin də Allah yolunda ver.
- Bir çulum var ataram, harda gəldi yataram.
- Bir çuval qızıl borcun olsun, bir çuval buğda borcun olmasın.
- Bir dadan peşiman, bir dadmayan.
- Bir dadanandan qorx, bir qudurandan.
- Bir dağ yıxılmasa, bir dərə dolmaz.
- Bir dağarcıq dəni var, boş dəyirman axtarır.
- Bir dağarcıq unum var, yeddi qara günüm var.
- Bir dana bir naxırı korlar.
- Bir daş altda, bir daş üstə.
- Bir daş qopanda daha yerini tutmaz.
- Bir daşla divar olmaz.
- Bir daşla iki quş vurmaq olmaz.
- Bir de, bir eşit.
- Bir deyənin olunca, min yeyənin olsun.
- Bir də cavan olsaydım, sahibi –təcrübə olardım.
- Bir də gəlin ollam, oturduğumu-durduğumu billəm.
- Bir də qatırçının qatırını hürkütmə.
- Bir dəfə aldanmışda qəbahət aldadanın, iki dəfə aldanmışda qəbahət aldananın.
- Bir dəfə gəldin, yoldaş, iki dəfə gəldin, qardaş.
- Bir dəfə görmək min dəfə eşitməkdən yaxşıdır.
- Bir dəfə yeməknən qarın doymaz.
- Bir dəli quyuya bir daş atdı, on ağıllı onu çıxara bilmədi.
- Bir dəlidən yeddi məhləyə ziyan dəyər.
- Bir dəmirdən nal da olar, nizə də.
- Bir dərdlinin dərmanın o dərdə düşəndən al.
- Bir dirhəm min eybi örtər.
- Bir doğru ki yalana oxşadı, onu söyləmə.
- Bir dost min ildə qazanılar.
- Bir ev adam yığılır, güc doğana düşür.
- Bir evdə şadlıq, bir evdə şivən.
- Bir əl əkər, iki əl biçər.
- Bir əldə iki qarpız tutmaq olmaz.
- Bir əldən səda çıxmaz.
- Bir əli bağda, bir əli dağda.
- Bir əli ilə verir, bir əli ilə alır.
- Bir əli ki kəsmək olmaz, öpüb başa qoymaq gərək.
- Bir əli od, bir əli su.
- Bir əli yağda, bir əli balda.
- Bir əlin nəsi var, iki əlin səsi var!
- Bir əllə torpaq canlanmaz.
- Bir ət ki, girdi qazana,oldu yeməli.
- Bir fikir nə qədər qarşılıq görsə, o qədər tərəqqi edər.
- Bir gecənin oğrusu on illik molladan çox bilir.
- Bir gələn bir də gələr, səbr elə.
- Bir gəmi bəzənər, bir gəlin bəzənməz.
- Bir gəmini iki rəis batırar.
- Bir gördün namərdi, bir də görsən, namərdsən.
- Bir gördün yoldaş, iki gördün qardaş.
- Bir görmək iki eşitməkdən yaxşıdır.
- Bir görür, iki istəyir.
- Bir göz iki göz gördüyünü görə bilməz.
- Bir gözə bir dünya sığışar.
- Bir gözü alça dərir, bir gözü gavalı.
- Bir gözü alça dərir, biri səbətə tökür.
- Bir gözü yatır, bir gözü baxır.
- Bir gözümü ağladır, bir gözümü güldürür.
- Bir gül ilə bahar olmaz.
- Bir gün bir il doyuzdurar.
- Bir gün duz yediyin yerə qırx gün salam ver.
- Bir gün olar bəxt oyanar.
- Bir günlük bəylik də bəylikdir.
- Bir günlük yola çıxsan, bir həftəlik tədarük gör.
- Bir günlüyə dovşan dərisi də qatlanar.
- Bir igid qırx ildə meydana gələr.
- Bir igidin payı iki igidi ac qoyar.
- Bir ilana, bir də xana bel bağlama.
- Bir inad, bir murad.
- Bir iş başlamayınca qurtarmaz.
- Bir iş bitməyincə, o biri işi başlama.
- Bir iş tut ki, aqibəti xeyir olsun.
- Bir iş var, iki əməl.
- Bir işdə özünə on mənfəət varsa, xalqa bir zərər, o işi başlama.
- Bir işi başlamağa çalış, özü qurtarar.
- Bir işi başlayandan əvvəl axırını fikir eylə.
- Bir işi iki eyləmə.
- Bir işi qurtarmamış, o biri işdən yapışma.
- Bir işin əvvəlinə bax, bir də axırına.
- Bir it hürməklə karvan qayıtmaz.
- Bir iti iki daşla vurur.
- Bir iynə deşiyindən bir dəvə boyda soyuq gələr.
- Bir kənddə iki darğa olmaz.
- Bir kəndin ki, koхası mürdəşir ola, heç olar ki, orda хeyir iş ola.
- Bir kişinin adı çıxınca gönü çıxar.
- Bir kişinin payını iki kişi yesə, ikisi də ac qalar.
- Bir könüldə iki məhəbbət olmaz.
- Bir kötük üstə çox çırpılar doğranar.
- Bir qapıda iki dilənçi olmaz.
- Bir qaranquşla bahar olmur.
- Bir qarına iki minnət götürmək olmaz.
- Bir qaşıq ilə doqquz abdal keçinər.
- Bir qaşıq su da adam boğar.
- Bir qazanda iki kəllə qaynamaz.
- Bir qazandır, bir çömçə.
- Bir qəlbi tikə bilməyəcəksən, niyə sındırarsan?!
- Bir qəpik xəsisin bir dişidir.
- Bir qız – bir oğlanındır.
- Bir qoca yeddi oğula əvəzdir.
- Bir qorxaq bir ordunu dağıdar.
- Bir qoyun ağ da doğur, qara da.
- Bir qoyundan iki dəri çıxmaz.
- Bir qoyundan sürü olmaz.
- Bir qoz üçün daş atmazlar.
- Bir qul iki ağaya qulluq eyləyə bilməz.
- Bir qulağın dar eylə, bir qulağın darvaza.
- Bir quş bir qutuya sığınar.
- Bir loxma bir daş aşırar.
- Bir manatlıq eşşəyin yarım manatlıq da qoduğu olar.
- Bir meşəyə od düşsə, quru da yanar, yaş da.
- Bir misqal ət yüz eybi örtər.
- Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar.
- Bir müştəri üçün dükan açılmaz.
- Bir oх iki quşa dəyməz.
- Bir olsun, pir olsun.
- Bir ölkədə iki hökmdar olmaz.
- Bir ölümə çarə yoхdur.
- Bir papaqlı bir evi bəslər.
- Bir piyalə qatıq kərə kimi, bir başmaq verdi sələ kimi.
- Bir pula doqquz hamam tikilməz.
- Bir saman çöpü dəvənin belini əzər.
- Bir səndən böyüyü, bir də səndən kiçiyi dinlə.
- Bir sərəncam, qırx nəsihətdən yaxşıdır.
- Bir su ki, girdi qaba, oldu içməli.
- Bir su ki, səni aparır, deynən Arazdı.
- Bir sürüyə bir qurd yetər.
- Bir şeyi verib pis olunca, verməyib pis ol.
- Bir şeyin önünə baхma, sonuna baх.
- Bir şeyin qiyməti, o şey əldən gedəndən sonra bilinər.
- Bir tabaq kütüm olsa, biri sənə yoxdu ala köpək.
- Bir talada iki axsaq ceyran olmaz.
- Bir tək arı bir yığın çibindən yaxşıdır.
- Bir tikə çörək on il yadda qalar.
- Bir tikəni bilməyən, min tikəni də bilməz.
- Bir tikənin qırx il haqqı var.
- Bir torba dəni var, beş dəyirmana üyütməyə gedir.
- Bir toyuq bir yumurta qoyunca, yeddi məhəlləyə eşitdirər.
- Bir toyuq ki, yumurta üstündə oturdu (bir inək ki, qarnında bala gəzdirdi), ona bıçaq yoxdur.
- Bir tövlədə at da olar, eşşək də.
- Bir uşağın ağlı gördüyü işlərdən məlum olar.
- Bir ürəyi iki yerə bölmək olmaz.
- Bir var Koroğlu, bir də var kor kişinin oğlu.
- Bir vermə, bir də istər, yatmağa yer də istər.
- Bir vurmağla ağac yıxılmaz.
- Bir yaxşılıq, bir də pislik yaddan çıxmaz.
- Bir ziyandan min böhtan doğar.
- Biri oddur,gərək,biri su olsun.
- Biri ölməsə, o biri dirilməz.
- Birlik harada, dirilik orada.
- Bitmiş işdən gül iyi gələr.
- Biz gəldik gəlin görməyə, gəlin getdi təzək yığmağa.
- Bizə yetişən keçəlin saçı dabanından oldu.
Bı
[redaktə]- Bıçaq öz qının kəsməz.
- Bıçaq sümüyə dayanıb.
- Bıçaq vursan qanı çıxmaz.
- Bıçaq yarası sağalar, söz yarası sağalmaz.
- Bıçaq zarafat sevməz.
- Bıçaqçıda bıçaq tapılmaz.
- Bığ saqqaldan qabaq çıxıb.
- Bığdan kəsir, saqqala qoyur.
- Bığı buraxmısan, saqqala salam vermirsən.
- Bığını yağlayıblar.
- Bığının altından keçiblər.
Bo
[redaktə]- Boğaz yediyin istəməz, göz gördüyün istər.
- Boğuşan köpəyin yarası əskik olmaz.
- Bol çörəyin yoxdur, şirin dilin olsun barı.
- Borc alan ağlaya-ağlaya gələr, gülə-gülə gedər.
- Borc alan bicdir, borc verən gic.
- Borc alan salam da var.
- Borc almaq asandır, qaytarmaq çətin.
- Borc almaq başlayan yerdə dostluq pozular.
- Borc altında qalan deyil.
- Borc durar, xərc durmaz.
- Borc əsarətdir.
- Borc gülə-gülə gedər, ağlaya-ağlaya gələr.
- Borc igidi əridər.
- Borc ilə alınan köynək adamı təmiz saxlamaz.
- Borc ilə çaxır içən, iki dəfə keflənər.
- Borc ki oldu yüz, gir içində üz.
- Borc su dəyirman dolandırmaz.
- Borc verənin dili uzun olar.
- Borc verməklə tükənər, yol getməklə.
- Borc yaddan çıxmaz.
- Borc yaxşı günə gəlməz.
- Borcdan qorxan qapısını gen açmaz.
- Borc ki oldu yüz – gir içində üz.
- Borcla alınan eşşək su yolunda ölər.
- Borclu borclunun sağlığını istər.
- Borclu ölməz, bənizi saralar.
- Borclunun duaçısı alacaqlıdır.
- Borclunun duaçısı borc verəndir.
- Borclunun üzü qara, aclığın gözü qara.
- Borcunu verən dövlətlənər.
- Borcunu verməyən, bir də borc ala bilməz.
- Bostana dadanan eşşəyin qulağı-quyruğu olmaz.
- Bostançının sovqatı kəlik olar.
- Boş əl ilə balıq tutmaq olmaz.
Bö
[redaktə]- Böhtançının qəbrində yovşan bitər. [4]
- Böyük danışanda kiçik danışmaz.
- Böyük danışanı kiçik götürər.
- Böyük tökəni kiçik yığar.
- Böyüklərdə zor olar, yalan olmaz.
- Böyüksüz evdə xeyir-bərəkət olmaz.
- Böyüyə hörmət elə, sən də böyüyəcəksən.
- Böyüyə hörmət vacibdir.
- Böyüyün tanımayan qibləsin də tanımaz.
- Böyüyün üzünə ağ olanı torpaq götürməz.
Bu
[redaktə]- Bu ağıl məndə, o dua səndə - səhərəcən yatarıq.
- Bu arxa bir su gəlib, ümid var bir də gələ.
- Bu arşına bez verməzlər.
- Bu cırım, bu cındırım, mən durum necə sındırım?!
- Bu çağacan qonşu qızı idim, indi oldum – ev qızı, ev gəlini.
- Bu darı o aclığa çatmaz.
- Bu dünya belə gəlib, belə də gedəcək.
- Bu dünyada şirin şey, bir anadır, bir Vətən.
- Bu əlin rənci, o ələ haramdır.
- Bu gəlin yaxşı gəlindir, birini doğandan sonra bax.
- Bu gün sən deyirsən, sabah sənə deyərlər.
- Bu günün işini sabaha qoyma!.
- Bu günün sabahı var.
- Bu gününlə çörək qazan, onu da Nurcahan yesin, dindirəndə yalan desin.
- Bu – hələ kamilləri, gör nədir cahilləri.
- Bu ilki sərçə bidirki sərçəyə çib-cib öyrədir.
- Bu qız yaxşı qızdır, ərə gedəndən sonra bax,
- Bulaq başından bulanar.
- Bulaq gərək yerindən bulaq ola.
- Bulaq öz gözünü kor istəməz.
- Bulamac dəliyə qaldı.
- Bulaşıqlı səhəngdən bulanıq su tökülər.
- Burda dilənir, orda zəkat verir.
- Burda mənəm, Bağdadda kor xəlifə.
- Burda oturma, his olarsan, orda oturma, pis olarsan.
- Burnu fırtıqlı quzu buynuzu burma qoç olar.
- Buynuzsuz qoçun qisası, buynuzlu qoçda qalmaz.
Bü
[redaktə]- Bülbül kimi ötür.
- Bülbülü saldılar qəfəsə dedi: "Ay Vətən, ay Vətən". Buraxdılar, qondu tikan koluna, dedi: "Can Vətən, can Vətən".