Azərbaycan
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ah, Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq! Məhəmməd Əmin Rəsulzadə
- Azərbaycan dili çox mükəmməl dildir, çox zəngin dildir, çox inkişaf etmiş dildir, böyük söz ehtiyatına malik dildir.Heydər Əliyev
- Azərbaycan dolması — Qafqazda ən dadlıdır. Anna Netrebko[1]
- Azərbaycan dövrü-istiqlalına bolşeviklər "Müsavat dövrü" deyirlər. Fəqət, xalq bu dövrə Azərbaycan dövrü deyir… Xalqın düşüncəsində Azərbaycan məfhumu coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində təcəssüm ediyor. İstiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur.[2] Məhəmməd Əmin Rəsulzadə
- Azərbaycan ən qədim zamanlardan dinlərin, dillərin və mədəniyyətlərin təmas və ünsiyyət yeri olmuşdur. Heydər Əliyev
- Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda çox işlər gördü. İlk dəfə olaraq müsəlman Şərqində demokratik bir respublika yaratdı. İlk dəfə olaraq Azərbaycan xalqı müstəqil yaşamaq şəraitinin nə olduğunu hiss etdi, gördü. Heydər Əliyev
- Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, "İstiqlal bəyannaməsi"nin elan olunması böyük zəka, uzaqgörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi. Bizim dəyərli siyasi xadimlərimiz o il, o ay, o gün bu tarixi addımı atdılar. Heydər Əliyev
- Azərbaycan — mayası nur, qayəsi nur ki…
Hər daşından alov dilli ox ola bilər.
"Azərbaycan" deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər. Məmməd Araz - Azərbaycan mətbəxi də olduqca dadlı, müxtəlif, lakin çox təhlükəlidir. Təhlükə əsasən çəkinin qarşısının almamaqdadır. İlham Əliyev[3]
- Azərbaycan mətbəxi son dərəcə dadlıdır. Eyni zamanda, xörəklər zərif və romantik şəkildə təqdim olunur. Alla Puqaçova[4]
- Azərbaycan muxtariyyəti diyorduq: soldan və sağdan hər növ hücuma məruz qalırdıq. Məhəmməd Əmin Rəsulzadə
- Azərbaycan müasir güclü dövlətə çevrilməlidir. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Həm iqtisadi, həm siyasi imkanlar, həm də insanların intellektual səviyyəsi, dövlət siyasəti, dövlətin iradəsi və açıq-aydın görünən gələcəyin üfüqləri. İlham Əliyev
- Azərbaycan müəlliminin bir amalı olmalıdır. Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir ölkəyə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək. Heydər Əliyev
- Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır. Heydər Əliyev
- Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq. İlham Əliyev
- Azərbaycanda yerin altı tükənməz xəzinə, üstü canlı muzeydir. Həsən Əliyev
- Azərbaycanın dövlət siyasəti azərbaycançılıq əsasında qurulmuşdur.Heydər Əliyev
- Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün döyüşəcək, vuruşacaq və Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü təmin edəcəyik.Heydər Əliyev
- Azərbaycanın nefti gələcəkdə də bəşəriyyətə, sülhə, əmin-amanlığa xidmət edəcəkdir.Heydər Əliyev
- Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur. Mustafa Kamal Atatürk
B
[redaktə]- Babək Xürrəmi bütün ömrü boyu xilafətə qarşı vuruşaraq, Azərbaycanda islama qədərki dövrdə mövcud olmuş, bu və ya digər şəkildə zərdüştlük və zəzdəkiliklə bağlı qayda-qanunların bərpasına can atmışdı. Ziya Bünyadov
- Bayraq əgər yalnız müxtəlif rəngli qumaşlardan ibarətsə, Azərbaycan istiqlal bayrağı enmiş, parlaman caddəsindəki məclisi-məbusan binasının üstündə mavi, al və yaşıl rəngli və hilal sitarəli bir qumaş yoxdur. Yox, əgər maddətən əlaladə bir qumaşdan başqa bir şey olmayan bayraqlar mənən bir millətin hürriyyət və istiqlalını səciyyələndirən bir timsal isə, o halda hal-hazırda Bakı binalarının üstündə çəkiclə oraq əlamətini göstərən qırmızı qumaş Rusiya əsarətini örtməkdən başqa bir şey deyildir. Məhəmməd Əmin Rəsulzadə
- Biz, Azərbaycan torpaqlarını qızdıran atəşi-müqəddəsi köksümüzdə bəsləmək istiyoruz: bizə Moskvada yanacaq "məşəli" nişan veriyorlardı. Məhəmməd Əmin Rəsulzadə
- Biz çalışmalıyıq ki gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi ənənələr arasında tərbiyə edilsinlər. Heydər Əliyev
- Biz elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istiyoruz: bizə Ərəbistanı göstəriyorlardı. Məhəmməd Əmin Rəsulzadə
- Biz sizinlə birlikdə gözəl həyatı da tərəqqi edən müstəqil Azərbaycan dövlətində görəcəyik.Heydər Əliyev
- Bizim əsgər Azərbaycan dolmasını, kiftəsini, bozbaşını, pitisini yeyir. — Zakir Həsənov[5]
- Bütün türk dövlətləri bir-birinə qardaşdır. Amma Türkiyə ilə Azərbaycan əkiz qardaşdır.
D
[redaktə]- Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu azərbaycanlılar bu diyarda yaşayıblar, ermənilər oraya qonaq kimi gəliblər. Dağlıq Qarabağın əvvəlki, yəni real coğrafi məntəqələrinin adlarına baxmaq kifayətdir. Xankəndi şəhəri əsrlər boyu bu adla mövcud olub. Köhnə xəritələrə baxanda hər kəs bunu görə bilir: Xankəndi. Stepanakert adı orada yoxdur. Stepanakert bolşevik, quldur Stepan Şaumyanın adından götürülüb. Bu ad Sovet İttifaqı zamanında verilib. Dağlıq Qarabağ — Qarabağ Azərbaycan sözüdür. Erməni dilində bunun heç bir mənası yoxdur. Bütün başqa coğrafi məntəqələrin adlarının — hamısı Azərbaycan xalqı, Azərbaycan tarixi ilə bağlıdır. Sadəcə olaraq XIX əsrdə digər bölgələrdən ermənilərin Dağlıq Qarabağa köçürülməsi orada demoqrafik vəziyyətin dəyişdirilməsinə gətirib çıxarıb və Sovet İttifaqı dağılan zaman orada ermənilər əksəriyyət təşkil etmişlər. Amma bu heç kimə əsas vermir ki, orada azlıq təşkil edən azərbaycanlıların haqları pozulsun. Azərbaycanlıların o torpağa qayıtmağa haqqı var və biz oraya qayıdacağıq. Biz istəyirik ki, bunu sülh yolu ilə edək. Ancaq biz bütün başqa variantlara da hazır olmalıyıq və hazırıq. İlham Əliyev
- 24 iyun 2010, Silahlı Qüvvələrin yaradılmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunların birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimini izləyən prezidentin hərbçilər qarşısında çıxışından.[6]
- Dağlıq Qarabağ faciəsinin bir qütbündə erməni separatçılığı, erməni terrorizmi, Azərbaycana qarşı torpaq iddiaları durur. Heydər Əliyev
- Dünyada tanış olduğum ən yaxşı mətbəx — Azərbaycan mətbəxidir. Yuli Qusman[7]
- Dünyanın bir çox ölkələrini ziyarət etmişəm və dünyanın bir çox mətbəxini tanıyıram, amma mənim üçün — Azərbaycan mətbəxindən daha dadlısı yoxdur. Vüqar Həşimov[8]
- Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi vətəni vardır. Hər bir azərbaycanlı da buraya ata ocağı kimi baxmalıdır. Heydər Əliyev
E
[redaktə]- Elmə iki yanaşma vardır:yaxşı biznesi nəzərdə tutan praqmatik və romantik. indi bir çox ölkələrdə insanlar elmə praqmatikcəsinə baxırlar. Mən düşünürəm ki, Azərbaycanda romantiklər, hər halda qalmışlar. Ola bilsin ki, bu, pulun elə bir böyük əhəmiyyətə malik olmadığı sovet dövrünün mirasıdır. Bu gün dünyada romantik kimi qalmaq olmaz — biz praqtik olaraq cəngəlliklərdə yaşayırıq. Lütfi Zadə
- Ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: — Bir kərə yüksələn bayraq bir daha enməz! Bunu deyərkən o, bu günkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu. O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: "Irəli, irəli Azərbaycan əsgəri" — deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi. Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan. Məhəmməd Əmin Rəsulzadə
M
[redaktə]- Mən Azərbaycanı bütün qəlbimlə sevirəm. Bu, qürurlu və qonaqpərvər insanların yaşadığı möhtəşəm bir ölkədir. Aureliya Qriqoriu
- Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur, ancaq bundan da yüksək ad müəllimlikdir. Heydər Əliyev
- Mən azərbaycanlıyam və həmişə Azərbaycan xalqına görə oynamışam.[9] Vüqar Həşimov
- Mən bir prezident kimi özümə əvəz hazırlamaq barədə bir an da düşünmürəm. Azərbaycan xalqı həmişə özünə layiqli başçı seçməyə qadir xalqdır.Heydər Əliyev
- Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam! Heydər Əliyev
- Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır. Heydər Əliyev
- Müslüman və Türk məmləkəti olması etibarilə Qafqasya Azərbaycanı nə din, nə irq, nə də kültür baxımından özü ilə qətiyyən əlaqəsi olmayan Rusiya tərəfindən, ancaq silah gücü ilə tutulmuşdur və məlum olduğu üzrə, tarixi ənənəsi Türk və İslam düşmanlığına dayanan bu dövlətə heç bir zaman isinə bilmədiyindən gərək Türkçülük və gərəksə İslamçılıq idarələri burada daima canlı inikaslar tapmışdır. Məhəmməd Əmin Rəsulzadə
R
[redaktə]- Respublikamızın çox güclü müəllim ordusu var. Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır. Heydər Əliyev
S
[redaktə]- Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan! Əmin Abid Gültəkin[10]
T
[redaktə]- Torpağımızı qorumaq hər bir azərbaycanlının şərəfli borcudur. Əgər bəziləri bunu anlamırlarsa, qorxurlarsa, hərbi xidmətə tab gətirə bilmirlərsə, onlar öz vicdanları, ata-anaları, vətən qarşısında xəyanət edirlər. Gün o gün olacaq ki, Azərbaycan torpaqlarının hamısı azad olacaq. Hər bir vətəndaşımız öz elinə-obasına qayıdacaqdır. Heydər Əliyev
İstinadlar
[redaktə]- ↑ "Анна Нетребко: «Азербайджанские мужья - одни из самых лучших в мире»". www.1news.az. www.1news.az. İstifadə tarixi: 2 iyun 2018.
- ↑ "Məhəmməd Əmin Rəsulzadə AZƏRBAYCAN CÜMHURİYYƏTİ" (PDF). 14 fevral 2019 tarixində arxivləşdirilib (PDF).
- ↑ "İlham Əliyev: Mehriban xanımın hazırladığı xörəkləri daha çox sevirəm – FOTO – VİDEO". www.1news.az. www.1news.az. İstifadə tarixi: 2 iyun 2018.
- ↑ "Алла Пугачева: «Азербайджан – удивительная страна, которая хорошеет год от года, день ото дня!» – ФОТО – ВИДЕО". www.1news.az. www.1news.az. İstifadə tarixi: 2 iyun 2018.
- ↑ Zakir Həsənov: Əsgərimiz piti də yeyir
- ↑ İLHAM ƏLİYEV: "STEPANAKERT BOLŞEVİK, QULDUR STEPAN ŞAAUMYANIN ADINDAN GÖTÜRÜLÜB"
- ↑ "ИНТЕРЕСНЫЕ ФАКТЫ ИЗ АЗЕРБАЙДЖАНСКОЙ КУХНИ". boyarski.ru. boyarski.ru. İstifadə tarixi: 3 iyun 2018.
- ↑ "Фаворит: Вугар Гашимов о любимом спортсмене, фильме «Запах женщины» и любимом футбольном клубе". www.1news.az. www.1news.az. İstifadə tarixi: 2 iyun 2018.
- ↑ Vüqar Həşimov: "Həmişə Azərbaycan xalqına görə oynamışam"
- ↑ Əmin Abid Gültəkin kimdir?