Zeytun
Zeytun | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Yarımtriba: Cins: Zeytun |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Zeytun bitkisi — Zeytun fəsiləsindən bitki cinsi. Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü var.
Zeytun həmişəyaşıl halda, 4-6, nadirən 10–12 m hündürlükdə ağac olub, müxtəlif çətir formasındadır. Çətirinin diametri 2 metrə qədər çata bilir. Yarpaqları bütöv,uzunluğu 3–8 sm,eni isə 1–5 sm – dir. Yarpaqlarının üst hissəsi tutqun yaşıl, alt hissəsi gümüşü – parlaq, kənarları burulmuş halda olur. Yarpaqlarının epidermis qatında qış dövründə ikinci dəfə nişasta toplanır. Yarpaqları 2–3 il tökülmədən ağacın üzərində qalır. Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır. Meyvəsi birtoxumludur, lətli, yağlı yanlığı var, toxumları uzunsov, qonur rənglidir. Zeytun may-iyun aylarında çiçək açır, meyvələri oktyabr-noyabrda yetişir. Tarixi mənbələrdən aydın olur ki, zeytun 1500–2000 ilə qədər yaşayır. O, 150 ilə qədər məhsul vermə qabiliyyətinə malik olur. Hazırda Tunis dövləti ərazisində yaşı 2000-ə çatan diametri 4 m olan zeytun ağacı qorunub saxlanılır. Bu cür yaşlı zeytun ağaclarına Kipr və Əlcəzair dövlətlərinin ərazilərində də rast gəlmək olar. Zeytun meyvəsinin yetişməsi təkamül nəticəsində qazanılan rənglərinə görə təyin edilir.
Meyvələrinin lət hissəsində 70 %-ə qədər, toxumunda isə 25 - 30 % əla keyfiyyətli piyli yağ vardır. Bu yağdan həm yeyinti sənayesində, həm də təbabətdə geniş istifadə olunur.Bioloji düsturu:K5L5E5D1(Müzakirə proqramlarında qeyd olunacaq)
Tarixi
[redaktə | vikimətni redaktə et]Zeytun dünyanın subtropik ölkələrində çox qədimdən becərilən qiymətli bitkidir. O, hələ eramızdan 2500 il əvvəl qədim misirlilər tərəfindən becərilmiş və meyvələrindən və onun yağından bir sıra xəstəliklərə qarşı [revmatizm, yanıq, göz xəstəlikləri və s., həmçinin yeyinti məhsulu, xoş dadlı və ətirli ədviyyat kimi istifadə edilmişdir.
Zeytun hazırda da ən qiymətli piyli yağlı bitki, eləcə də bəzək bitkisi kimi dünyanın bir sıra subtropik ölkələrində geniş miqyasda becərilir. Zeytun sənaye əhəmiyyətli bitki kimi çoxdan bəri Qara dəniz sahillərində, Krımda, Gürcüstanda geniş becərilir.
Azərbaycanda, xüsusən Abşeronda zeytun becərilməsi çox gözəl nəticə verir. Bu qiymətli bitki Abşeronun bağlarına, parklarına, Bakı şəhərinin küçələrində xüsusi ziynət verir, onları yaşıl dona bürüyür. Abşeronda yetişdirilən yüzlərcə ağac və kol bitkiləri arasında o öz görkəmilə də nəzəri cəlb edir.
Azərbaycanda 30-40 il bundan əvvəl böyük zeytun bağları var idi, təxminən 3 min hektarda zeytun bağı salınmışdı. Sonrakı dövrdə bu bağlar sırdan çıxarıldı. İndi isə bu rəqəm 2 dəfə azalaraq 1500 hektar təşkil edir. Zeytunu çoxları tanıyır və onun meyvələrinin müalicə əhəmiyyətini bilənlər də az deyildir. Buna baxmayaraq, təəssüf ki, bu qiymətli bitkiyə hələ lazımi qədər qayğı ilə yanaşılmır, onun meyvələrindən səmərəli istifadə olunmur.
Şəhərlərimizin bəzi küçələrində və bağlarında zeytunun meyvələri vaxtında yığılmır, çox vaxt meyvələrini yığarkən zeytun ağacının qol-budaqlarını da qırırlar. Beləliklə, bu qiymətli bitkinin inkişafı pozulur. Nəticədə zeytunun barı get-gedə azalır, hər il külli miqdarda zeytun meyvələri tələf olur. Halbuki, zeytun ağacını böyüdüb məhsuldar hala çatdırmaq və hər kiloqram zeytun meyvəsi əldə etmək böyük zəhmət tələb edir.
Zeytunun istifadəsinə gəldikdə qeyd etmək lazımdır ki, meyvələrini iki mərhələdə yığırlar: tam yetişməmiş, tam yetişmiş. Abşeronda zeytun meyvələrinin yığımı, adətən, oktyabr ayından başlanır.
Birinci mərhələdə, yəni tam yetişməmiş vaxt yığılan meyvələrdən yeyinti sanayesində konserv məmulatı hazırlanır. Yetişən vaxtda yığılan meyvələr duza qoyulur. Zeytunun tam yetişmiş meyvələrindən tibbi məqsəd üçün əla keyfiyyətli zeytun yağı alınır ki, bu yağdan bir sıra dərman preparatlarının: xüsusən yanıq məlhəmlərinin və iynə dərmanlarının tərkibində yara sağaldan, iltihabı aradan qaldıran və ağrıkəsən dərman kimi geniş istifadə edilir. Bundan başqa meyvələrindən yeyinti sənayesində qiymətli qidaməhsulları hazırlamaq üçün də geniş istifadə olunur.
Faydalı cəhətləri
[redaktə | vikimətni redaktə et]Amerikanın həftəlik “Times” jurnalı zeytunu dünyanın ən sağlam ərzaqlar qrupuna daxil etmişdir. Bu bitki və onun yağı insan səhhəti üçün faydalıdır və qanda xolestrolun miqdarını azaltmaq qabiliyyətinə malik monodoymamış turşu yağlarının çoxluğuna görə məşhurdur. Zeytun ürək və qan damarlarını arteriosklerozdan qoruyur; o, sağlam qidalanma modeli sayılan Aralıq dənizi pəhrizinin əsas komponentidir.Bu bitkinin yarpaqları oleuropein, oleasterol və lein, olein turşusu, antioksidantlar: E vitaminindən, polifenollardan ibarətdir.
Son illərdə zeytun ağacının yarpaqlarından ürək-damar sistemi xəstəliklərinin müalicəsində, xüsusən hipertoniya xəstəliyində dəmləmə və duru spirtli ekstrakt formada daxilə qəbul edilir. Əsl Vətəni Aralıq dənizi sahilləri olmasına baxmayaraq zeytun Abşeronda özünə daha əlverişli ikinci vətən tapmışdır.
Dünyada elə ölkələr var ki, onlarda milyonlarla hektar sahədə bu qiymətli bitki becərilir. İspaniya, İtaliyada 2 milyon hektar, Türkiyədə 1 milyon hektardan çox zeytun əkilən sahə var". Qida yağları içərisində ən faydalı yağ zeytun yağıdır. Azərbaycanda yetişdirilən zeytunun digər ölkələrdə, məsələn, Aralıq dənizi sahillərində bitən zeytundan fərqləndirən xüsusiyyət ondan ibarətdir ki, məhsullarımızın yağlılığı daha çoxdur. "Qur’ani-Kərim"də bir neçə qiymətli bitki sırasında zeytunun da adı çəkilir. Elə bir vegetativ orqan yoxdur ki, zeytun ona fayda verməsin. Sadəcə ondan istifadə etməyi bacarmaq lazımdır".
Bərdə, Ağdam, Ağcabədi, Füzulidə zeytun tarixən olub. Bu gün Bərdənin mərkəzində yaşı min illərlə ölçülən zeytun ağacları var. Tarixən yurdumuzda gedən müharibələr nəticəsində bu ağaclar qırılıb, məhv edilib.
Zeytun çəyirdəyinin faydaları
[redaktə | vikimətni redaktə et]Zeytun çəyirdəyi çox güclü antioksidantdır.
Zeytun çəyirdəyi tərkibinə görə zeytun yağından daha zəngindir. Onun ortasında kərə yağına bənzər təbəqə mineral və vitamin mənbəyidir.
Çox güclü antioksidant olan zeytun çəyirdəyi şiş xəstəliklərinin müalicə və profilaktikasında müsbət nəticə verir.
Gündə üç dəfə yeməkdən əvvəl üç ədəd zeytun çəyirdəyini udmaq mədə turşuluğunu aradan qaldırır, təxminən on gün sonra qastrit eroziyaları ilə əlaqədar olan ağrını azaldır, bağırsaq kolitlərində faydalı təsir göstərir, qəbizliyi və babasili müalicə edir. Yetişmiş, qaralmış zeytunlar toplanılaraq mətli hissəsi sürtkəc vasitəsilə ayrılır. Həmin hissəni sıxıb yağ əldə etmək, tumlarını isə qurudub saxlamaq olar. Udmazdan əvvəl zeytunun uc hissələri qayçı və ya kəlbətinlə qoparılır ki, boğaza və ya mədə-bağırsağa ilişib zərər verməsin. Qurumuş çəyirdəyin üyüdülmüş tozundan da istifadə etmək olar ki, nəticə olaraq bir ay sonra dəridə parlaqlıq yaranır. Bu toz eyni zamanda hormonal pozuntular, öd qatılığı və mədəaltı vəzidə olan iltihab prosesi zamanı çox faydalıdır.
Yetişmiş qara zeytunlar kəlbətinlə əzilərək iki kiloqramlıq balonun yarısına qədər doldurulur, üstünə balon dolana qədər alma sirkəsi əlavə edilir. Ağzı tənziflə bağlanaraq ən azı bir ay saxlanılır, sonra süzülür. Hazır məhsul şəkər xəstəliyi, yüksək təzyiq, qan-damar tıxaclaşması, yüksək xolesterin, piylənmə, infarkt, atroskleroz və digər xəstəliklərin müalicəsi üçün gündə üç dəfə yeməkdən sonra bir stəkan suya bir xörək qaşığı əlavə edilərək içilir.
Növləri
[redaktə | vikimətni redaktə et]Azərbaycanda yerli sortları[3]
[redaktə | vikimətni redaktə et]Azərbaycanın dərman bitkiləri
[redaktə | vikimətni redaktə et]- Avropa zeytunu (Olea europaea L.)
Dində
[redaktə | vikimətni redaktə et]"Quran"da zeytun haqqında belə bir ifadə var:
"Göydən suyu endirən Odur. Onunla hər növ bitkini çıxardıq. Bunlar meyvələndikləri zaman meyvələrinin yetkinləşməsinə baxın! Bunlarda insanı bir cəmiyyət üçün ibrətlər vardır."[4]
— Ənam surəsi, 99
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 8. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 8.
- ↑ Fərman Quliyev. Zeytun (olea europaea) bitkisi. "MBM", Bakı, 2007. Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine ISBN 9952-29-018-7. s.70
- ↑ Quranda adı çəkilən bitkilər Arxivləşdirilib 2013-07-29 at the Wayback Machine (az.)
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Zeytun barədə bildiklərimiz və bilmədiklərimiz Arxivləşdirilib 2009-06-21 at the Wayback Machine
İkiləpəlilər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |