Yelena Taranova
Yelena Taranova | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||||
Tam adı | Yelena İvanovna Taranova | |||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||
Doğum tarixi | ||||||||||||||
Doğum yeri | Bakı, Azərbaycan SSR | |||||||||||||
İdman növü | Atıcılıq | |||||||||||||
Medallar
|
||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Yelena İvanovna Taranova (23 avqust 1961; Bakı, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən atıcı. Azərbaycanı altı dəfə — 2000, 2004, 2008, 2012, 2016 və 2020-ci illərdə Paralimpiya Oyunlarınad təmsil edib. 2000-ci ildə gümüş, 2004-cü ildə isə bürünc medala sahib olub.
Həyatı
[redaktə | mənbəni redaktə et]Yelena Taranova 1961-ci il avqustun 23-də Bakı şəhərində anadan olub.
Karyerası
[redaktə | mənbəni redaktə et]2000-ci il Sidney Paralimpiadası
[redaktə | mənbəni redaktə et]XI Yay Paralimpiya Oyunlarında atıcılıq idman növü üzrə turnirdə Azərbaycanı bir idmançı təmsil elədi: Yelena Taranova. Yelena Taranova əvvəlcə qadınların hava tapança ilə atəş turnirinin təsnifat mərhələsində mübarizə apardı.[1] Nəticədə Yelena Taranova təsnifat mərhələsini 360.0 xalla on idmançı sırasında yeddinci pillədə başa vurdu.[1] Bu nəticələrə əsasən Taranova final mərhələsinə vəsiqə qazana bildi.[1] Həlledici mərhələdə isə Yelena Taranova 454.2 xalla 8 idmançı sırasında 7-ci pillənin sahibi oldu.[1]
Daha sonra isə Yelena Taranova qarışıq idmançıların hava tapançası ilə atəş turnirinin təsnifat mərhələsində mübarizə apardı.[2] Təsnifat mərhələsinin nəticələrinə əsasən Yelena Taranova mərhələni 528.0 xalla 26 idmançı sırasında 2-ci pillədə başa vurdu.[2] Bu nəticələrə əsasən Taranova final mərhələsinə vəsiqə qazana bildi.[2] Həlledici mərhələdə isə Yelena Taranova 622.7 xalla 8 idmançı sırasında 2-ci pillənin sahibi oldu və XI Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.[2] Bununlada Yelena Taranova Paralimpiya Oyunlarında medala sahib olan birinci Azərbaycan idmançı olaraq tarixə düşdü.
2004-cü il Afina Paralimpiadası
[redaktə | mənbəni redaktə et]XII Yay Paralimpiya Oyunlarında atıcılıq idman növü üzrə turnirdə Azərbaycanı bir idmançı təmsil elədi: Yelena Taranova. Yelena Taranova əvvəlcə qadınların hava tapança ilə atəş turnirinin təsnifat mərhələsində mübarizə apardı.[3] Nəticədə Yelena Taranova təsnifat mərhələsini 362.0 xalla 12 idmançı sırasında 5-ci pillədə başa vurdu.[3] Bu nəticələrə əsasən Taranova final mərhələsinə vəsiqə qazana bildi.[3] Həlledici mərhələdə isə Yelena Taranova 456.2 xalla 8 idmançı sırasında 3-cü pillənin sahibi oldu və XII Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib oldu.[3] Bununlada Yelena Taranova Paralimpiya Oyunlarında 2 dəfə medala sahib olan birinci Azərbaycan idmançı olaraq tarixə düşdü.
Daha sonra isə Yelena Taranova qarışıq idmançıların hava tapançası ilə atəş turnirinin təsnifat mərhələsində mübarizə apardı.[4] Təsnifat mərhələsinin nəticələrinə əsasən Yelena Taranova mərhələni 516.0 xalla 26 idmançı sırasında 12-ci pillədə başa vurdu.[4] Bu nəticələrə əsasən Taranova final mərhələsinə vəsiqə qazana bilmədi.[4]
Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2008-ci il tarixli Sərəncamına əsasən Yelena İvanovna Taranova "Tərəqqi" medalı ilə təltif edildi.[5]
2008-ci il Pekin Paralimpiadası
[redaktə | mənbəni redaktə et]XIII Yay Paralimpiya Oyunlarında atıcılıq idman növü üzrə turnirlər 7-12 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə bir idmançı təmsil elədi: Yelena Taranova. Sentyabrın 8-də Yelena Taranova XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı.[6] 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirinin təsnifat mərhələsində Yelena Taranova 364 xal topladı və mərhələni 17 idmançı sırasında 8-ci pillədə başa vurdu.[6] Bu nəticəyə əsasən Taranova final mərhələsinə vəsiqə qazandı.[6] Final mərhələsində isə Yelena Taranova 460.1 xal topladı və Paralimpiadanı altıncı pillədə başa vurdu.[6][7]
Digər turnirlərdə də Yelena Taranova medala sahib ola bilmmədi.[8][9] Yelena Taranova 25 metr məsafəyə tapançadan atəşaçma turnirinin təsnifat mərhələsində 526 xal topladı və mərhələni 25-ci pillədə, 50 metr məsafəyə tapançadan atəşaçma turnirinin təsnifat mərhələsində isə 516 topladı və mərhələni 16-cı pillədə başa vurdu.[8][9] Bu nəticələrə əsasən Yelena Taranova XIII Yay Paralimpiya Oyunlarını medalsız başa vurdu.[8][9][10][11]
2012-ci il London Paralimpiadası
[redaktə | mənbəni redaktə et]XIV Yay Paralimpiya Oyunlarında atıcılıq idman növü üzrə turnirlər 30 avqust-6 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə 2 idmançı təmsil elədi: Əkbər Muradov və Yelena Taranova. Qadınların 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində mübarizə aparan Yelena Taranova təsnifat mərhələsində 372 xal topladı və mərhələnini beşinci pillədə başa vurdu.[12] Bu nəticəyə əsasən Taranova final mərhələsinə adladı.[12] Final mərhələsində isə Yelena Taranova 465.8 xal topladı və turnirdə yeddinci pillənini sahibi oldu.[12]
25 metr məsafəyə tapançadan atəşaçma turnirinin təsnifat mərhələsində isə Yelena Taranova mübarizə aparmadı.[13]
50 metr məsafəyə tapançadan atəşaçma turnirinin təsnifat mərhələsində isə Yelena Taranova 512 xalla 20-ci pillənin sahibi oldu.[14] Bu nəticələrə əsasən Taranova final mərhələsinə vəsiqə qazana bilmədi.[14]
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Yelena İvanovna Taranova Azərbaycan Prezidentinin fəxri diplom ilə təltif edildi.[15]
2016-cı il Rio-de-Janeyro Paralimpiadası
[redaktə | mənbəni redaktə et]Rio-de-Janero Paralimpiadasında atıcılıq idman növü üzrə turnir 8-14 sentyabrda Milli Atıcılıq Zalında baş tutdu. Azərbaycanı bu idman növü üzrə bir idmançı — Yelena Taranova təmsil elədi. Sentyabrın 9-da Yelena Taranova Rio-de-Janero Paralimpiadasında mübarizə apardı.[16] 10 metr məsafəyə SH1 növündə hava tapançasından atəşaçma turnirinin təsnifat mərhələsində Yelena Taranova 370 xal topladı və 20 idmançı sırasında beşinci pillənin sahibi oldu. Bununla da Taranova final mərhələsinə vəsiqə qazandı.[16] Final mərhələsində isə Yelena Taranova 148.8 xal topladı və Rio-de-Janero Paralimpiadasını dördüncü pillədə başa vurdu.[16][17]
Digər turnirlərdə də Yelena Taranova medala sahib ola bilmədi. Yelena Taranova 25 metr məsafəyə SH1 növündə tapançadan atəşaçma turnirinin təsnifat mərhələsində 560 xal topladə və 13-cü pillənin sahibi oldu.[18] 50 metr məsafəyə SH1 növündə tapançadan atəşaçma turnirinin təsnifat mərhələsində isə Yelena Taranova 502 xal topladı və 27-ci pillənin sahibi oldu.[19] Bununla da Yelena Taranova XV Yay Paralimpiya Oyunlarını medalsız başa vurdu.[20][21]
2020-ci il Tokio Paralimpiadası
[redaktə | mənbəni redaktə et]XVI Yay Paralimpiya Oyunlarında atıcılıq idman növü üzrə turnirlər 30 avqust-5 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə 2 idmançı təmsil elədi: Kamran Zeynalov və Yelena Taranova. Kamran Zeynalov və Yelena Taranova 2019-cu ildə Sidney şəhərində (Avstraliya) baş tutan atıcılıq üzrə Dünya Çempionatının nəticələrinə əsasən Paralimpiya Oyunlarına vəsiqə qazandı.[22][23] Paralimpiadadan əvvəl Kamran Zeynalov və Yelena Taranova iyulda Novi-Sad şəhərində (Serbiya) baş tutan Qran-Pri turnirində mübarizə apardı.[24]
Avqsutun 31-də Kamran Zeynalov və Yelena Taranova 10 metr məsafəyə tapança ilə atəş turnirlərində mübarizə apardı.[25] Əvvəlcə təsnifat mərhələsində 2000-ci il Sidney Paralimpiadasının gümüş medalçısı Yelena Taranova çıxış elədi və 538 xalla 18 idmançı sırasında 16-cı pillənin sahibi oldu.[25] Bununla da Taranova final mərhələsinə vəsiqə qazana bilmədi.[25] Daha sonra isə Kamran Zeynalov mübarizə apardı və 542 xal topladı.[25] Bu nəticəyə əsasən Zeynalov təsnifat mərhələsini 27 idmançı sırasında 22-ci pillədə başa vurdu və o, da final mərhələsinə vəsiqə qazana bilmədi.[25]
Sentyabrın 2-də isə Yelena Taranova 25 metr məsafəyə tapança ilə atəş turnirində çıxış elədi.[26] Təsnifat mərhələsində Yelena Taranova 516 xal topladı və 30 idmançı sırasında 28-ci pillənin sahibi oldu.[26] Bununla da o, növbəti dəfə final mərhələsinə vəsiqə qazana bilmədi.[26]
Kamran Zeynalov və Yelena Taranova sentyabrın 4-də sonuncu turnirlərində mübarizə apardı.[27] 50 metr məsafəyə tapança ilə atəş turnirində Kamran Zeynalov 518 xal topladı və təsnifat mərhələsini 20-ci pillədə başa vurdu.[27] Yelena Taranova isə həmin turnirdə 502 xal topladı və təsnifat mərhələsində 34 idmançı sırasında 28-ci pillənin sahibi oldu.[27] Həm Kamran Zeynalov, həm də Yelena Taranova final mərhələsinə vəsiqə qazana bilmədi.[27]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 International Paralympic Committee. "Shooting at the Sydney 2000 Paralympic Games // Women's Air Pistol SH1". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. Archived from the original on 2022-10-16. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 4 International Paralympic Committee. "Shooting at the Sydney 2000 Paralympic Games // Mixed Free Pistol SH1". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 4 International Paralympic Committee. "Shooting at the Athens 2004 Paralympic Games // Women's Air Pistol SH1". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 International Paralympic Committee. "Shooting at the Athens 2004 Paralympic Games // Mixed Free Pistol SH1". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycanın paralimpiya idmançılarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2008-ci il tarixli Sərəncamı". www.azertag.az ( (az.)). 30.09.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.09.2022.
- ↑ 1 2 3 4 Эльмир Алиев (Day.az xəbər portalı). "Паралимпиада Пекин-2008: Стрелок из Азербайджана Елена Таранова заняла на Паралимпиаде 6-е место. (rus.)". www.news.day.az. 2018-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2008.
- ↑ International Paralympic Committee. "Shooting at the Beijing 2008 Paralympic Games // Women's Air Pistol SH1". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 Эльмир Алиев (Day.az xəbər portalı). "Паралимпиада Пекин-2008: Стрелок из Азербайджана Елена Таранова заняла на Паралимпиаде 25-е место. (rus.)". www.news.day.az. 2018-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2008.
- ↑ 1 2 3 Эльмир Алиев (Day.az xəbər portalı). "Паралимпиада Пекин-2008: Стрелок из Азербайджана Елена Таранова вновь не смогла завоевать медаль на Паралимпиаде. (rus.)". www.news.day.az. 2018-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2008.
- ↑ International Paralympic Committee. "Shooting at the Beijing 2008 Paralympic Games // Mixed Sport Pistol SH1". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ International Paralympic Committee. "Shooting at the Beijing 2008 Paralympic Games // Mixed Free Pistol SH1". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 International Paralympic Committee. "Shooting at the London 2012 Paralympic Games // P2 - Women's 10 m Air Pistol SH1". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ International Paralympic Committee. "Shooting at the London 2012 Paralympic Games // P3 - Mixed 25 m Pistol SH1". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 International Paralympic Committee. "Shooting at the London 2012 Paralympic Games // P4 - Mixed 50 m Pistol SH1". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycanın Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Azərbaycanda paralimpiada sahəsində xidmətləri olan şəxslərin "Azərbaycan Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2016-cı il tarixli Sərəncamı". www.e-qanun.az ( (az.)). 30.09.2022. Archived from the original on 2022-10-10. İstifadə tarixi: 30.09.2022.
- ↑ 1 2 3 Azerisport.com idman portalı. "Паралимпиада Рио-2016: Елена Таранова заняла четвертое место. (rus.)". www.azerisport.com. 2018-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2016.
- ↑ International Paralympic Committee. "Shooting at the Rio de Janeiro 2016 Paralympic Games // P2 - Women's 10 m Air Pistol SH1". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ International Paralympic Committee. "Shooting at the Rio de Janeiro 2016 Paralympic Games // P3 - Mixed 25 m Pistol SH1". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ International Paralympic Committee. "Shooting at the Rio de Janeiro 2016 Paralympic Games // P4 - Mixed 50 m Pistol SH1 - Results". www.db.ipc-services.org ( (ing.)). 01.09.2022. 2022-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Паралимпиада Рио-2016: Елена Таранова не прошла стадию полуфинал. (rus.)". www.azerisport.com. 2018-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2016.
- ↑ Azerisport.com idman portalı. "Паралимпиада Рио-2016: Елена Таранова не вышла финал. (rus.)". www.azerisport.com. 2018-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2016.
- ↑ Azerisport.com idman portalı. "Елена Таранова завоевала третью лицензию на Паралимпиаду". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Камран Зейналов завоевал очередную лицензию на Паралимпиаду". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ Azerisport.com idman portalı. "Паралимпийцы выбрали Загаталу и Нови-Сад". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 4 5 Azerisport.com idman portalı. "Токио-2020: Камран Зейналов и Елена Таранова вне финала". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 Azerisport.com idman portalı. "Токио-2020: Елена Таранова финишировала 29-й". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- ↑ 1 2 3 4 Azerisport.com idman portalı. "Токио-2020: Камран Зейналов опередил Елену Таранову". www.azerisport.com ( (rus.)). 01.09.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
- Yaşayan insanlar
- 23 avqustda doğulanlar
- 1961-ci ildə doğulanlar
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlər
- Əlifba sırasına görə idmançılar
- Azərbaycanın paralimpiya atıcıları
- 2000 Yay Paralimpiya Oyunlarında atıcılar
- 2000 Yay Paralimpiya Oyunlarında medal qazananlar
- 2004 Yay Paralimpiya Oyunlarında atıcılar
- 2004 Yay Paralimpiya Oyunlarında medal qazananlar
- 2008 Yay Paralimpiya Oyunlarında atıcılar
- 2012 Yay Paralimpiya Oyunlarında atıcılar
- 2016 Yay Paralimpiya Oyunlarında atıcılar
- 2020 Yay Paralimpiya Oyunlarında atıcılar
- Paralimpiya medalına sahib Azərbaycan idmançıları
- Azərbaycan paralimpiyaçıları