Vikipediya:İnzibatçılara müraciət

Vikipediya, azad ensiklopediya
Ən son rəy:25 dəqiqə öncə, Bikar tərəfindən "Blok" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç


Qısa keçid-yönləndirmə
Zəhmət olmasa, aşağıdan yeni mövzu əlavə edin

İstifadəçi Gadir tərəfindən səlahiyyətdən sui-istifadə və Azərbaycan mədəniyyətinə qarşı düşmənçilik mövqeyi

[mənbəni redaktə et]

Hər kəsi salamlayıram. Son günlərdə qarşılaşdığım bir problemlə bağlı sizi narahat edirəm. Belə ki, axır vaxtlarda müxtəlif şəkildə Gadir tərəfindən təqib və müdaxiləyə məruz qaldığımı hiss edirəm. Bir neçə gün əvvəl, adını qeyd elədiyim inzibatçı müzakirə səhifəmdə başqa bir istifadəçi ilə müzakirəyə kobud şəkildə müdaxilə edərək [1], təzyiq göstərməyə çalışmışdı. Lakin, həmin zaman işimə köklənərək məsələni şişirtmək istəmədim. Dünən gecə vikidə işləyərkən isə bir neçə məqalənin illüstrasiya edilməsi üçün vikiyə fayl yüklədim və bir neçə dəqiqə sonra faylı istifadə etmək istədikdə artıq Gadir tərəfindən silindiyinin şahidi oldum. Müzakirə səhifəsinə yazıb, bərpa etməsini istəsəm və nə üçün istifadə edəcəyini bildirsəm də, təəssüf ki, bir nəticə ala bilmirəm. İstifadəçi, təsdiqlənməmiş və bu vaxta kimi hansısa hallarda sərt izləndiyini görmədiyim VP:Əİ qaydasına istinad etsə də, həmin qaydanın təsdiqlənmədiyini yazdıqda başqa bir qaydaya istinad etmyə başladı. Bütün bu müzakirəni linkə keçərək oxuya bilərsiz [2]. Ümumilikdə istifadəçinin davranışını ədalətsiz və qərəzli hesab edir, azvikidə fəaliyyətimə ciddi mane olduğunu bildirmək istəyirəm. Sanki, davamlı olaraq məni izləyirmiş kimi bir hiss var və mütəmmadi olaraq statusundan istifadə edərək fəaliyyətimə müdaxilə etmək istəyir. Xatırlayıram ki, illər əvvəl azvikiyə yüklənmiş faylların təmizlənməsi, istifadəçilərin commonsa yönləndirilməsi ilə bağlı qərara gələrkən, panorama azadlığı və 70 il vəfatdan keçməli yaş ilə bağlı məsələni nəzərə alaraq bəzi hallarda abidə/bina/rəsm və musiqi fayllarının lokal vikiyə yüklənməsində razılaşmışdıq. Gadir Azərbaycan rəssamlarının əsərlərini silməklə məşğuldu; dünən Rasim Babayevin Milli İncəsənət Muzeyində çəkdiyim işlərinin fotolarını sildi, az öncə isə Səttar Bəhlulzadənin işlərinin fotolarını siləcəyini qeyd etdi. Bu cür fəaliyyətin əsla milli maraqlara cavab vermədiyini düşünür, hətta Azərbaycan mədəniyyətinə qarşı düşmənçilik kimi qiymətləndirirəm. Araz Yaquboglu, Wertuose, Sortilegus mümkünsə problemin həll olunmasına və Azərbaycan rəssamlarının vacib əsərlərinin silinmiş fotolarının bərpasına kömək edərsiz. Hörmətlə, --sefer azeri 10:46, 17 avqust 2024 (UTC)Cavabla

Salam. Müzakirə səhifənizdəki məsələnin bura nə aiddiyəti var anlamadım, məncə, bu, istifadəçilərə də ortada heç nə yox, amma elə bil maksimum haqlı görünmək üçün sırf əleyhimə bir fakt daha olsun sayını artırmaq cəhdi olaraq əlavə etmisiniz kimi görünür)) Orada sizə bu barədə yazmaq istədiyimi, amma həmkarımızın məni qabaqladığını açıq-aydın qeyd etmişəm və əlavə söhbət getməyib, hansı təqibdən söhbət gedə bilər? Xoşniyyətimlə məlumat vermək istəmişəm sadəcə. Hətta bu məsələdə yanlış mövqedə olduğunuzu həmin həmkar da təsdiqləyib. Bura Azərbaycan Vikipediyası deyil, Azərbaycanca Vikipediyadır, xülasə, məni burada Azərbaycan mədəniyyətinə qarşı əsilsiz ittihamlarla ittiham edə bilməzsiniz. Xeyr, o qayda o qaydanın içindədir, ayrı qayda falan deyil. Sadəcə biri əsas, digəri də alt qaydadır, yəni tərkib hissəsidir, adından da anlaşılır. Bəli, yanlış heç nə yoxdur, mövqeyimin arxasındayam, həmin fayllar müvafiq məqalələrə töhfə kimi əlavə edilmədikcə bərpa edilməyəcək və müvafiq olaraq digər fayllar da təftiş olunaraq qaydalara uyğun şəkildə silinəcək. Burada milli maraqlar yox, Vikipediyanın siyasətləri vacibdir və tətbiq olunur, mən yalnız öncəliklə bunda maraqlıyam. Bura saytınız deyil ki, hamılıqla riayət edilməsi lazım qaydalar var. Hörmətlə, Qədir (müzakirə) 11:18, 17 avqust 2024 (UTC)Cavabla
@Gadir, normaları pozmayıb. Ümumviki qaydaları çərçivəsində fəaliyyət göstərib. AzVikinin illər əvvəlki xaotik vəziyyətində minlərlə MH pozuntulu faylların yüklənmiş olması bunun düzgün olduğu mənasına gəlmir. AzVikidə illərlə müəyyən qaydalar olmayıb deyə bəzi mövzularda özbaşınalıq olub, ki bu ciddi bir səhvdir. Vikipediyanın bir nömrəli qaydası Müəllif Hüquqlarıdır. Redaktə səhifəsində belə yazır. İstəyir Azərbaycan əsərləri, istəyir rus, bu hərkəsə və hər şeyə şamildir. VP:MİLLİ-ni də nəzərə alın. Dr.Wiki54 (müzakirə) 13:37, 17 avqust 2024 (UTC)Cavabla
Hörmətli @Sefer azeri, Gadir-in fəaliyyətinə bələd olan istifadəçilər bilirlər ki, hamının müzakirə səhifəsinə müdaxilə etməyi sevir, ona görə bunu təqib və qərəz kimi qiymətləndirmək düzgün deyil. Fayllar məsələsinə gəldikdə isə yenə qeyd edirəm ki, artıq AzViki 2010 və 2015-ci illərdə deyil, son il 3-4 ildə ədalətli istifadə məsələsinə diqqət yetirməyə başlamışıq və bu istiqamətdə ədalətli istifadəyə uyğun olmayan faylları silib AzViki üçün uzun illər problemli olan sahəni həll etməyə çalışırıq. Bizdə hətta bir çox təcrübəli istifadəçi ədalətli istifadənin nə olduğunu dəqiq bilmir, mən də uzun illər bu məsələyə diqqət yetirmədən fayl yükləmişəm. İndi isə fikir versəz, 2018-ci ildən əvvəl yüklədiyim, ədalətli istifadəyə uyğun olmayan 300 faylı elə özüm silmişəm. Şiroi Akuma 16:06, 17 avqust 2024 (UTC)Cavabla
Hörmətli @White Demon, orada heç bir müdaxilə yoxdur, mən özüm yazacaqdım onsuz, həmin vaxt məşğul olduğum üçün siz məni qabaqladız. Gördüyünüz kimi, sadəcə məlumat vermişəm. Hörmətlə, Qədir (müzakirə) 16:28, 17 avqust 2024 (UTC)Cavabla
Gadir sizin mövqeyiniz mənim üçün aydındır. Ona görə də sizinlə bu mövzuda müzakirəni vaxt itkisi hesab edirəm, yuxarıdakı qeydiniz isə qərəzli və təqibkar olduğunuzu bir daha təsdiq edir. Əminəm ki, "Bura Azərbaycan Vikipediyası deyil, Azərbaycanca Vikipediyadır" fikri lazımlı yerlərdə eşidiləcək və nəticə çıxarılacaq.
White Demon, sizin bu şəxsin davranışlarını izah etmək və müdafiə cəhdinizi başa düşmürəm açıqcası. Sizi neçə illərdi şifahi də olsa tanıyıram və hörmət edirəm. Bilirsiz ki, neçə illərdi heç bir daxili müzakirələrdə iştirak etmirəm, vaxtım olduqca mümkün qədər maraqlı və faydalı bildiyim kontent yaratmağa çalışıram. Lakin, bu cür passiv yaradıcı mövqeyim heç də, ədavətli münasibət və təqib qarşısında susacağım anlama gəlməməlidi. Şəxsin "hamının müzakirə səhifəsinə müdaxilə etməyi sev"məsi onun təqibkar olduğunu və statusundan süi-istifadə etdiyini göstərir. Dəqiq bilirəm ki, heç bir qaydada rəssamın əsəri onun haqqında olan məqalədə istifadə edilmək üçün yüklənə bilməz deyə bir şey yazılmayıb. Artıq üçüncü dəfədir qeyd edirəm ki, istifadəçi yüklədiyim faylı 1 dəqiqə ərzində silib, harda və necə istifadə edəcəyimi bilmirdi və buna görə də ədalətli istifadə qaydası və sair haqqında qeydlər hamısı bəhanədir. Bu şəxs konkret ədavətli mövqeyə malikdir və statusunu da mövqeyinə uyğun istifadə edir. Azərbaycan rəssamlarının əsərlərinin (bir çox fayllar yalnız azvikidədir) silinməsi Azərbaycan düşmənçiliyindən başqa bir şey deyil. Hörmətlə, --sefer azeri 16:49, 17 avqust 2024 (UTC)Cavabla
Mənim Vikipediyadakı mövqeyim və fəaliyyətim hamıya birmənalı aydındır, Vikipediya prinsiplərinə əməl etmək və fəaliyyətimi bunlar üzərində qurmaq. "Əminəm ki, "Bura Azərbaycan Vikipediyası deyil, Azərbaycanca Vikipediyadır" fikri lazımlı yerlərdə eşidiləcək və nəticə çıxarılacaq." siz məni təhdid edirsiniz? Bu, mənim fikrim deyil, həqiqətdir. (qayda-qayda deyirsiniz, öz qaydalarımızda da rəsmi olaraq öz əksini tapıb; bax: VP:MİLLİ) Yenə qeyd edirəm, bura AR-nın Vikipediyası deyil. Vikimedia və Vikipediya layihələri heç bir yerə bağlı deyillər. Nəsə xüsusi maraqları təmsil etmirlər, öz prinsipləri əsasında fəaliyyət göstərirlər. Siz əlbəttə bütün bunları yaxşı bilirsiniz. Təəssüf ki, neçə illik fəaliyyətiniz olmağına baxmayaraq bütün bunları azvikidəki mövcud qayda boşluqlarını da bəhanə edərək öz maraqlarınıza görə görməzdən gəlirsiniz. White Demon bildirdiyi şərhin inzibatçı hüquqlarına heç aidiyyəti yoxdur ki. Müdaxilə ona deyir ki, yəni gördüyüm mövzulara şərh bildirirəm, biganə qalmıram. Mən, həmçinin White Demon sizə dedi ki, məqalə və ya məzmun yaratmaq fikriniz varsa, edin, fayl ona uyğun bərpa ediləcək, siz isə qəlizləşdirirsiniz məsələni. Yox, siz məzmun yaradıb fayl əlavə etsəydiniz, o zaman yüklədiyiniz fayl birbaşa silinməyəcəkdi. Silmə qaydalara uyğun icra edilib və bu formada uyğunsuz çox fayl silmişik və yükləyənin kim olduğundan asılı olmayaraq azvikini qaydalara zidd bu cür fayllardan təmizləmə fəaliyyətimizə sürətlə davam edəcəyik. Sizin məntiqinizlə, o zaman açıq-aydın qaydalara uyğun olmayan qeyri-ensiklopedik məqalə yaxud müəlliflik hüquqları pozuntuları da yaradılsın və deyək ki, yox silmə, bir az gözləyək bəlkə ensiklopedik olar, MH pozuntuları təmizlənər? Və gözləyək? @Nemoralis, @Solavirum, @White Demon, zəhmət olmasa, istifadəçinin şərhimdəki bir cümləyə bildirdiyi fikir barədə üçüncü tərəf kimi məsələyə müdaxilə edin. Hörmətlə, Qədir (müzakirə) 17:08, 17 avqust 2024 (UTC)Cavabla
sefer azeri, əsas olaraq soruşum, "Əminəm ki, "Bura Azərbaycan Vikipediyası deyil, Azərbaycanca Vikipediyadır" fikri lazımlı yerlərdə eşidiləcək və nəticə çıxarılacaq" ifadəsinə aydınlıq gətirə bilərsiniz? İkinci olaraq soruşum, siz eyni fəaliyyəti envikidə və ya ruvikidə etsəniz, necə olacaq? Son olaraq vurğulamaq istəyirəm ki, Qədirə "Azərbaycan mədəniyyətinə düşməndir" deyə sırf erməni tarixi haqqında yazırsınız deyə sizin erməni və ya separatçı olduğunuzu deməklə oxşardır. --► Hörmətlə: SolaVirum 11:29, 18 avqust 2024 (UTC)Cavabla
Solavirum, salam. Yazdığım ifadədə sizin üçün aydın olmayan nədir? Məsələ burasındadır ki, enviki və ruvikidə fayl yükləməklə problem yaşamamışam, burda isə süni şəkildə problem yaradılması və şəxsi təqibə məruz qaldığımı hiss edirəm. Mən özüm dəfələrlə erməni mədəniyyəti ya tarixi ilə əlaqəli mövzularda məqalə yaratmışam və bunda problem görmürəm. Kim nə mövzuda istəyirsə yaza və töhfə verə bilər. Əgər kimsə məqsədyönlü şəkildə hansısa mövzu ilə bağlı məqalələrə ziyan vurur və ya bəhanələrlə fayllar silirsə o zaman bunu düşmənçilik kimi qiymətləndirmək olar. Daha əvvəl adını qeyd etdiyim istifadəçinin məqsədyönlü şəkildə Azərbaycan rəssamlarının əsərlərini vikidən silməsi Azərbaycan düşmənçiliyidir mənim üçün. Məsələn, Azərbaycan rəssamının əsərini yükləyirəm və dərhal 1 dəqiqə belə keçmədən, istifadə etməyə imkan tapmadan istifadəçi faylı silir və ədalətli istifadə edilmədiyini düşünür. Halbuki, faylı necə və hansı məqalələrdə istifadə edəcəyimi bilmir. Faylı Azərbaycan mifologiyası məqaləsi üçün istifadə edəcəyimi bildirdikdən sonra da, bərpa etməkdən imtina edir. Sizcə də bu ədavətli yanaşma deyilmi? Hörmətlə, --sefer azeri 14:12, 18 avqust 2024 (UTC)Cavabla
Okey, digər qalereya naminə yüklədiyiniz fayllar barədə nə deyəcəksiniz, maraqlıdır. Mifologiya məqaləsinə də sadəcə əlavə edilə bilməz, azad fayl tapmaq lazımdır, əks halda, məqaləsi olmalıdır, Əİ-yə zidd fayllarla doldurmaq olmaz səhifələri. Sizin üçün nə olur olsun, öz fikrinizdir, mənim üçün Vikipediyaya xidmət və töhfədir, onsuz elədir də. Bunun üçün yanlış yerdəsiniz, vətənpərvərliyinizi başqa yerdə nümayiş etdirə bilərsiniz, sefer azeri. Bura yeri deyil, nə də bura milli ensiklopediya deyil. Vikipediya qaydalarla idarə olunur, belə yersiz duyğular və şəxsi istəklərlə yox. Bu mövzuda sizə deyəcəklərim bu qədər. Uğurlar. Hörmətlə, Qədir (müzakirə) 16:34, 18 avqust 2024 (UTC)Cavabla
Salam. Sözügedən fayllar Ədalətli istifadə meyarlarını ödəmir və Gadir də buna görə faylları VP:SSK-ya əsaslanaraq silib. Gadir-in bu addımı sadəcə azvikinin qəbul edilmiş qayda və prinsiplərini tətbiq etməkdən ibarətdir. Bu isə onun səlahiyyətlərindən sui-istifadə etdiyini deyil, əksinə, inzibatçı kimi səlahiyyətlərini tam yerinə yetirdiyini göstərir. Gadirin qərəzli olduğunu və istifadəçini təqib etdiyini əsla düşünmürəm. Sadəcə olaraq Gadir gərək faylları gördükdən sonra yeni qəbul edilmiş qayda haqqında və fayllarla bağlı atılacaq addım barədə istifadəçiyə məlumat verərdi. Sefer azeri-nin təcrübəli istifadəçi olduğunu, məzmun üzrə əhəmiyyətli töhfələr verdiyini və yüklədiyi faylları da hansısa məqaləni zənginləşdirmək üçün yüklədiyindən əmin olduğumuzu nəzərə aldıqda bu, daha doğru addım olardı, nəyinki faylları bir neçə dəqiqə sonra silmək. Amma dediyim kimi, faylların silinməsi yanlış addım deyil. Sadəcə olaraq istifadəçinin fəaliyyətini və faylların əhəmiyyətini dəyərləndirib istifadəçiyə məlumat vermək daha doğru seçim idi. Belə olduqda bu yanlış anlaşılma da olmazdı. --Sura Shukurlu (müzakirə) 14:28, 18 avqust 2024 (UTC)Cavabla
@Sura Shukurlu, əslində yazıb məlumat verəcəkdim elə, amma məni qabaqladı istifadəçi. Sonra da məsələni öz şəxsi istəklərinə görə şəxsiləşdirdi və qəlizləşdirməyə yönəldi. Digər məsələyə isə belə cavab verim, istifadəçi məqalələrin sırf qalereya hissəsi üçün nəzərdə tutulmuş kifayət qədər fayllar yükləyib azvikiyə. Yüklədiyi faylı da yükləyən kimi o dəqiqə şəxsin məqaləsinə qalereya hissəsinə, öncədən yükləmiş olduğu iki faylın yanına əlavə etdi, hələ rəssamların siyahısı məqaləsinə də həmin fayllar istifadə olunub. Azərbaycan rəssamlarının siyahısı məqaləsinə nəzər yetirin, özü də bu halı ilə status da alıb məqalə. Rəssam siyahısında əsərləri göstərmək nə əlaqə? Həm Əİ, həm də panaroma azadlığı icazə vermədiyi halda MH kobud şəkildə pozulur, istənilən qədər məqaləyə bu fayllar əlavə olunur. İstifadəçi isə bu vəziyyətə hər hansısa keçmişdən qalan viki müzakirəni əsas gətirir. Məzmun üzrə bu əsərlərin məqalələrinə və ya digər məqalələrdə məzmunlara rast gəlmədim, sadəcə şəxsi istək və sərgilmək üçün əlavə olunur elə bil. Səttar Bəhlulzadə məqaləsindəki fayllara və istifadə olunduğu yerlərə baxın, harda necə gəldi istifadə edilib. Hələ lokaldakı vəfat etmiş şəxslərin fotoları da siyahıdan çıxarılmalıdır, onlar sadəcə öz məqalələrdin Əİ kimi istifadə edilə bilər, başqa yerlərdə yox. Vizuallıq pozulacaq deyə MH pozulmasına göz yummaq qəti şəkildə olmaz. Hər birinin fotosu olmalı deyil, uzaq başı sağ tərəfdə 2-3 rəssamın fotosunu əlavə etmək olar ya da yerləşdirməyə uyğun fotosu tapılmayanı boş buraxmaq. Hər halda həmin fayllara nəzər yetirib təftiş işi aparsam, təqib və qərəz kimi qələmə veriləcək bu, ki, ümumi lokala yüklənən faylları təftişlə məşğulam zatən. Bura da nəzər yetirmək gərəklidir. Tək bu istifadəçi də deyil, başqa istifadəçilərdə də bu problem var. Burada heç kim sənət düşməni deyil, amma hər şeydən əvvəl Vikipediyadayıq və hamılıqla buranın prinsip və şərtlərinə əməl etməyə məcburuq. Hörmətlə, Qədir (müzakirə) 16:23, 18 avqust 2024 (UTC)Cavabla
görünür, sefer azeri bu təcrübədən xəbərdar deyil və narahatlıq hiss etməsi normaldır, lakin istifadə etdiyi ritorikanı uyğun görmürəm. Hansısa istifadəçini nəyəsə "düşmən" adlandırmaq, "lazımlı yerlərdə eşidiləcək və nəticə çıxarılacaq" kimi təhdid xarakterli və ikibaşlı ifadələr səsləndirmək heç etik deyil. Bu müzakirəni daha yaxşı formada aparmaq olardı. --► Hörmətlə: SolaVirum 17:58, 18 avqust 2024 (UTC)Cavabla
Ola bilsin Səfərin yeni qəbul edilmiş qaydalardan xəbəri yoxdur, anlaşılmazlıq baş verib. Ona xatırladım ki, cəmi bir neçə il əvvəl Şuşa qalası məqaləsinin müzakirəsində də bu cür "Azərbaycan düşmənçiliyi" iddiası var idi, amma onda düşmənçilikdə ittiham olunan idi, buna görə də küsüb getmişdi. Nemoralis (müzakirə) 20:48, 21 avqust 2024 (UTC)Cavabla

Lerik rayon Laman kəndi barədə

[mənbəni redaktə et]

Laman toponimi burada hər evdə olan ləm adlı tikililərlə bağlıdır. an isə talış dilində lar,lər cəm şəkilçisidir. Bu düzəlişimi təsdiq etməyinizi xahiş edirəm. 37.61.115.12 11:14, 19 avqust 2024 (UTC)Cavabla

Salam. Hansı düzəlişi? Hörmətlə, Qədir (müzakirə) 11:19, 19 avqust 2024 (UTC)Cavabla

Salam Məcid Hüseynov Haqqında məlumatları səhvən sildim yenilənməsi üçün mənə köməklik göstərməyinizi Sizdən xahiş edirəm

[mənbəni redaktə et]

Salam Məcid Hüseynov Haqqında məlumatları səhvən sildim yenilənməsi üçün mənə köməklik göstərməyinizi Sizdən xahiş edirəm 5.191.133.221 07:51, 20 avqust 2024 (UTC)Cavabla

@Gadir, bunun tarixçəsinə baxarsan — Bikar müzakirə 08:50, 20 avqust 2024 (UTC)Cavabla
Salam, hörmətli anonim və @Bikar. Məqalə sürətli silmə qaydaları çərçivəsində M5 kriteriyasına əsasən silinib. Eyni ad-soyadlı aktyor məqaləsi ilə məzmun olaraq qarışmışdı, amma tarixçəsi sildiyimdən ibarət idi, şəxsin əhəmiyyəti təsdiqlənməyib. Əlavə olaraq, axtarışda eyni-ad soyadlı bu şəxslə bağlı yox, aktyor barədə məlumatlar çıxır (SSRİ dövründən qaynaqlıdır), nəinki bununla bağlı (burdan da başa düşə bilərsiz). Mövcud mənbələr düzgün verilməyib, həmçinin tərtibatda da problem var idi. Əgər əsaslı işləmək niyyətiniz varsa, qaralamada bərpa edə bilərəm. Hörmətlə, Qədir (müzakirə) 08:59, 20 avqust 2024 (UTC)Cavabla
Vikipediyada olmasını istərdim bu barədə köməklik göstərməyinizi xahiş edirəm bir dogru düzəliş etdiyim üçün silindi.Əgər lazımsa mən sizə göndərim Siz yaradın.
Hüseynov Məcid 1912-ci il noyabrın 19-u Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olmuşdur.
1934-1939-cu illərdə Gürcüstan Kənd Təsərrüfatı İnstitutunun meşəçilik fakültəsində təhsil almışdır.
1949-cu ildə Leninqrad Meşə Təsərrüfatı Elmlər Akademiyasında qiyabi aspiranturaya daxil olmuş,
dissertasiya müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. Respublika İqtisadiyyatının inkişaf
etdirilməsinə həsr edilmiş bir neçə monoqrafiyanın, kitabın, broşüranın, 30-dan çox elmi məqalənin
müəllifidir.
1956-1960-cı illərdə AzXTİ-də kafedra müdiri, müdir müavini vəzifələrində işləmişdir. 1961-1962 ci ildə
Tədarük naziri vəzifəsində işləmişdir.[1]1962-1963 cü illərdə kənd təsərrüfatı məhsulları istehsalı və
tədarükü naziri vəzifəsində çalışmışdır. 1963-cü ildən ömrünün sonuna kimi Azərbaycan Elmi Tədqiqat
Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda baş elmi işçi, şöbə müdiri işləmişdir.[2]Məcid
Hüseynovun qızı Eleonora Hüseynova 1994–2004 Azərbaycan Respublikasının Fransadakı fövqəladə və
səlahiyyətli səfiri, 2004–2013-cü illərdə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi
olmuşdur.Eleonora Hüseynova 1997 ci ildə Tovuz rayonu Aşağı Quşçu kəndində Məcid Hüseynovun 85
illik yubiley mərasimini keçirmişdir. Elşən Hüseynov V (müzakirə) 07:47, 21 avqust 2024 (UTC)Cavabla
@Elşən Hüseynov V, Azərbaycan Sovet Ensiklopediyasında bu barədə məlumat var? — Bikar müzakirə 10:37, 21 avqust 2024 (UTC)Cavabla
Bəli var ama yarada bilmirəm.Zəhmət olmasa mümkünsə yaradardınız Elşən Hüseynov V (müzakirə) 10:59, 21 avqust 2024 (UTC)Cavabla
@Elşən Hüseynov V hansı bölmədə və hansı səhifədə olduğunu qeyd edin, baxım — Bikar müzakirə 11:54, 21 avqust 2024 (UTC)Cavabla
Salam.Yaratsanız şad olaram.Əvvəlcədən təşəkkür edirəm.Vikilügətdə olduğu kimi qalıb oradan da götürmək olar
Azərbaycan SSR Ali Sovetinin MƏLUMATI №10(58) 10 aprel 1961 ci il Elşən Hüseynov V (müzakirə) 08:59, 22 avqust 2024 (UTC)Cavabla

Blok

[mənbəni redaktə et]

burada deyil
Xüsusi:Töhfələr/Emil.fetullayevBikar müzakirə 14:39, 21 avqust 2024 (UTC)Cavabla

İlk növbədə xəbərdarlıq etmək lazımdır. İstifadəçiyə xəbərdarlıq etdim, davam edərsə inzibatı tədbir görərik. Hörmətlə, Qədir (müzakirə) 14:46, 21 avqust 2024 (UTC)Cavabla

Elmtehsilbiliktelim

[mənbəni redaktə et]

Merhaba, ben VRT personeli Kadı. Sanıyorum azwiki'ye ait bir info kanalı mevcut değil, bu sebeple info-tr'ye @Elmtehsilbiliktelim tarafından Ticket#2024081910011251 talep numarası ile gönderilen başvuruyu tarafınıza buradan yönlendiriyorum. Başvuru layihasında mevzubahis kullanıcı engelinin kaldırılmasını talep etmektedir, gizlilik gereğince başvuru hakkında daha fazla detay verilememektedir. Takdir engelleyen hizmetliye (@Gadir) ait olmak üzere topluluğunuzun bilgisine sunulur, ilgili talep tr kuyruğundan kapatılmıştır, süreç buradan ilerleyecektir. Saygılarımla, Kadı Message 20:37, 21 avqust 2024 (UTC)Cavabla

@Kadı: meta:Special:PermanentLink/27093673#[email protected] Nemoralis (müzakirə) 20:38, 21 avqust 2024 (UTC)Cavabla
@Nemoralis, gizlilik gereğince detaylı izahat yapamasam da kullanıcı IP adreslerinden çakışma yaşanan kişilerin kendisinin yakınları olduğunu beyan ediyor, ilgili hususun kullanıcı ile iletişime geçilerek müzakere edilmesi yararlı olacaktır. Tarafımıza gelen başvuru buraya değerlendirme amacı ile iletilmiştir, takdir yetkisi sizlerindir. Saygılarımla, Kadı Message 20:43, 21 avqust 2024 (UTC)Cavabla
Müzakirə səhifəsi açıldı, etirazı ordan edə bilər. Nemoralis (müzakirə) 20:46, 21 avqust 2024 (UTC)Cavabla
@Kadı, təşəkkürlər. @Nemoralis, ortada maraq toqquşması olduğu sezilir, iki hesab tərəfindən də açılmış məqalələr SNS vasitəsilə silinib demək olar (ElmtehsilbiliktelimPaydaqoqos). Bu arada, blokladıqdan sonra istifadəçinin e-poçt göndərmə funksiyası açıq idi və bu barədə müzakirə səhifəsinə məlumat buraxılmışdı. İstifadəçidən heç bir müraciət gəlməyib mənə. Hörmətlə, Qədir (müzakirə) 21:10, 21 avqust 2024 (UTC)Cavabla

Aydın İslam oğlu Rəsulov

[mənbəni redaktə et]

Salam Bu şəxs haqqında məlumat yükləyirəm rədd olunur niyə? Hafizalasgarov (müzakirə) 08:06, 23 avqust 2024 (UTC)Cavabla

Salam. Lütfən tələsməyin, məqaləni qaralamada tam hazır edin sonra müraciət edin. VP:ŞEƏdigər qaydalara nəzər yetirin və məqaləni digər məqalələrə nəzər yetirərək düzgün formada tərtib edin. Hörmətlə, Qədir (müzakirə) 09:05, 23 avqust 2024 (UTC)Cavabla

Dinozavr

[mənbəni redaktə et]

Mənə elə gəlir bu ikisi eyni hesabdı.

Bikar müzakirə 09:16, 26 avqust 2024 (UTC)Cavabla

istifadəçiyə xəbərdarlıqlar edilsə də, maşın tərcümələri ilə məqalə yaradır. cümlə quruluşuna da baxırsan ki, səhv, anlaşıqsız və uyumsuz. Atakhanli (müzakirə) 09:21, 26 avqust 2024 (UTC)Cavabla

Blok

[mənbəni redaktə et]

Xüsusi:Töhfələr/Huseyn123456789123456789Bikar müzakirə 07:58, 28 avqust 2024 (UTC)Cavabla