Vasili Razumovski

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vasili Razumovski
Doğum tarixi 8 aprel 1857(1857-04-08)
Doğum yeri
Vəfat tarixi 7 aprel 1935(1935-04-07)[1] (77 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elm sahəsi tibb
Elmi dərəcəsi
İş yeri
Təhsili
  • Kazan İmperator Universiteti[d]
Mükafatları 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni
RSFSR əməkdar elm xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vasili İvanoviç Razumovski (rus. Василий Иванович Разумовский; 8 aprel 1857, Yefimovka[d], Buzuluk qəzası[d], Samara quberniyası[d], Rusiya imperiyası7 aprel 1935[1], Yessentuki, Stavropol diyarı, Rusiya[1]) — rus cərrahı, 1887-ci ildən Kazan Universitetinin professoru, tibb elmləri doktoru, əmək qəhrəmanı, 150-dən çox elmi işin müəllifi. Razumovski Saratov (1909), Tbilisi (1918) və Bakı (1919) universitetlərinin banilərindən biri olmuş, eləcə də Saratov universitetinin (1909–1912) və Bakı Dövlət Universitetinin (1919–1920) ilk rektoru vəzifəsini icra etmişdir. 1920-ci ildən sonra vətəni Kazana qayıdan Razumovski yenidən oradakı universitetdə dərs deməyə başlamış və 1930-cu ildə təqaüdə çıxmışdır.

8 aprel (22 mart) 1857-ci ildə Rusiya imperiyasının Samara quberniyasının Buzuluk dairəsinin Yefimovka kəndində doğulmuşdur. İndiki Rusiya Federasiyası Orenburq vilayətinin Kurmanayevski rayonu.

1880-ci ildə İmperiya Kazan Universitetini bitirmişdir.[2] 1887-ci ildə Kazan universitetinin cərrahiyyə üzrə professoru olmuşdur.

1893-cü ildə professor ilk dəfə olaraq Mineralnıye Vodıya turist kimi gəlib.

1896-cı ildə kurort rəhbərliyinin xahişi və dəvəti ilə hər yay orada ödənişli əsaslarla cərrah konsultant işləməyə başlamışdır.

1896–1898-ci illərdə Jeleznovodskda çalışmışdır. Daha sonra Pyatiqorskda doktor Rjaksinskinin şəxsi klinikasında işləmişdir. Razumovski Rusiya İmperiyası Saratov universitetinin banilərindən biri və ilk rektoru olmuşdur – 1909–1912-ci illər.[2]

O, həmçinin Tbilisi Dövlət Universitetinin (1918) rektoru, habelə Bakı Dövlət Universitetinin ilk rektoru olmuşdur (1919).

Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin 8 sentyabr 1919-cu il tarixli sərəncamından:

"Universitet komissiyasının yekdil qərarı ilə əməkdar professor Razumovski Bakı Dövlət Universitetinin rektoru, Patoloji Anatomiya kafedrasının professoru İvan Şirokoqorov isə Tibb Fakültəsinin dekanı təyin edilsin."

1920-ci ildən sonra professor Razumovski Saratov universitetinə qayıdır və 1930-cu ilədək həmin universitetdə çalışır.

1930-cu ildə pedaqoji fəaliyyətini dayandırıb sırf həkimlik fəaliyyəti və təşkilati işlərlə məşğul olmağa başlayır.

7 aprel 1935-ci ildə Yessentuki şəhərində vəfat etmişdir. Qəbri şəhərin Qardaşlıq qəbiristanlığındadır. 1990-cı illərdə qəbrinin üstündə barelyefi oğurlanmışdır. 2012-ci ildə Saratov universitetinin təşkilatçılığı ilə barelyef yenidən bərpa edilmişdir.

Qızları: Sofiya və Yuliya.

Mükafatları və təltifləri

[redaktə | vikimətni redaktə et]

Leninqrad, Moskva və digər Cərrahiyyə Cəmiyyətlərinin fəxri üzvü olmuşdur. Piroqov Həkimlər Cəmiyyətinin aktiv üzvü olmuşdur.

  1. 1 2 3 4 Разумовский Василий Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 3 "Azərbaycan məktəb və pedaqoji fikir tarixi". Hüseyn Əhmədov. Bakı: Elm və təhsil, 2014. — səh. 345–346.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]