Vals
Vals (fr. valse; alm. Walzer – fırlanmaq) – alman, çex və avstriya xalq rəqslərindən yaranmış rəqsdir. Xarakter cəhəti ¾ ölçüdə müşayiətin, özünəməxsus bərabər həcmli ritmik quruluşdan – birinci vurğuda bas , ikinci, üçüncü vurğularda akkord – ibarətdir ki, bu da müxtəlif xarakterli melodiyalar üçün plastik fon yaradır.
Vals müxtəlif sürətlə ağır və ya tez tempdə ifa olunur. Rəngarəng obrazları və hissələri təcəssüm etdirmək imkanlarına malikdir.
XIX əsrin 30-40-cı illərindən rəqs musiqisi və konsert janrı kimi geniş yayılmış, hətta simfonik musiqiyə daxil olmuşdur.[1]
Vals qısa vaxt ərzində Iohann Ştraussun musiqisinin təsiri ilə Viyanada və 1822-ci ildə etibarəndə İngiltərədə geniş yayılmışdır, Aristokrasiyanın bəyənməsi ilə baloların imtina edilməz əyləncəsinə çevrilrişdir.
Günümüzdə vals "Viyana valsı" və "Modern vals" olmaqla iki fərqli kateqoriyadan və ritmdə dünya rəqs literaturadında yer almaqdadır.
Azərbaycan bəstəkarların valsları
[redaktə | mənbəni redaktə et]- Aqşin Əlizadə - fortepiano üçün "Qəmgin vals"
- Cahangir Cahangirov - "Kaspi" [2]
- Emin Sabitoğlu - "Bəlkə də" mahnısı (sözləri: Vaqif Səmədoğlu)
- Əziz Əzizli - Vals
- Fikrət Əmirov - "Uşaq lövhələri" piano silsiləsindən X pyes "Vals" [3]; "Sevil" operasında Sevilin valsı
- Qara Qarayev - "Yeddi gözəl" baletində vals; fortepiano üçün «"Uşaqlıq" albomundan "Kiçik vals"
- Musa Mirzəyev - uşaqlar üçün "Vals"; romantik "Vals-poema"
- Niyazi - Konsert valsı
- Tofiq Quliyev - "Qızıl üzük" mahnısı; "Bəxtiyar" filmindən "Sevgi valsı" mahnısı (sözləri: Ənvər Əlibəyli); uşaqlar üçün "Cəmilənin albomu"ndan "Lirik vals"; estrada orkestri üçün Gənclik valsı
Qaynaqlar
[redaktə | mənbəni redaktə et]- ↑ Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti - Vals Arxivləşdirilib 2021-10-15 at the Wayback Machine
- ↑ Leyla Quliyeva - Cahangir Cahangirovun mahnıları Arxivləşdirilib 2022-01-25 at the Wayback Machine. "Musiqi dünyası" jurnalı.
- ↑ Lalə Əliyeva - Fikrət Əmirovun "Uşaq lövhələri" piano silsiləsi Arxivləşdirilib 2021-10-20 at the Wayback Machine. "Musiqi dünyası" jurnalı.