Tengiz Siqua

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tenqiz Siqua
gürc. თენგიზ სიგუა
bayraq
Gürcüstanın baş naziri
ƏvvəlkiVissarion Ququşvili
SonrakıEduard Şevardnadze vəzifələri icra edirdi;
Otari Patsatsiya
bayraq
Gürcüstanın Nazirlər Şurasının sədri
ƏvvəlkiNodari Çitanava
SonrakıMurman Omanidze vəzifələri icra edirdi;
Vissarion Guguşvili artıq Gürcüstanın baş naziri oldu
Şəxsi məlumatlar
Doğum adı თენგიზ სიგუა
Doğum tarixi 9 noyabr 1934(1934-11-09)
Doğum yeri
Vəfat tarixi 21 yanvar 2020(2020-01-21) (85 yaşında)
Vəfat yeri
Partiya Sov. İKP
Təhsili Gürcüstan Politexnik İnstitutu
İxtisası metallurq mühəndisi
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi Texnika elmləri doktoru

İmzanın şəkli

Tengiz İppolitoviç Siqua (gürc. თენგიზ სიგუა; 9 noyabr 1934, Lentexi[d], Raça-Leçxumi və Aşağı Svaneti diyarı21 yanvar 2020, Tbilisi) — gürcü siyasi və dövlət xadimi, 1990—1991 və 1992—1993-cü illərdə Gürcüstan hökumətinə başçılıq edirdi.

1934-cü il noyabrın 9-da Gürcüstanın qərbində yerləşən Lentexi kəndində hərbçi ailəsində anadan olmuşdur. O, 1957-ci ildə metallurq mühəndisi ixtisası üzrə Gürcüstan Politexnik İnstitutunu bitirdi. Həmin ilin avqust ayında Siqua Rustavi metallurgiya zavodunda mühəndis işləyirdi, 1962-ci ildən isə baş elmi işçi,  laboratoriya müdiri və Gürcüstan SSR Elmlər Akademiyasının Metallurgiya İnstitutunda  direktor müavini vəzifələrində çalışmışdır, 1989-cu ildə isə institutun direktoru təyin edildi. 1982-ci ildən Yenidənqurmaya qədər Sov.İKP üzvü idi.

Siqua Zviad Qamsaxurdiyanın hökumətində 1990-cı il noyabrın 15-dən 1991-ci il avqustun 18-dək Nazirlər Şurasının Sədri idi. Qamsaxurdiya devrildikdən sonra müvəqqəti olaraq baş nazirin vəzifələrini icra edicisi təyin edildi. Bu vəzifəsi 1992-ci il noyabrın 8-də yeni Parlament tərəfindən təsdiqləndi. 6 avqust 1993-cü ildə Parlament hökumətin təqdim etdiyi büdcəni rədd etdikdən sonra istefa vermişdi.[1]

2011-ci ilin avqustunda RİA Novosti xəbər agentliyinə müsahibəsində bildirmişdir ki, 2008-ci ilin avqustunda Cənubi Osetiyaya qarşı müharibəni Gürcüstan başlayıb.[2]