Teberda
Teberda | |
---|---|
43°27′05″ şm. e. 41°44′32″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1868 |
Mərkəzin hündürlüyü | 1.280 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 87872 |
Poçt indeksi | 369210–369214 |
Vikianbarda əlaqəli mediafayllar |
Teberda (qaraç.-balk. Теберди́) - Rusiyanın Qaraçay-Çərkəz Respublikasında bir şəhərdir. İnzibati baxımından Qaraçay şəhər dairəsinə daxildir.
Adı
[redaktə | mənbəni redaktə et]Şəhər yerləşdiyi vadinin adı ilə adlandırılmışdır.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Böyük Qafqazın şimal yamaclarında, Çerkesskdən 105 km cənubda, Hərbi-Suxumi yolu üzərində yerləşir.
Teberda çay vadisi orta və yüksək dağlıq bir ərazidə yerləşir. Teberdanın külək rejimi: fyonlar və dağ vadisi küləkləri dağlardan təmiz hava gətirməsi ilə səciyələnir. Teberda dərəsinin bağlılığı təkcə temperatura deyil, rütubəti də təsir göstərir.
İqliminə təsir göstərən amillər: dağlıq ərazi, aşağı atmosfer təzyiqi, intensiv günəş radiasiyası, az buludluluq. Nisbətən isti qışa və sərin keçən yaya sahibdir. Qışın ən soyuq ayı olan yanvardır. Yanvarda orta temperatur -2,3° C, iyul və avqust aylarında isə +15,5 ° C-dir. Burada günəş işığının müddəti ildə ərzinsə 2200 saata çatır.
Tarixi
[redaktə | mənbəni redaktə et]1868-ci ildə bir qaraçay kəndi olaraq qurulur. Kənd ilk olaraq Ojaya Bayçorovun nəslindən olan 40 ailə tərəfindən qurulur. Bu səbəbdən kənd bir müddət onun Ojayanın soyadı “Bayçoraralanı-Kabak” adı ilə adlandırılırdı. Kəndin adındakı “Kabak” sözü "kənd" mənasını verir. Vaxt keçdikcə kənd sakinlərin əhəmiyyətli bir hissəsi digər qəbilələrin nümayəndələri olması səbəbindən Teberda çayı sahilində yerləşdiyinə görə bu adla adlanmağa başladı[2].
1925-ci ildə ilk kənddə vərəm sanatoriyası açıldı. Sonradan çox sayda sanatoriya və istirahət evi ("Qornore uşellye", "Kluxori", "Azgek" turizm bazası, "Teberda" oteli və s.) açıldı.
Rusiya Sovet Federativ Sosialist Respublikası Ali Sovetinin Rəyasət Heyətinin 8 fevral 1971-ci il tarixli qərarı ilə Teberda qəsəbəsinə şəhər statusu verilir.
Əhali
[redaktə | mənbəni redaktə et]- Urbanizasiya
2019-cu il 1 yanvar tarixinə əsasən Rusiyanın 1115 şəhəri arasında əhalisinin sayına görə 979-cu yerdədir. Əhalisinin sıxlığı — 3262.65 nəf./km².
- Milli tərkib
2002 və 2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[3]:
xalq | say, nəf. (2002) |
ümumi əhaliyə olan nisbət, % (2002) |
say, nəf. (2010) |
ümumi əhaliyə olan nisbət, % (2010) |
---|---|---|---|---|
qaraçaylılar | 5 006 | 64,0 % | 6 262 | 69,1 % |
ruslar | 2 274 | 29,1 % | 2 270 | 25,1 % |
osetinlər | 90 | 1,1 % | 99 | 1,1 % |
digərləri | 457 | 5,8 % | 427 | 4,7 % |
ümumi | 7 827 | 100 % | 9 058 | 100 % |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
- ↑ "Теберда, горнолыжный курорт. Отели и отдых. Отзывы". 2019-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-27.
- ↑ "База данных Всероссийской переписи населения 2010 года". 2014-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-27.