Talbo-Laqo (Formula-1 komandası)
Talbo-Laqo (ing. Automobiles Talbot S.A.) – avtomobil istehsal edən şirkət olub, Fransa, Suresnesdə yerləşirdi.
Alexandre Darracq
[redaktə | mənbəni redaktə et]Suresnes fabriki Alexandre Darracq tərəfindən yaradılmışdır. 1896-cı ildə A. Darracq & Cie. adı altında fəaliyyətə başlamışdır. Alexandre Darracq, yarış və "zövq" avtomobilləri yaratdı və Darracq sürətlə avtomobil yarışında uğurları ilə məşhur oldu. O, 1912-ci ildə, işinin qalan hissəsini satdı. Yeni sahibkarlar, 1922-ci ildə, Darracq biznes avtomobillərini Talbot adı ilə dəyişdilər. Lakin, rəqabət üçün Talbot -Darracq adı istifadə olundu.
Antonio Lago
[redaktə | mənbəni redaktə et]1932-ci il, Böyük böhrandan sonra, Talbot avtomobillərini inkişaf etdirmək üçün, İtaliya-Britaniya iş adamı Antonio Lago, şirkətin icraçı direktoru təyin olundu. Lago, bu prosesə başlamış, lakin 1934-cü ilin sonuna yaxın iflasın qarşısını ala bilməmişdi və Satış dərhal baş verməmişdi.
1935-ci ilə qədər mövcud olan məhsulun istehsalı davam etdirildi, 1936-cı ildən bəri davamlı olaraq Walter Becchia tərəfindən hazırlanan avtomobil ilə əvəz edildi
Bunlara, 1937-ci ildə, Paris Motor Show'da, sürpriz təqdimatı olan, 4 silindirli 2323 cc (13CV) Talbot Tip T4 "Minor" və 6 silindirli 2,696 cc (15 VV) Talbot "Cadette-15" ilə birlikdə və 6 silindirli 2,996 cc və ya 3,996 cc (17 və ya 23 VV) Talbot "Major" və uzun təkər bazası versiyası, Talbot "Master" daxildir.
1930-cu illərin ikinci yarısında, Talbot, "Baby-15" ilə başlayan, "Cadette-15" ilə eyni olan, lakin daha az yüngül olan şassi istifadə edən bir sıra idman maşınları (voitures de sport) da istehsal etdi.
Lago, mövcud altı silindirli mühərriki yüksək performanslı 4 litr mühərrikə çevirən böyük mühəndis idi.
İdmanın altı silindrli modelləri böyük bir yarış tarixinə sahib idi.
II Dünya Müharibəsindən sonra
[redaktə | mənbəni redaktə et]1946-cı ildə, şirkət, əvvəlki birləşmələrə əsaslanan yeni bir mühərrik dizaynının istehsalatını başlamış, ancaq yeni bir silindir başı, ikiqat yüklü paylayıcı val ilə təchiz edilmişdir. Bu dizayna, Carlo Marchetti rəhbərlik etdi. Talbot Lago Record (1946-1952) və Talbot Grand Sport 26CV (1947-1954) üçün 4483 cc altı silindirli mühərrik hazırlanmışdır. Bu maşınlar, Delahaye, Delage, Hotchkiss və Salmson kimi lüks avtomobil şirkətləri ilə müqayisədə bahalı idi.
Talbot Lago Baby
[redaktə | mənbəni redaktə et]The Talbot Lago Baby (1948–1951) müharibədən əvvəlki modelə dönüş idi və 1940-cı ildə təqdim olunmuş üçüncü model idi.
Avtomobil dörd qapılı sedan kimi satılırdı, ancaq iki qapılı kabriolet də təklif edildi. Talbot Lago, prezident üçün üç xüsusi hazırlanmış yeddi oturacaqlı avtomobillərini istehsal etdi; Fransa, Tunis prezidentleri və Səudiyyə Ərəbistanında kral ailəsi üçün.
1958-ci ilin yazında, Tony Lago, Simca avtomobil şirkətinin prezidenti, Henri Pigozzi'nin, Talbot markasının Simca'ya satışı üçün təklifini qəbul etməyə qərar verdi. Şirkətin satışı 1959-cu ilə qədər davam etdi.
Bu gün
[redaktə | mənbəni redaktə et]Talbot-Lagos, hazırda, hərracda ən bahalı avtomobil sayılır. 18 avqust 2005-ci il tarixində, Brooks Stevensin sahibi olduğu, Figoni və Falaschi korpuslu T150C SS Teardrop Coupe, Christie's Pebble Beach Concours d'Elegance auksionunda 3,535,000 ABŞ dolları məbləğində satılacaqdı. 2008-ci ildə, Georges Paulin tərəfindən dizayn olunmuş, Pourtout Aerocoupé korpuslu A T150 C SS modeli, Bonhams & Butterfields auksionunda, 4,847,000 ABŞ dolları məbləğində satıldı.