Təyyarə məktəbi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Təyyarə məktəbi
Əsası qoyulub 1912
Tip Hərbi Akademiya
Şəhər İstanbul
Ölkə
Ünvan Yaşılköy

Təyarrə məktəbi türk. Tayyare Mektebi — 1912-ci ildə Osmanlı imperiyasında hərbi hava qüvvələri üçün pilot hazırlamaq məqsədilə Yaşılköydə qurulmuş təyyarə məktəbi. Təyyarə məktəbinin açılması qərarı Balkan müharibələrindən sonra verilmişdi.[1]

Osmanlı imperiyasının Balkan müharibələrində məğlubiyyəti orduda islahatların zəruri olmasını bir daha göstərdi. Xüsusilədə havada qüvvələri Osmanlı ordusunun ən zəif nöqtəsi sayıldı. Bu səbəbdən Ənvər Paşanın Hərbi Nazirliyi dövründə başlayan Hərbi Aviasiya sahəsini inkişaf etdirmək üçün Təyyarə məktəbi təşkil edildi. Məktəb 1912-ci ildə İstanbulun Yaşılköy səmtində açıldı (hazırda Atatürk Beynəlxalq Hava Limanı).[2] Elə məktəbin adı da Yaşılgöy Təyyarə məktəbi adlandırıldı. Hərbi hava qüvvələrini yeniləmək və pilot yetişdirmək üçün Fransadan hava kapitanı Marki De Quuis De Mezeyrac müqavilə ilə Yeşilköy Təyyarə Məktəbinə gətirildi. Beləliklə, bu məktəbdə dərs deyən ilk müəllim fransız pilot Marki De Quuis De Mezeyrac olmuşdur.[1][3]

Məktəb ayrıca şöbələrdən, müdirlikdən, zabit, mexanik və növbətçi idarələrdən ibarət idi. Bu şöbələrlə yanaşı onun kiçik bir xəstəxanası da fəaliyyət göstərirdi. Məktəb üçün təmir sexi, anbarlar, yeraltı qaz anbarları, anqarlar, avtomobil qarajları və heyvan tövlələri də tikilmişdi.

Təhsil müddəti 3 ay olan məktəbə hər il 3 dövr üçün şagird qəbulu və təlim keçmək planlaşdırılırdı. Hər dövrdə ümumilikdə 15 ilə 20 pilot arasında 45–60 pilot hazırlanması nəzərdə tutulmuşdu.

Məktəbdə pilotluqla yanaşı nəzəri mühərrik və təyyarə bilik dərsləri də verilirdi. Bu dövrdə təyyarəçi leytenant Midhət Nuri, 1914-cü ildə "Vasıtai Tayyare" adlı ilk türk texniki uçuş kitabını nəşr etdirmişdi.

  1. 1 2 "Tayyareci.com sitesi". 2007-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-01.
  2. Edward J. Erickson, Defeat in Detail: The Ottoman Army in the Balkans, 1912–1913, Westport, CT: Praeger, 2003, ISBN 0-275-97888-5, p. 349.
  3. "Birinci Dünya Harbinde Türk Hava Kuvvetleri" (PDF). 2014-10-31 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-05-03.