Təhminə Rüstəmova
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Təhminə Rüstəmova | |
---|---|
Təhminə Rüstəmova | |
Doğum tarixi | |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (94 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahələri | BDU Şərqşünaslıq fakültəsi, İran filologiyası kafedrası |
Elmi dərəcəsi | fil.e.dok |
Elmi adı | Professor |
İş yerləri | BDU, İran filologiyası kafedrası |
Alma-mater | Azərbaycan Dövlət Universitet |
Təhminə Rüstəmova — (1926-2021) Bakı Dövlət Universitetinin müəllimi, professor[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]24 avqust 1926-cı ildə anadan olmuşdur. 1949-cu ildə ADU-nun Şərqşünaslıq fakültəsini bitirərək, Elmi Şuranın qərarı ilə fars dilçiliyi ixtisası üzrə aspiranturada saxlanılmışdır. 1954-cü ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1991-ci ildə professor elmi adı almışdır. Fakültə Tədris-metodiki Şurasının sədri, vaxtilə Təhsil Nazirliyinin nəzdində Şərq dilləri Elmi-metodiki Şurasının üzvü, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Şərq dilləri ilə bağlı seminar rəhbəri kimi ictimai işlərdə fəaliyyət göstərmişdir.
160-dan çox əsasən fars dilçiliyinə, qismən də ərəb və Azərbaycan dilçiliyinə aid elmi məqalələri müxtəlif jurnallarda çap olunmuşdur. Orta və ali məktəblər üçün 22 adda dərslik və dərs vəsaitinin müəllifidir. "Tərəqqi" medalı ilə təltif olunmuş, Əməkdar müəllim fəxri adına layiq görülmüşdür. Ailəlidir, bir övladı var.[2]
Təhsili
[redaktə | mənbəni redaktə et]- 1934–1944-cü illərdə 7 saylı Şəki şəhər orta məktəbdə oxuyub.
- 1944–1949-cu illərdə ADU-nun Şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb.
- 1949–1953-cü illərdə ADU-nun Şərqşünaslıq fakültəsinin aspirantı olub.
- 1954-cü ildən BDU İran filologiyası kafedrasında çalışıb.
- 1949-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib.
- 1954-cü il, fil.e.n. "Müasir fars ədəbi dilində feli sifət və feli bağlamalarının morfoloji xüsusiyyətləri".
- 1964-cü il dosent.
- 1990-cı il, fil.e.dok. "Feli sifət və feli sifət tərkiblərinin qarşılıqlı-tipoloji planda leksik-qrammatik xüsusiyyətləri problemi (fars və azərbaycan dilləri materialları əsasında)".
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]- 1954–1964, BDU, Şərqşünaslıq fakültəsi, Yaxın və Orta Şərq dilləri kafedrasının baş müəllimi.
- 1964–1990, BDU Şərqşünaslıq fakültəsi, İran filologiyası kafedrasının dosenti.
- 1990-cı ildən BDU Şərqşünaslıq fakültəsi, İran filologiyası kafedrasının professoru.
Kitabları
[redaktə | mənbəni redaktə et]- 1986, Əfqan əlifbası
- 1992, Fars dili. IV sinif üçün dərslik
- 1998, Fars və Azərbaycan dillərinin müqayisəli qrammatikası
- 1996, Əski azərbaycan əlifbası
- 1997, Fars dili. Fars dilini müstəqil öyrənənlər üçün dərslik
- 1998, Fars dili. Qeyri-şərqşünaslıq fakültəsinin tələbələri üçün dərslik (H. Mahmudovla şərikli)
- 2008, Şərqşünaslıq fakültəsinin I kurs tələbələri üçün dərslik (I nəşri-2004; II nəşri-2005)
- 2012, Magistr hazırlığı üçün proqram: "Fars və Azərbaycan dillərinin müqayisəli qrammatikası-sintaksisi"
- 2013, Bakalavr hazırlığı üçün proqram: "Fars və Azərbaycan dillərinin müqayisəli qrammatikası-morfologiyası"
- 2013, Fars dili (qısa kurs) – Elm və təhsil nəşriyyatı, Bakı[3]
- 2014, Fars dilinin lüğət tərkibini zənginləşdirən mürəkkəb sözlərin yaranmasında fel köklərinin rolu
- 2015, "Şahnamə"nin dilində işlənən (mər) haqqında
- 2016, "Şahnamə"nin bəzi dil xüsusiyyətləri
- 2016, Fars dilinin lüğət tərkibinin zənginləşməsində fel kökünün rolu (fars dilində)
130-dan çox elmi məqalənin müəllifidir.
Beynəlxalq seminar, simpozium və konfranslarda iştiraki
[redaktə | mənbəni redaktə et]- 1986, Bakı; "Məktəb islahatı və universitet təhsili"
- 1994, Tehran; "MDB və İranda fars dili və ədəbiyyatının tədqiqi və tədrisinə həsr olunmuş konfrans"
- 1996, Tehran; "Fars dilçiliyi beynəlxalq konfransı"
- 2001, Tehran; "Fars dili və ədəbiyyatı ustadlarının III beynəlxalq konfransı"
- 2004, Tehran; "Milli iranşünaslığa həsr olunmuş konfrans"[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Şəki Ensiklopediyası, Təhminə Rüstəmova
- ↑ "RÜSTƏMOVA TƏHMİNƏ ZƏKƏRİYYƏ QIZI". 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-07.
- ↑ Təhminə Rüstəmovanın Fars Dili əsəri. Tarix: 28.10.2024
- ↑ "Təhminə Rüstəmova — Filologiya elmləri doktoru, professor". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-07.