Sualtı kommunikasiya kabeli
Sualtı kommunikasiya kabeli — telekommunikasiya siqnallarını okean və dəniz boyunca daşımaq üçün quruda yerləşən stansiyalar arasında okean yatağına çəkilmiş kabel. 1850-ci illərdən başlayaraq çəkilmiş ilk sualtı kommunikasiya kabelləri (məsələn, 1858-ci il avqustun 16-da fəaliyyətə başlayan ilk transatlantik teleqraf kabeli) teleqraf trafikini daşıyaraq qitələr arasında ilk ani telekommunikasiya əlaqələrini yaradıb.
Sualtı kabellər ilk dəfə 1871-ci ildə, Yavanın Darvinə qoşulması zamanı bütün dünya qitələrini (Antarktidadan başqa) birləşdirdi. 1872-ci ildə Avstraliya Yerüstü Teleqraf Xəttinin tamamlanması ilə Adelaidaya və oradan da Avstraliyanın qalan hissəsinə qoşuldu.[1]
Kabellərin sonrakı nəsilləri telefon trafikini, daha sonra isə məlumat kommunikasiya trafikini daşıyırdı. Bu ilk kabellər öz nüvələrində mis məftillərdən istifadə edirdilər, lakin müasir kabellər telefon, internet və şəxsi məlumat trafiki daxil olmaqla rəqəmsal məlumatları daşımaq üçün optik lif texnologiyasından istifadə edir. Müasir kabellərin diametri təxminən 25 mm-dir və çəkilişin böyük hissəsini təşkil edən dərin dəniz hissələri üçün hər kilometri təxminən 1,4 ton ağırlığındadır. Baxmayaraq ki, sahilə yaxın dayaz su hissələri üçün daha böyük və daha ağır kabellər istifadə olunur.[2][3]
Tarixi
[redaktə | vikimətni redaktə et]İlk uğurlu sınaqlar
[redaktə | vikimətni redaktə et]Vilyam Kuk və Çarlz Vitston 1839-cu ildə üzərində işlədikləri teleqrafı təqdim etdikdən sonra Atlantik okeanında sualtı xəttin çəkilməsi ideyası gələcəyin mümkün zəfəri kimi düşünülməyə başladı. Samuel Morze buna inandığını hələ 1840-cı ildə elan etmişdi. O, 1842-ci ildə qatranlı çətənə və Hindistan kauçuku[4][5] ilə izolyasiya edilmiş teli Nyu-York limanında suyun dibinə endirərək onun vasitəsilə teleqraf xətti çəkdi. Növbəti payızda Vitston Suonsi körfəzində oxşar təcrübə həyata keçirdi. Uzun sualtı xəttin uğurlu alınması üçün teli örtmək və elektrik cərəyanının suya sızmasının qarşısını almaq üçün yaxşı bir izolyator lazım idi. Hindistan kauçuku hələ XIX əsrin əvvəllərində Prussiyalı elektrik mühəndisi Boris Yakobi tərəfindən sınaqdan keçirilmişdi.
İstilik ilə əriyə bilən və məftillərə asanlıqla tətbiq oluna bilən başqa bir izolyasiya metodu 1842-ci ildə ortaya çıxdı. "Palaquium gutta" ağacının yapışqan şirəsi olan qutta-perça, Ost-Hind şirkətində çalışan Şotlandiyalı cərrah Vilyam Montqomerie tərəfindən Avropaya gətirildi.[6]:26–27 Montqomeri iyirmi il əvvəl Sinqapurda qutta-perçadan hazırlanmış qamçılar görmüşdü və bunun cərrahi aparatların hazırlanmasında faydalı olacağına inanırdı. Maykl Faradey və Vitston qutta-perçanın izolyator kimi üstünlüklərini tezliklə kəşf etdilər və daha sonra 1845-ci ildə Duvrdan Kaleyə çəkilməsi təklif olunan teli örtmək üçün istifadə edilməsini təklif etdilər.[7] 1847-ci ildə Prussiya ordusunda zabit olan Vilhelm Simens, Doyç və Köln arasında Reyn çayı boyunca qutta-perça izolyasiyasından istifadə edərək ilk uğurlu sualtı kabel çəkdi.[8] 1849-cu ildə Cənub-Şərqi Dəmiryolunun elektrikçisi Çarlz Volker Folkston sahilindən qutta-perça ilə örtülmüş 3 km uzunluğunda məftilləri suya batırdı və uğurla sınaqdan keçirtdi.[6]:26–27
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Huurdeman, Anton A. The worldwide history of telecommunications. Hoboken, NJ: Wiley-Interscience. 136–140. ISBN 0471205052.
- ↑ "How Submarine Cables are Made, Laid, Operated and Repaired", TechTeleData
- ↑ "The internet's undersea world" (PDF). The Guardian. 2023-11-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 dekabr 2023.
- ↑ "[Heroes of the Telegraph – Chapter III. – Samuel Morse]". Globusz. 2008-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-02-05.
- ↑ "Biography of Samuel F.B. Morse, Inventor of the Telegraph". 2020-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-25.
- ↑ 1 2 Haigh, Kenneth Richardson. Cable Ships and Submarine Cables. London: Adlard Coles. 1968. ISBN 9780229973637.
- ↑ Guarnieri, M. "The Conquest of the Atlantic". IEEE Industrial Electronics Magazine. 8 (1). 2014: 53–56/67. doi:10.1109/MIE.2014.2299492.
- ↑ "C William Siemens". The Practical Magazine. 5 (10): 219. 1875.
Əlavə ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Charles Bright. Submarine Telegraphs: Their History, Construction, and Working. Crosby Lockward and Son. 1898. ISBN 9780665008672.
- Vary T. Coates and Bernard Finn. A Retrospective Technology Assessment: The Transatlantic Cable of 1866. San Francisco Press. 1979.
- Bern Dibner. The Atlantic Cable. Burndy Library. 1959.
- Bernard Finn; Daqing Yang, redaktorlar Communications Under the Seas:The Evolving Cable Network and Its Implications. MIT Press. 2009.
- K.R. Haigh. Cableships and Submarine Cables. United States Underseas Cable Corporation. 1968.
- Norman L. Middlemiss. Cableships. Shield Publications. 2000.
- Nicole Starosielski. The Undersea Network (Sign, Storage, Transmission). Duke University Press. 2015. ISBN 978-0822357551.
- John Steele Gordon. A thread under the Ocean. World of Books. 2000. ISBN 978-0743231275.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- The International Cable Protection Committee – includes a register of submarine cables worldwide (though not always updated as often as one might hope)
- Timeline of Submarine Communications Cables, 1850–2010
- Kingfisher Information Service – Cable Awareness; UK Fisherman's Submarine Cable Awareness site
- Orange's Fishermen's/Submarine Cable Information
- Oregon Fisherman's Cable Committee
Məqalələr
[redaktə | vikimətni redaktə et]- History of the Atlantic Cable & Submarine Telegraphy – Wire Rope and the Submarine Cable Industry
- Mother Earth Mother Board – Wired article by Neal Stephenson about submarine cables
- Medford, L. V.; Meloni, A.; Lanzerotti, L. J.; Gregori, G. P. "Geomagnetic induction on a transatlantic communications cable". Nature. 290 (5805). 1981-04-02: 392–393. Bibcode:1981Natur.290..392M. doi:10.1038/290392a0. ISSN 1476-4687. İstifadə tarixi: 2022-07-21.
- Hunt, Bruce J. "Lord Cable". Europhysics News. 35 (6). 2004: 186. Bibcode:2004ENews..35..186H. doi:10.1051/epn:2004602.
- Winkler, Jonathan Reed. Nexus: Strategic Communications and American Security in World War I. (Cambridge, MA: Harvard University Press, 2008) Arxivləşdirilib 2008-05-10 at the Wayback Machine Account of how U.S. government discovered strategic significance of communications lines, including submarine cables, during World War I.
- Animations from Alcatel showing how submarine cables are installed and repaired
- Work begins to repair severed net
- Flexibility in Undersea Networks – Ocean News & Technology magazine Dec. 2014
Xəritələr
[redaktə | vikimətni redaktə et]- Submarine Cable Map by TeleGeography
- Map gallery of submarine cable maps by TeleGeography, showing evolution since 2000. 2008 map in the Guardian; 2014 map on CNN.
- Map and Satellite views of US landing sites for transatlantic cables
- Map and Satellite views of US landing sites for transpacific cables
- Positions and Route information of Submarine Cables in the Seas Around the UK