41°10′45″ şm. e. 44°07′08″ ş. u.HGYO

Soyuqbulaq (Loru)

Vikipediya, azad ensiklopediya
(Soyuqbulaq (Ermənistan) səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Soyuqbulaq
41°10′45″ şm. e. 44°07′08″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.750 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 113 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Soyuqbulaq xəritədə
Soyuqbulaq
Soyuqbulaq

SoyuqbulaqErmənistanın Taşir rayonunda (keçmiş Vorontsovka, sonradan Kalinino) kənd.

Soyuqbulaq İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənddir[2]. Erməni mənbələrində Sovux bulağ formasında qeyd edilir[3]. Rayon mərkəzindən 11 km şimal-qərbdə, Qaraarxac dağının ətəklərində yerləşir. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur.

Kənd Lori əyalətində (keçmiş Loru mahalı) ərazisində yerləşir. 2008-ci ilin məlumatına əsasən Soyuqbulaq kəndinin əhalisinin sayı 184 nəfər təşkil etmişdir[4]. 1988-ci ilin sonlarınadən etnik azərbaycanlılar üstünlük təşkil etmişdir. Kəndin adı sonralar dəyişdirilərək "Parağbyur" halına salınmışdır.

Toponim Azərbaycan dilində "sərin" mənasında işlənən soyuq sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Paqaxbyur qoyulmuşdur.

Kənddə 1886-cı ildə 159 nəfər, 1897-ci ildə 154 nəfər, 1904-cü ildə 230 nəfər, 1914-cü ildə 125 nəfər, 1916-cı ildə 375 nəfər azərbaycanlı yaşamışdır[5]. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 402 nəfər, 1926-cı ildə 405 nəfər, 1931-ci ildə 420 nəfər azərbaycanlı yaşamışdır[5]. 1988-ci ilin axırlarında azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

  • Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
  • Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
  • B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
  • Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.
  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", Bakı, "Elm", 2002
  3. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.150  (erm.)
  4. "Lori əyalətinin əhali icmalı, 30 sentyabr 2009-cu il" (PDF). 2021-01-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010-12-05.
  5. 1 2 Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.80–81, 150–151  (erm.)