Siqnaxi
Şəhər | |
Siqnaxi | |
---|---|
სიღნაღი | |
41°37′07″ şm. e. 45°55′18″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1762 |
Mərkəzin hündürlüyü | 836 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 4200 |
Digər | |
signagi.gov.ge | |
Vikianbarda əlaqəli mediafayllar |
Siqnaxi[2] (gürc. სიღნაღი — Siğnaği) və ya Sığnaq — tarixi Qızıq mahalında, hazırda Gürcüstan Respublikasının Kaxeti mxaresində yerləşən kiçik şəhər, Siqnaxi bələdiyyəsinin inzibati mərkəzidir. 2014-cü ilin rəsmi siyahıyaalmanın nəticələrinə əsasən, 1485 nəfər əhalisi olan Siqnaxi ölkənin ən kiçik şəhərlərindən biri sayılır[3]. Siqnaxi şəhərinin iqtisadiyyatında şərab, xalça və Gürcüstanın ənənəvi Mtsvadi adlı qidasının istehsalı üstünlük təşkil edir. Bu şəhər və onun ətrafı həmçinin öz landşaft nümunələri və tarixi abidələri ilə də tanınır. Siqnaxi bu yaxınlarda fundamental yenidənqurma proqramını keçmiş və Gürcüstanın turizm sənayesinin əhəmiyyətli bir mərkəzinə çevrilmişdi.
Tarix
[redaktə | mənbəni redaktə et]Şəhərin yerləşdiyi müəsir əraziyə hələ paleolit dövründən məskən salınmışdı və Orta əsrlərdə mövcud olmuş Hereti dövlətinin tərkibində idi. Həmçinin bura Kiziki tarix-coğrafi bölgəsinin mərkəzi sayılır. Buna baxmayaraq, yaşayış məskəni kimi Siqnaxinin adı XVIII əsrin əvvəlində qeyd olunur (şəhərin adı Sığnaq — yəni sığınacaq sözündən yaranıb). 1762-ci ildə Kartli və Kaxetiya kralı II İrakli şəhərin inşasını başlatmış və Dağıstan qəbilələri tərəfindən baş verən soyğunçu hücumları dayandırmaq məqsədilə müdafiə qalasını ucaltmışdı.
1770-ci ilin siyahıyaalma nəticəsində, şəhərdə əsasən sənətkar və tacirlərdən ibarət 100 ailənin yaşadığı məlum olmuşdu. 1801-ci ildə Gürcüstan Rusiya imperiyasının tərkibinə daxil edildikdən sonra, Siqnaxi (Sığnaq) rəsmi şəhər statusu əldə etmiş və eyniadlı qəzanın mərkəzinə çevrilmişdir; 1802-ci ildə şəhər artıq Tiflis quberniyasının ərazisinə qatılmışdır. 1812-ci ildə, Sığnaq əhalisi Rusiya hakimiyyətinə qarşı Kaxetiyada baş vermiş üsyana qatılmışdır. Qafqaz müharibəsi zamanı, şəhər Dağıstan sərhəddinə yaxın olduğundan, "əhəmiyyətli bir yaşayış məntəqəsi olaraq qəbul olunurdu"[4].
Sovet dövründə ərazisi və əhali sayı sürətlə böyüyən şəhər tezliklə kənd təsərrüfatı mərkəzinə çevrilmişdi. Post-sovet Gürcüstanında baş verən ağır iqtisadi böhran şəhərə mənfi təsir göstərir, lakin bu yaxınlarda Gürcüstan hökuməti və bir sıra beynəlxalq təşkilatlar tərəfindən birgə maliyyələşdirməsi ilə başladılan böyük yenidənqurma layihəsi bölgəyə güclü turist axınına səbəb olmuşdu[5].
Coğrafiya və iqlim
[redaktə | mənbəni redaktə et]Şəhər 2.978 ha ərazidə yayılmasına baxmayaraq, onun yalnız 24,3% hissəsində sakinlər məskunlaşmışdı[5]. Siqnaxi Gürcüstanın paytaxtı Tbilisi şəhərindən təxminən 113 km cənub-şərqdə yerləşir. Siqnaxi bələdiyyəsi şəhərin şərq və cənub-qərb tərəfindən eyni bitişik sərhəd yaradır. Siqnaxi məhsuldar kənd təsərrüfatı və meyvəçilik regionu sayılan, Qanıxçay və Qabırrıçayın ayrıcında yerləşən Qombori dağ silsiləsinin şərq ətəklərində yerləşir. Dəniz səviyyəsindən təxminən 790 m yüksəklikdə yerləşən şəhərdən Alazan Vadisinə Böyük Qafqaz dağlarına gözəl bir mənzərə açılır.
Siqnaxinin mülayim rütubətli iqlimi var. İlin dörd mövsümü ümumilikdə mülayim soyuq qışı və isti yayı ilə seçilir. Ən aşağı orta temperatur 0,2 °C yanvar ayında, ən yüksək orta istilik isə 24,3 °C iyul ayında müşahidə edilir. Orta illik yağıntı miqdarı 602,1–949,7 mm arasında dəyişir.
Mədəniyyət və baxımlı yerlər
[redaktə | mənbəni redaktə et]Siqnaxi və onun ətrafında bir neçə tarixi və mədəni abidələri var; onların hamısı 1975-ci ildən dövlət tərəfindən mühafizə olunub. Şəhər XVIII əsrdə inşa olunmuş istehkam qalıqları ilə əhatə olunur. Siqnaxinin mərkəzində Gürcü Ortodoks Kilsəsinə aid iki kilsə qorunub saxlanılır; onlardan biri müqəddəs Georgiyə, digəri isə müqəddəs Stefana həsr edilib. Siqnaxidən 2 kilometr məsafədə yerləşən Bodbe monastırı keçmişdə Gürcüstanın həvarisi müqəddəs Nino ilə assosiasiya olunur və bu səbəbdən də yerli sakinlər buranı çox sevir və ziyarət edirlər.
Yerli Etnoqrafik və Arxeologiya Muzeyi, modernləşdirilmiş və "Siqnaxi muzeyi" adı ilə müasir standartlara cavab verən sərgi məkanına çevrilmişdir[6]. Siqnaxi Gürcüstanda "Sevgi şəhəri" kimi də tanınır.
-
Şəhərin istehkam qalıqları.
-
Yerli sakinlər tərəfindən çox sevilən Bodbe monastırı.
-
Yüksəklikdən şəhərə açılan mənzərə.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://www.geostat.ge/en/modules/categories/41/population.
- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: Прадо—Спринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 417.
- ↑ "მოსახლეობის საყოველთაო აღწერა 2014". საქართველოს სტატისტიკის ეროვნული სამსახური. ნოემბერი 2014. 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 ნოემბერი, 2016.
- ↑ Van Halen, Don Juan. Narrative of Don Juan Van Halen's Imprisonment in the Dungeons of the Inquisition at Madrid: And His Escape in 1817 and 1818. New York: J & J Harper. səh. 269. 2018-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-16.
- ↑ 1 2 The official website of Sighnaghi Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine. Retrieved on April 1, 2007.
- ↑ Signagi Museum Arxivləşdirilib 2011-07-21 at the Wayback Machine. Georgian National Museum. Retrieved on December 14, 2007.
- Rosen, Roger. Georgia: A Sovereign Country of the Caucasus. Odyssey Publications: Hong Kong, 1999. ISBN 962-217-748-4
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- VikiSəyahətdə Sighnaghi haqqında səyahət məlumatları var.
- Promotional website of Signagi Arxivləşdirilib 2012-05-22 at the Wayback Machine, State Department of Tourism and Resorts of Georgia, 2008.
- Government Looks to Make Signaghi a Top Tourist Destination Arxivləşdirilib 2007-06-17 at Archive.today. Georgian Business Week. June 4, 2007. Retrieved from The SME Support Project website, December 15, 2007.