Serqo Zakariadze
Serqo Zakariadze | |
---|---|
gürc. სერგო ზაქარიაძე | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Rusiya imperiyası |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Tbilisi, Gürcüstan SSR |
Dəfn yeri |
|
Vətəndaşlığı |
Rusiya imperiyası SSRİ |
Fəaliyyəti |
teatr pedaqoqu |
Fəaliyyət illəri | 1926-cı ildən |
Təhsili |
|
Mükafatları |
Birinci dərəcəli Stalin mükafatı (1946) İkinci dərəcəli Stalin mükafatı (1952) SSRİ xalq artisti (1958) Lenin komsomolu mükafatı (1965) Lenin mükafatı (1966) Ş. Rustaveli adına Gürcüstan SSR-in Dövlət mükafatı (1971) |
IMDb | ID0953314 |
Vikianbarda əlaqəli mediafayllar |
Serqo Aleksandroviç Zakariadze (gürc. სერგო ზაქარიაძე; 18 iyun 1909[1], Bakı[1] – 12 iyul 1971[1] və ya 13 aprel 1971[2], Tbilisi[1]) — Sovet və gürcü aktyoru, SSRİ xalq artisti (1958)[3].
Həyatı
[redaktə | mənbəni redaktə et]Serqo Zakariadze 1 iyul 1909-cu ildə Bakıda anadan olmuşdur.
Tbilisi Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1926-cı ildə yardımçı heyətin əməkdaşı kimi Rustaveli adına teatra daxil olur.
1928-1930-cu illərdə Kutaisidə K.A. Marcanişvilinin təşkil etdiyi teatrın aktyoru olur. 1930-cu ildə teatr kollektivi ilə birlikdə Tiflisə köçmüşdür. 1956-cı ildə isə o, yenə də Rustaveli adına teatra qayıdır.
1955-1960-cı illərdə Gürcüstan teatr institutunda səhnə danışığı mövzusunda pedaqoji iş aparmışdır[4].
Serqo Zakariadze yaradıcılığında öz fikirlərini inadla və cəsarətlə həyata keçirirdi. O, öz qəhrəmanlarının xarakter cizgilərini məharətlə tapırdı. Onun ifasında həm dramatik, həm xarakterik, həm də komik rollar gözəl alınırdı.
1966-cı ildə 7-8 çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur.
Serqo Zakariadze 13 aprel 1971-ci ildə Tbilisidə vəfat etmişdir. Mtasminda dağında yerləşən gürcü mədəniyyət xadimlərinin panteonunda dəfn olunmuşdur.
Xatirəsi
[redaktə | mənbəni redaktə et]"Əsgər atası" filmində ifa etdiyi Georgi Maxaraşvili obrazına Gürcaani şəhərində abidə ucaldılıb.
Dənizdə Novorosiysk Dəniz Gəmiçiliyində qeydiyyata alınmış "Serqo Zakariadze" adlı gəmi üzür.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Sonuncu səlibçilər (1935)
- Dariko (1936)
- Vətən (1939)
- Dostluq (1941)
- Georgi Saakadze (1942)
- Kutuzov (1943)
- Keto və Kote (1948)
- Albaniya Skanderbeqin böyük müharibəsi (1953)
- Sonuncu gün, birinci gün (1959)
- Dəniz yolu (1962)
- Paliastomi (1963)
- Əsgər atası (film, 1964)
- Keçmişlə görüş (1966)
- Tezliklə yaz gələcək (1967)
- Qəm yemə! (1969)
- Vaterloo (1970)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Catalog of the German National Library (alm.).
- ↑ Серго Закариадзе в БСЭ[ölü keçid]
- ↑ "Театральная Энциклопедия". 2015-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-10.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Serqo Zakariadze — IMDb səhifəsi
- 1 iyulda doğulanlar
- 1909-cu ildə doğulanlar
- 61 yaşında vəfat edənlər
- 13 apreldə vəfat edənlər
- 1971-ci ildə vəfat edənlər
- Mtatsminda panteonunda dəfn olunanlar
- "Stalin" mükafatı laureatları
- SSRİ xalq artistləri
- "Lenin" mükafatı laureatları
- Əlifba sırasına görə film sənətçiləri
- 18 iyunda doğulanlar
- Bakıda doğulanlar
- 12 iyulda vəfat edənlər
- Tbilisidə vəfat edənlər
- SSRİ aktyorları
- Gürcüstan aktyorları
- SSRİ Ali Sovetinin VII çağırış deputatları
- SSRİ Ali Sovetinin VIII çağırış deputatları