Savoyya sülaləsi
Savoyya sülaləsi | |
---|---|
it. Casa Savoia fr. Maison de Savoie | |
| |
Ölkə | |
Banisi | I Humbert |
Sonuncu hökmdar | II Umberto |
Hazırkı rəhbər | Savoyyalı Viktor Emmanuil |
Əsası qoyulub | 1003 |
Soyun kəsilməsi | 1946 |
Milliyyət | italyan |
Titullar | |
Savoyya qrafları, markqrafları və hersoqları Pyemont şahzadələri Sardiniya kralı İtaliya kralı İspaniya kralı Albaniya kralı Monteneqro kralı Xorvatiya kralı Kipr kralı Qüds kralı Kilikiya çarlığı kralları Efiopiya imperatorları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Savoyya sülaləsi (it. Casa Savoia) dünyada ən qədim kral ailələrindən biridir. Sülalənin əsası 1003-cü ildə Savoyya regionunda qoyulmuşdur, tədrici genişlənmə nəticəsində II Viktor Emanueldən başlayaraq 85 il müddətinə bu sülalənin nümayəndələri olan- I Umberto, III Viktor Emanuel və II Umberto İtaliya krallığını idarə etmişlər. II Umberto cəmi iki həftə hakimiyyədə qaldı, referendum nəticəsində hakimiyyətdən getdi və ölkə respublika elan olundu.
Erkən tarixləri
[redaktə | vikimətni redaktə et]Sülalənin əsasını Sabaudialı Umberto (Humbert Biankamano) qoymuşdur. O, 1003-1047-ci illərdə hakimiyyətdə olmuşdur. Çox tarixçilərə görə, Umberto özü Saksoniyada, Magdeburq yaxınlığında anadan olmuşdur. Onun qraflığı kasıb idi, lakin tədricən diplomatik uğurlar nəticəsində böyüməyə başlayır. Onun iki oğlu Mömin Moris Abbatlığında yepiskop idi. Umbertonun ölümündən sonra hakimiyyətə onun oğlu Savoyyalı Otto gəlir. O, böyük qardaşı Amedeusun ölümündən sonra, həyat yoldaşı Susulı Marquassetteni boşayaraq, Turinli Markiziya Adelaida ilə evlənir. Bununlada Turin və Pinerolo Savoyyalıların mülklərinə daxil olur. Bu diplomatik uğur İspaniya, Fransa və İngiltərənin nəzərlərini onun üzərinə yönəltdi. Bundan sonra indiki İsveçrənin Vaud kantonu tutulur. Sonralar paytaxt olacaq Piemont hələ Savoyya mülklərində deyildi. Savoyya adı Sabaudia adından yaranmışdır, Savoyyalı əhalinin etnik mənşəyi isə qədim kelt və romalılara gedib çıxırdı.
Genişlənmə və tərəqqi
[redaktə | vikimətni redaktə et]VIII Amadeusa qədər Savoyya sülaləsinin torpaqları genişlənmişdi, 1416-cı ildə Müqəddəs Roma İmperatoru Sigismund Savoyya sülaləsinə Hersoq titulu verdi.
Hərhalda, Avropada renessans dövründə Fransa kralı VIII Karl Savoyya, Piemont və İtaliyanı 1494-cü ildə işğal etdi. Belə olduqda, Savoyya sülaləsi Turin şəhərinə yerləşdi və İtaliya krallığı yaranana qədər burda qaldı. Emmanuel Filibert hersoq olduğu zaman onun ailəsinni torpaqlarının çoxu Fransa krallığında idi. O, Fransaya qarşı Habsburqlar sülaləsi ilə əməkdaşlıq edir. O, Müqəddəs Roma imperatoru II Flipp tərəfindən 1555-1559-cu illər arasında Niderlanda canişin təyin olunur. O, burada 1557-ci ildə, Sanit Quentin döyüşündə Fransızlar üzərində qələbə qazanır və Savoyyalıların itirilmiş bir sıra ərazılərini geri qaytarır. XVII ərsdə iqtisadi inkişaf artır, Hersoq II Karl Emanuel Nits portunu və Alp dağları ilə Fransanı birləşdirən yol çəkdirdi. İspan İrsi Uğrunda müharibədə Savoyya Habsburqların tərəfindən döyüşdü və Utrext sülhünə görə Şimal-şərqi İtaliyada xeyli ərazi əldə etdi, ona həmçinin Siciliya da verildi, lakin Savoyyalıların Siciliyada hökmranlığl
İtaliya krallığı
[redaktə | vikimətni redaktə et]7 ilik Siciliya hökmdarlığı Savoyya sülaləsinin xeyli gücləndirdi. 1720-ci ildə Savoyyalılar Siciliya torpaqlarını 1796-cı ildə Napaleon tərəfindən ağır məğlubiyyətə uğradıldılar. Paris sülhünə görə Piemontdan Fransız qoşunları istədiyi zaman, maneəsiz olaraq keçə bilərdilər. 1798-ci ildə Joubert Turini işğal edir və IV Karl Emanuel öz hüquqlarından əl çəkir. Lakin Napoleon Bonapart məğlub edildikdən sonra Genuya respublikası yaradılır.
Həmin vaxtda İtaliyada millətçi hərəkatlar xeyli güclənmişdi. Bu hərəkata Cüzeppe Mazzini başçılıq edirdi. İtaliya millətçilərinin əsas tələbi İtalyanın birləşdirilməsi idi. Onlar həmçinin İtaliyada demokratiyanın inkişafını da tələb edirdilər. 1848-ci illər inqilabı zamanı İtaliyanın birləşdirilməsi alınmadı. Lakin Karl Albert "Statuto Albertino" adlı qanunlar məcəlləsi verməyə məcbur oldu. Bu məcəllə hətta İtaliya birləşdirildikdən sonra da qüvvədə qaldı. Bundan sonra İtalyanın baş naziri, mötədil millətçi Kamillo Kavur İtalyanın birləşdirilməsi hərəkatına öndərlik etməyə başladı.
Savoyya sülaləsindən olan II Viktor Emanuel 1861-ci ildə vahid İtaliya kralığının tacını taxdı. Bu zaman İtaliya torpaqlarından yalnız Roma onun hakimiyyəti altında deyildi. Bundan sonra Savoyya sülaləsinin hökmranlığı bütün İtaliya torpaqlarına yayıldı.
Ziddiyətlər
[redaktə | vikimətni redaktə et]Əsrlər boyunca hökmdarlıq etmiş Savoyya sülaləsinni tarixində xeyli kütləvi qırğın tarixləri vardır. Bunlardan ə dəhşətliləri Hersoq II Karl Emanuelin və Kral I Umbertonun dövründə olmuşdur.
1655-ci ildə, protestant əhali sıxışdırıldığına görə Alp dağları ərazisinə köççək istəyirdilər. Onların qarşısını almaq üçün Hersoq II Viktor Emanuel qoşun göndərmiş və onları kütləvi şəkildə qətlə yetirmişdir. Buna hətta İngiltərə lord-protektoru Oliver Kromvel də etiraz etmiş və İtaliyaya qoşun göndərəcəyi ilə hədələmişdir. Bu hadisə ilə bağlı Con Milton "Piemontda sonuncu qırğın" adlı məşhur sonetini yazmışdır.
Savoyya sülaəsi ilə bağlı digər qanlı qətliam Bava Beccaris qırğınıdır. Çörəyin qiymətinin artmasına etiraz edən əhalinin qarşısını almaq üçün I Umberto öz generalı Bava Beccarısı göndərir. Generalın əmri ilə etiraz edən əhali gülləbaran edilir. Nəticədə xeyli insan öldürülür. Bu hərəkətindən sonra Bava Beccaris kral tərəfindən İgidliyə görə Medalla təltif olunur. Bu əhalinin daha da hiddətinə səbəb olur. Sonda, 1900-cü ildə I Umberto, bu qırğın zamanı öldürülən bir qızın qardaşı olan Gaetano Bresci tərəfindən qətlə yetirilir. Bundan əvvəl isə I Umbertonun qətlinə Giovanni Passannante və Pietro Akkiarito cəhd etsələr də, uğurlu ola bilmirlər.
Faşizm və monarxiyanın sonu
[redaktə | vikimətni redaktə et]Birinci Dünya Müharibəsindən sonra Versal-Vaşinqton sistemi İtaliyaya gözlədiklərini vermədi. Buda İtaliyada [[faşizmin güclənməsin səbəb oldu. Belə bir şəraitdə Benito Mussolini meydana çıxdı. Onun Romaya yürüş elan etməsindən sonra kral III Viktor Emanuel onu baş nazir təyin etdi. Mussolini getdikcə bütün hakimiyyəti öz əlincə cəmləşdirdi. Kral formal olaraq hakimiyyət sahibi idi. Mussolini 1936-cı ildə Həbəşistanı tutdu və III Viktor Emanueli Həbəşistan İmperatoru elan etdi, 1939-cu ildə Albaniya tacı da III Viktor Emanuelə verildi. Mussolininin təhriki ilə İtaliya İkinci Dünya müharibəsinə Almaniya ilə müttəfiq kimi girdi. Lakin 1943-cü ildə İtalyanın gücü tükəndi. İtaliya iki yerə bölündü. Şimalda Mussolini hələ də müharibəni davam etdirirdi, cənubda isə III Viktor Emanuel Müttəfiqlərlə sülh imzaladı. İtaliyada monarxiyanın qalması üçün III Viktor Emanuel öz taxtından oğlu II Umbertonun xeyrinə əl çəkdi. Lakin monarxiyanı xilas etmək münkün olmadı. 1946-cı il, may ayında keçirilən referenduma görə İtaliyada monarxiya ləğv edildi.
Savoyya sülaləsi bu gün
[redaktə | vikimətni redaktə et]Turin şəhərində Savoyyalıların kraliyyət sarayı Dünya Mirası kimi qorunur. Hal-Hazırda Savoyya sülaləsinin liderliyi uğrunda iki əmioğlu IV Viktor Emanuel (onun ləqəbi İtaliya kralıdır) və Aostalı Hersoq Amadeus mübarizə aparır. Hətta, Fransanın kralı VI Flippin toyunda (2004, 21 may) IV Viktor Emanuel Hersoq Aostalı Amadeusu ikinci dəfə yumruqlayaraq döymüşdür. IV Viktor Emanuel 2006-cı il, iyun 16-da Varennada həbs edildi. Səbəb kimi isə fahişə yığılması və korrupsiya idi. Məhkəmədə buraxıldı və ev dustağı edildi. İyul 20-dən ev dustaqlığındanda azad edildi, lakin İtalyanı tərk etmək qadağan edildi.
IV Viktor Emanueli və oğlu Emanuel Flibertonu təmsil edən vəkillər heyəti 2007-ci ildə İtaliya prezidenti Corco Napolitanoya müraciət ünvanladı. Müraciətdə Savoyya sülaləsinə dəymiş ziyanın geri qaytarılması və Şahzadə Markodan Quirinale sarayının və Ada villasının alınaraq, Savoyya sülaləsinə qaytaılmasını tələb etdi. İtaliya hökuməti isə cavabında onların heç bir şey tələb etməyə haqqlarının olmadığını və yeri gəldikdə İtaliya hökumətinin onlardan Benito Mussolini ilə gizli danışıqlara getdiklərinə görə təzminat tələb etməyə haqqlarının olduğunu bildirdi.
Savoyya monarxlarının iqamətgahları
[redaktə | vikimətni redaktə et]1997-ci ildə UNESCO Turindəki və şəhərətrafındakı Savoyya saraylarını (14 iqamətgah) Ümumdünya irsi siyahısınadaxil etməyə qərar verdi, bunlardan aşağıdakıları fərqləndirmək olar:
- Palasso Reale
- Palasso Madama
- Palasso carignano
- Valentino qalası
- Rakkoniji qalası
- Monkalyeridə qala
- Stupiniji
İsveçrədə Şilon qalası | Orta əsr monaxlarından birinin Turində iqamətgahı | Nyon, İsveçrə Cenevrə gölünün sahilində qəsr |
Sülalə titullarının inkişafı
[redaktə | vikimətni redaktə et]- Savoyya knyazı
- Savoyya hersoqu
- Sardiniya kralı
- İtaliya kralı
- Efiopiya imperatoru
- Albanların kralı
- Xorvatiyanın kralı
- İspaniyanın kralı
- Kiprin kralı
- Ermənistanın kralı
- Yerusəlimin kralı
Hökmdarların siyahısı
[redaktə | vikimətni redaktə et]Əsas sülalə budağı
- Savoyyalı I Umberto "Biancamano" ("Ağ əl") : 1003–1047 or 1048
- Savoyyalı I Amadeus : 1048–1051 or 1056
- Savoyyalı I Otto : 1051 or 1056–1060
- Savoyyalı I Peter : 1060–1078
- Savoyyalı II Amadeus : 1060–1080
- Savoyyalı II Umberto : 1080–1103
- Savoyyalı III Amadeus : 1103–1148
- Savoyyalı III Umberto : 1148–1189
- Savoyyalı I Tomas : 1189–1233
- Savoyyalı IV Amadeus : 1233–1253
- Savoyyalı Bonifeis : 1253–1263
- Savoyyalı II Peter : 1263–1268
- Savoyyalı I Flipp : 1268–1285
- Savoyyalı V Amadeus : 1285–1323
- Savoyyalı I Edvard : 1323–1329
- Savoyyalı Aimone : 1329–1343
- Savoyyalı VI Amadeus : 1343–1383
- Savoyyalı VII Amadeus : 1383–1391
- Savoyyalı VIII Amadeus : 1391–1416
- VIII Amadeus : 1416–1440
- Hersoq Louis : 1440–1465
- Hersoq IX Amadeus : 1465–1472
- Hersoq I Filibert : 1472–1482
- Hersoq I Çarlz : 1482–1490
- Hersoq II Karl : 1490–1496
- Savoyyalı Hersoq II Flipp : 1496–1497
- Hersoq II Flibert : 1497–1504
- Savoyyalı Hersoq III Karl : 1504–1553
- Hersoq Emanuel Flibert : 1553–1580
- Hersoq I Karl Emanuel : 1580–1630
- Hersoq I Viktor Amadeus: 1630–1637
- Hersoq I Frans Hyantikth : 1637–1638
- Heroq II Karl Emanuel : 1638–1675
- Sardiniyalı II Viktor Amadeus : 1675–1720, 1730–1732, Sardiniyanın birinci kralı 1720–1730
İstinadlar
[redaktə | vikimətni redaktə et]Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Семёнов И. С. Христианские династии Европы Науч. ред. Е. И. Куксина. Предисл. О. Н. Наумов. — М.: ОЛМА-ПРЕСС, 2002. — 494 с. — 3 000 экз. — ISBN 5-224-02516-8.
- Francesco Cognasso: I Savoia nella politica europea. Milano, 1941 (Storia e politica).
- Robert Katz: The Fall of the House of Savoy. A Study in the Relevance of the Commonplace or the Vulgarity of History, London 1972.
- Eugene L. Cox: The Eagles of Savoy. The House of Savoy in thirteenth-century Europe. Princeton, N.J., 1974.
- Denis Mack Smith: Italy and its Monarchy, New Haven, 1992.
- Toby Osborne: Dynasty and Diplomacy in the Court of Savoy. Political Culture and the Thirty Years' War (Cambridge Studies in Italian History and Culture), Cambridge 2002.
- Paolo Cozzo: La geografia celeste dei duchi di Savoia. Religione, devozioni e sacralità in uno Stato di età moderna (secoli XVI—XVII), Bologna, il Mulino, 2006, 370 pp.
- Enrico Castelnuovo (a cura di): La Reggia di Venaria e i Savoia. Arte, magnificenza e storia di una corte europea. Vol. 1-2. Turin, Umberto Allemandi & C., 2007, 364 + 309 pp.
- Walter Barberis (a cura di): I Savoia. I secoli d’oro di una dinastia europea. Torino, Giulio Einaudi Editore, 2007, 248 pp.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Fondation for Medieval Genealogy: Savoyya sülaləsi (ing.)
- Miroslav Marekanın saytı: Savoyya sülaləsi (ing.)
- Official website of the Duke of Aosta (ing.)
- Official website of the Prince of Naples (ital.)
- Ordini Dinastici della Real Casa Savoia (ital.)
- Brief history of the House with a picture of coat-of-arms (ing.)
- Genealogy of recent members of the House (ing.)
- Titles of the rulers of Savoy and Sardinia (ing.)