Rəqəmsal savadlılıq
Rəqəmsal savadlılıq — fərdin çap və ya rəqəmsal media platformalarından istifadə etməklə məlumatı tapmaq, qiymətləndirmək və çatdırmaq bacarığı. Bu, informasiya yaratmaq, onu qiymətləndirmək və paylaşmaq üçün informasiya və kommunikasiya texnologiyalarından istifadədə həm texniki, həm də idrak bacarıqlarının məcmusudur.[1]
Rəqəmsal savadlılığın ilk növbədə rəqəmsal bacarıqlara və müstəqil kompüterlərə yönəldilməsinə baxmayaraq, internetin yaranması və sosial medianın istifadəsi onun diqqətinin bir hissəsinin mobil cihazlara keçməsi ilə nəticələnmişdir. Məna yaratmağın mədəni və tarixi yollarını tanıyan savadlılığın inkişaf edən digər təriflərinə oxşar olaraq,[2] rəqəmsal savadlılıq məlumatı şərh etməyin ənənəvi üsullarını əvəz etmir, əksinə bu ənənəvi savadların təməl bacarıqlarını genişləndirir.[3] Rəqəmsal savadlılıq bilik əldə etməyə gedən yolun bir hissəsi hesab edilməlidir.[4]
Qlobal təsir
[redaktə | mənbəni redaktə et]Filippinin Təhsil Katibi Cesli Lapus Filippin təhsilində rəqəmsal savadlılığın əhəmiyyətini vurğulamışdır. O, qloballaşan dünyada xalqın təhsilinin yaxşılaşdırılmasına əsas maneənin dəyişikliklərə qarşı müqavimət olduğunu iddia etmişdir. Lapus 2008-ci ildə rəqəmsal savadlılığı vurğulayan işinə görə "Certiport"un "Rəqəmsal Savadlılığın Çempionları" Şöhrət Zalına daxil edilmişdir.[5]
Cənubi Afrika Dilçilik və Tətbiqi Dil Tədqiqatları proqramı tərəfindən 2011-ci ildə edilən bir araşdırmada bəzi Cənubi Afrika universitet tələbələrinin rəqəmsal savadlılıqla bağlı müşahidələri aparılmışdır. Məlum olmuşdur ki, onların kursları bir növ rəqəmsal savad tələb etsə də, çox az tələbənin kompüterə çıxışı var. Çoxları hər hansı işi yazmaq üçün başqalarına pul ödəməli olurdular, çünki onların rəqəmsal savadı demək olar ki, yox idi. Tapıntılar göstərmişdir ki, sinif, cəhalət və təcrübəsizlik hələ də Cənubi Afrika universitetlərinin tələbələrinin ehtiyac duya biləcəyi hər hansı bir öyrənmə imkanına təsir göstərir.[6]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Digital Literacy". Welcome to ALA's Literacy Clearinghouse (ingilis). 2017-01-19. 2021-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-22.
- ↑ The New London Group (1997). New Literacy Studies
- ↑ Jenkins, Henry. Confronting the Challenges of Participatory Culture: Media Education for the 21st Century (PDF). Cambridge, MA: The MIT Press. 2009. 2013-12-03 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- ↑ Reedy, Katharine; Parker, Jo, redaktorlar Digital Literacy Unpacked. 2018-08-07. doi:10.29085/9781783301997. ISBN 9781783301997.
- ↑ Philippine Information Agency. (2008). DepEd: Use ICT to improve learning outcomes [Press Release].
- ↑ Kajee, Leila; Balfour, Robert. "Students' access to digital literacy at a South African university: Privilege and marginalisation". Southern African Linguistics and Applied Language Studies. 29 (2). June 2011: 187–196. doi:10.2989/16073614.2011.633365.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Vuorikari, R., Punie, Y., Gomez, S. C., & Van Den Brande, G. (2016). DigComp 2.0: The Digital Competence Framework for Citizens. Update Phase 1: The Conceptual Reference Model (No. JRC101254). Institute for Prospective Technological Studies, Joint Research Centre. https://ec.europa.eu/jrc/en/digcomp and https://ec.europa.eu/jrc/en/publication/eur-scientific-and-technical-research-reports/digcomp-20-digital-competence-framework-citizens-update-phase-1-conceptual-reference-model
- Janssen, José; Stoyanov, Slavi; Ferrari, Anusca; Punie, Yves; Pannekeet, Kees; Sloep, Peter. "Experts' views on digital competence: Commonalities and differences". Computers & Education. 68. October 2013: 473–481. doi:10.1016/j.compedu.2013.06.008. hdl:1820/4986.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- digitalliteracy.gov An initiative of the Obama administration to serve as a valuable resource to practitioners who are delivering digital literacy training and services in their communities.
- digitalliteracy.org A Clearinghouse of Digital Literacy and Digital Inclusion best practices from around the world.
- DigitalLiteracy.us A reference guide for public educators on the topic of digital literacy.